Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-360/2025 09.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs QUBA rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs QUBA rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixində QUBA rayonunda doğulmuş və QUBA rayonu Qəçrəş kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuş X1nın ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.1981-ci il tarixində QUBA rayonunda doğulmuş və QUBA rayonu Qəçrəş kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuş X1nın xx.xx.2021-ci il tarixdə QUBA rayonu, Qəçrəş kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 xx.xx.1981-ci il tarixində QUBA rayonunda dünyaya gəlmişdir. X14 10 ildən çox çəkən ağır xəstəlikdən 2021-ci ilin iyun ayının 26-da dünyasını dəyişmişdir. Ailə üzvlərinin, qonşularının, qohumlarının və yaxınlarının iştirakı ilə QUBA rayonu Qəçrəş kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuşdur. QUBA rayon Qəçrəş Bələdiyyəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 172 saylı arayışda və QUBA rayon İHB-nin Qəçrəş İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 273 saylı arayışda da X2 hal- hazırda həyatda olmadığı, 2021-ci ilin 26 iyununda vəfat etdiyi və Qəçrəş kənd qəbiristanlığında dəfn olunduğu qeyd olunmuşdur. Həmin vaxt etinasızlıqdan və digər səbəblərdən bacısının ölümünü rəsmiləşdirə bilməmişdir. Bacısının ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə QUBA rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. QUBA rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 03-16-5\8-10-787/2024 saylı məktubu ilə X2 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. X1 QUBA rayonu Qəçrəş kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf QUBA rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Ərizəçi həm onun həmkəndlisi, həm də uzaqdan qohumudur. Onun X1 xx.xx.2021-ci il tarixdə QUBA rayonu, Qəçrəş kəndində vəfat etmişdir. Dəfn mərasimində oda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Ərizəçi onun həmkəndlisi olmuşdur. Vəfat etmiş Şairə Hacıyeva isə onun sinif yoldaşı olmuşdur. X4 xx.xx.2021-ci il tarixdə QUBA rayonu, Qəçrəş kəndində vəfat etmişdir. Dəfn mərasimində oda iştirak etmişdir. Məhkəmə maraqlı tərəf QUBA rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Onun atası – X5, anası isə X3 olmuşdur. İş materiallarında olan QUBA rayon Qeydiyyat Şöbəsinin 11 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, X4 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. Onun atası – X5, anası isə X3 olmuşdur. İş materiallarında olan QUBA rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 787 №li məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan QUBA rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 barəsində QUBA rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan QUBA rayonu, Qəçrəş kənd Bələdiyyəsinin 16 oktyabr 2024cü il tarixli arayışından görünür ki, X4 xx.xx.2021-ci ildə QUBA rayonu, Qəçrəş kəndində vəfat etmiş və həmin kənddə yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 26 iyun 2021-ci ildə QUBA rayonu, Qəçrəş kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, X2 26 iyun 2021-ci ildə QUBA rayonu, Qəçrəş kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 26 iyun 2021-ci ildə QUBA rayonu, Qəçrəş kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-360/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-360/2025
09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver