Məhkəmə qərarları › İş №2(027)-340/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-340/2023

03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-340/2023 03.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1939-cu ildə anadan olmuş X1 08 noyabr 1995-ci ildə Quba rayonu, Pirvahid kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X2 1939-cu ildə Quba rayonu Pirvahid kəndində anadan olub. X2 1964-ci ilin may ayında anası Ağarzayeva (Məmmədova) Xədicə Lətif qızı ilə birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından o, Ərizəçi və digər bacı qardaşları doğulmuşdur. X2 08 noyabr 1995-ci ildə vəfat etmiş, anası isə X11 xx.xx.2012 tarixində vəfat etmişdir. X2 yaşadığıları Quba rayonu Pirvahid kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiylərindən X10 ölümünü rəsmiləşdirməmiş, sonradan isə hüquqi savadsızlığından ölümü rəsmiləşdirmək bilməmişlər. Aatasından qalmış miras əmlakın vərəsəlik yolu ilə rəsmiləşdirilməsi üçün Quba regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin atasının ölüm haqqında şəhadətnaməsinin alınmaması səbəbindən vərəsəlik işini həll edə bilməmişdir. X1 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. X10 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmişdir, Maraqlı şəxs 25 noyabr 2022-ci il tarixli. 05/Q-662 nömrəli imtina məktubuna və 25 noyabr 2022-ci il tarixli, 503 nömrəli arayışına əsasən X4 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı və ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu, ona görə də məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. X4 1995-ci ildə Quba rayonu, Pirvahid kəndində ölməsi və Quba rayon Pirvahid kənd qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. X4 1995-ci il tarixdə Quba rayon Pirvahid kəndində ölməsi faktını ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkilləri bir daha təsdiq edir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il təvəllüddə anadan olmuşdur. Onun X2dur. İş materiallarında olan 662 nömrəli, xx.xx.2022-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X6 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın İİ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 rayonu Pirvahid kəndində qeydiyyatda olmuş, yaşamış, xx.xx.1995-ci il tarixində vəfat etmiş və Quba rayonu Pirvahid kəndində dəfn edilmişdir. İş materialların olan məzardaşı foto şəkillərindən görünür ki, 1939-cu il təvəllüdlü X6 xx.xx.1995-ci ildə vəfat etmişdir. İş materiallarında olan Pirvahid kənd sakiniləri Ərizəçi, X14, X12, X15 və X7 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, X6 həqiqətən də, xx.xx.1995-ci il tarixdə Quba rayonu, Pirvahid kəndində vəfat etmiş Quba rayonu Pirvahid kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 1939-cu ildə anadan olmuş X4 xx.xx.1995-ci il tarixdə Quba rayonu, Pirvahid kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. 1939-cu ildə anadan olmuş X4 xx.xx.1995-ci il tarixdə Quba rayonu, Pirvahid kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar