Məhkəmə qərarları › İş №2(027)-357/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-357/2025

24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-357/2025 24.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxs QUBA rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X7 məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı 27 fevral 1968-ci il tarixdə QUBA rayonu, Xucbala kəndində doğulmuş X8 23 sentyabr 1999-cu il tarixdə QUBA rayonu, Xucbala kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı Arif 27 fevral 1968-ci il tarixdə QUBA rayonu, Xucbala kəndində doğulmuş, 23 sentyabr 1999-cu il tarixdə vəfat etmiş və qohumların və qonşuların iştirakı ilə onlar tərəfindən QUBA rayonu, Xucbala kənd qəbiristanlığında dəfn olunmuşdur. X20 ölüm haqqında şəhadətnamənin verilməsi üçün QUBA rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, QUBA rayon Qeydiyyat Şöbəsinin 19 aprel 2024-cü il tarixli 03-16-5/8-10-271/2024 saylı məktubu ilə X8 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Həmçinin QUBA rayon Mərkəzi Xəstəxanası PHŞ-nın xx.xx.2024-cü il tarixli məktubunda da məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən qardaşı X8 23 sentyabr 1999-cu il tarixdə QUBA rayonu, Xucbala kəndində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa qardaşının ölüm faktı ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkilləri və şahidlər tərəfindən tərtib edilmiş və Xucbala kənd İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş aktla da təsdiq olunur. Məhkəmə iclasında ərizəçi X9 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf QUBA rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. X1 da onun qonşusu olub ürək tutmasından evdə vəfat etmişdir, ailə qurmamışdı. O, QUBA rayonu, Xucbala kənd qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, X12 onun qardaşıdır. Ailəsi qurmamış və 31 yaşında evdə vəfat etmiş, QUBA rayonu, Xucbala kənd qəbirstanlıqda dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan QUBA rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 03-16-5/8-10-271/2024 nömrəli məktubundan görünür ki, X12 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 14554873 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X8 atası-X4, anası X6r. İş materiallarında olan 558399 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X3 atası-X4, anası X6r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X15 oğlu, X5 və X9 xx.xx.1968-ci il təvəllüdlü X8 həqiqətəndə xx.xx.1999-cu il tarixdə QUBA rayonu Xucbala kəndinə vəfat etməsini və QUBA rayonu Xucbala kənd qəbirstanlığında dəfn olunmasını öz imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.1968-ci ildə QUBA rayonu Xucbala kəndində anadan olmuş X12 oğlu xx.xx.1999-cu ildə QUBA rayonu, Xucbala kəndində vəfat etmişdir. Belə ki, ərizəçi qardaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli xx.xx.1968-ci ildə QUBA rayonu Xucbala kəndində anadan olmuş X12 23 sentyabr 1999cu ildə QUBA rayonu, Xucbala kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1968-ci ildə QUBA rayonu Xucbala kəndində anadan olmuş X8 23 sentyabr 1999-cu ildə QUBA rayonu, Xucbala kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Qətnamə QUBA rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar