Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-376/2021 20.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlin köçərkən apardığı yataq dəsti, qonaq dəsti, divan-kreslo, uşaq üçün tək çarpayı, ədəd stol və 6 ədəd stul-3500 manat, 6 ədəd yorğan, 4 ədəd döşək, 12 ədəd nalça, 6 ədəd yastıq, yastıq-cəmi 1500 manat, 3 ədəd ədyal-160 manat, 1 ədəd qırmızı güllü ədyal-120 manat, Güpür pokrıval-70 manat, Uşaq ədyalı-25 manat, 4 ədəd taxt üçün yataq ağı-280 manat, 6 ədəd uşaq yataq ağı-240 manat, 4 ədəd tək yorğan üçün yataq ağı-150 manat, 4 ədəd hamam dəsmalı-100 manat, 18 ədəd çay dəsmalı-30 manat, 5 ədəd süfrə-250 manat, 4 ədəd padnos-50 manat, Meyvə qabları-20 manat, Cərəz qabları-100 manat, Mikser-25 manat, Ət çəkən-70 manat, Blendr-5 manat, Ədviyyat qabları-35 manat, 2 ədəd bıçaq dəsti-35 manat, 3 ədəd qazan və 3 ədəd tava 170 manat, 2 ədəd qəfədan-45 manat, Balıq formalı tava-120 manat, Şirli qazan dəsti-70 manat, 2 ədəd xrustal güldan-220 manat, ədəd xrustal vaza- 240 manat, Kül qabı-70 manat, 6 ədəd xrustal qənd qabı-240 manat, 18 ədəd xrustal stəkan-90 manat, 12 ədəd bakal-60 manat, 31.Tozsoran-70 manat, 3 ədəd xalça-1200 manat, 18 ədəd sadə stəkan-90 manat, 18 ədəd sadə qəndqabı-20 manat, 50 ədəd bakal-30 manat, 24 ədəd nəlbəki-46 manat, 24 ədəd razetka-30 manat, Limon qabı-12 manat, 4 ədəd yemək servizi-800 manat, 2 ədəd aq qaşlı vaz-80 manat, 1 ədəd güldan- 40 manat, 43.4 ədəd dolma qabı-240 manat, 44.6 ədədaş qabı-90 manat, 3 ədəd dolça -20 manat, 45.3 ədəd dolça-20 manat, 46.Qaşıqdəsti çamadan-70 manat, 47.18 ədəd qaşıq-çəngəl-35 manat, 48.2 ədəd şirniyyat qabı-100 manat, Ütü stolu-50 manat, Uşaq yazı stolu-50 manat olmaqla cəmi 50 adda, 11.283 manat dəyərində cehiz əmlakımın,1 ədəd 80 manat dəyərində dəri gödəkçə, 1 ədəd 150 manat dəyərində palto, 550 manat dəyərində 8 ədəd ayaqqabılar, 50 manat dəyərində 2 ədəd çanta, 240 manat dəyərində ətirlər, 55 manat dəyərində büjeteriya və gümüş dəst və 30 manat dəyərində gümüş saatdan ibarət 7 adda, 1155 manat dəyərində geyim və digər əşyalarımın, toy və nişan mərasimində cavabdehlər tərəfindən mənə hədiyyə verilmiş 1 ədəd 12 qr çəkidə 850 manat dəyərində qızıl sırğa və üzükdən ibarət dəst, 3000 manat dəyərində 1 ədəd kolye və qolbaqdan ibarət dəstin kolyesi, 1 ədəd 6 qr çəkidə 350 manat dəyərində yaşıl qaşlı (fantaziya) üzük, 1 ədəd 550 manat dəyərində brilliant qaşlı nişan üzüyü və 1 ədəd 5 qr çəkidə 200 manat dəyərində sadə ağ qaşlı üzükdən ibarət cəmi 5 adda, 4950 manat dəyərində qızıl-zinət əşyalarımın özünün və ya dəyərlərinin; eləcə də birgə nikah dövründə əldə etdiyimiz 1 ədəd 800 manat dəyərində Samsung markalı paltaryuyan, 1 ədəd 1300 manat dəyərində Samsung markalı soyuducu və 1 ədəd 3200 manat dəyərində Samsung markalı televizordan ibarət cəmi 3 adda 5300 manat dəyərində məişət avadanlıqlarının dəyərinin yarısı 2650 manatın Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, bildirdi ki, Şəhalə onun qızıdır, o, Cavabdeh2 ilə 15 noyabr 2008-ci il tarixdə qeyd etdirməklə ailə qurub, lakin aralarında bağlanmış nikah qeydi Quba Rayon məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğlumuş övladları-18 mart 2013-cü il təvəllüdlü İbrahim və 30 yanvar 2016-cı il təvəllüdlü Nərmin onun himayəsində saxlanılmaqla, hər ay iki uşaq üçün 240 manat məbləğində alimentin Cavabdeh2 tutularaq qızı Şəlaləyə verilməsi qət olunmuşdur. Qaynatasına məxsus evdən çıxarkən onun cehiz əmlakı, toy mərasimi zamanı cavabdehlər tərəfindən ona hədiyyə olaraq verilmiş qızıl-zinət əşyaları, geyim əşyaları, Cavabdeh2la birgə nikah dövründə əldə etdiyi məişət avadanlıqları qayınatası-Cavabdeh1 evində qalmışdır. X3 həmin əşyaların geri qaytarılmasını tələb edir və iddianın təmin olunması və əşyaların Cavabdeh2 alınaraq qızı-İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə iş üzrə Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, iddaçının məhkəməyə iddianın təmini tədbiri ilə bağlı müraciəti üzrə Quba Rayon Məhkəməsinin çıxardığı qətnaməyə əsasən Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun tərtib etdiyi 17.12.2020-ci il tarixli aktda göstərilən əmlak onlardadı və həmin əmlakın gəlib aparmasına etirazı yoxdur. Həmçinin qeyd edib ki, o, İddiaçı ilə rəsmi nikah bağlayaraq ailə qurub, sonradan ailəsində mübahisələr, söz söhbətlər yaranıb və Quba Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulub və ondan sonra onlar iddia ərizəsilə məhkəməyə müraraciət edərək qarşı tərəfdən əmlakın çıxarılmasını tələb edib. Lakin Ş. Şirinova evdən gedərkən aktda qeyd olunmayan digər əşyaları, qızıl-zinət əşylarını və bir neçə çamadan geyim və digər əşları özüilə aparıb.Əgər həmin əmlaklar indiyə kimi onlarda olsa idi, iddiaçı Quba rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli 2(027)-348/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verən zaman o barədə bildirərdi. Ona görə də məhkəmədən göstəriıənləri nəzərə alaraq, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi X2 və Cavabdeh2 oğlunu dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli 2(027)- 2021/2019-cu il saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 məxsus olan evdən cavabdeh İddiaçı məxsus yataq otağı: taxt - 1 ədəd, şifoner- 1 ədəd, servant - 1 ədəd, termo - 1 ədəd, sandıq - 1 ədəd, xalça - 3 ədəd, uşaq kravatı - 1 ədəd, beşik - 1 ədəd, ə d y a l , 3 ədəd, döşəklər, yorğanlar, yastıqlar, uşaq döşəyi, uşaq yorğanı, pastellər, dəsmallar, pərdələr, prostinalar, taxt döşəyi, divan üstü; mətbəx: tol çayniki - 1 ədəd, xörək servizi - 1 ədəd, qrafinka, qaşıqlar, boşqablar, badyalar, stəkanlar, çaynik, güzgü, lampa; padnoslar, süzəklər, meyvə qabları, su qabları, stullar- 6 ədəd, nahar stulu, süfrələr; əşyalar: uşaq oyuncaqları, uşaq paltarları, ayaqqabılar, çıl-çıraqdan ibarət cehiz əmlaklarının çıxarılması qət edilmişdi. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.10.2020ci il tarixli 2(105)-2090/2020-ci il saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı əmlakın evdən çıxarılmasına dair mülki iş üzrə Quba rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli 2(027)-2021/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli 2(027)-2021/2019 saylı qətnaməsi ləğv edilərək, Quba rayon Aqrar İslahat Komissiyasının 09.02.1998-ci il tarixli 03 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 verilmiş 0,06 ha torpaq sahəsində yerləşən evdən cavabdeh İddiaçı məxsus : taxt - 1 ədəd, şifoner- 1 ədəd, servant - 1 ədəd, termo - 1 ədəd, sandıq - 1 ədəd, xalça - 3 ədəd, uşaq yatağı—1 ədəd, beşik - 1 ədəd, ə d y a l - ' 3 ədəd, döşəklər, yorğanlar, yastıqlar, uşaq döşəyi, uşaq yorğanı, yataq örtükləri, dəsmallar, pərdələr, prostinalar, taxt döşəyi, divan üstü; elektrik çayniki - 1 ədəd, xörək servizi - 1 ədəd, qrafinka, qaşıqlar, boşqablar, badyalar, stəkanlar, çaynik, güzgü, lampa; padnoslar, sinilər, süzgəclər meyvə qabları, su qabları, stullar - 6 ədəd, nahar stolu, süfrələr; uşaq oyuncaqları, uşaq paltarları, ayaqqabılar, çıl-çıraqdan ibarət cehiz əmlaklarının çıxarılması qət edilmişdi. İş materiallarında olan 17.12.2020-ci il tarixli aktın surətindən məlum olur ki, iddianın təmin etmə tədbiri barədə Quba rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli 2(027)-2152/2020-ci il saylı qərardadına əsasən Quba rayon İcra şöbəsinin icra məmurları tərəfindən yerində baxış keçirilmiş və aşkar edilmiş əşyalarla bağlı akt tərtib edilmişdir. İş materiallarında olan Quba RİHB-nin Xucbala kənd İƏD üzrə nümayəndəliyinin 27.11.2020-ci il tarixli 879 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, Xucbala kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, Xucbala kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 ilə İddiaçı 15 noyabr 2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ilə ailə qurmuş və İddiaçı qaynatası Cavabdeh1 məxsus evə gəlin köçmüşdür. Sonradan ailə münasibətlərində problemlər yaranmış və Quba Rayon Məhkəməsinin 16.01.2019-cu il tarixli 2(027)-348/2019-cu il saylı qətnaməsi ilə nikah qeydi pozulmuşdur. Pozulduğdan sonra İddiaçı qaynatası Cavabdeh1 məxsus evdən çıxmış, lakin özünə məxsus əşyaları gəlin köçdüyü, cavabdehlərə məxsus evdə saxlamışdır. Cavabdeh1 İddiaçı məxsus əmlakı evdən çıxarılması barədə iddia ərizəsilə müraciət etmiş və bu barədə iş materiallarında olan qətnamələrlə İddiaçı məxsus əmlakın Cavabdeh1 aid evdən çıxarılması qət edilmişdir. Lakin İddiaçı həmin qətnamədən apellyasiya şkayəti verən zaman hazırki iddia tələbində əlavə olaraq göstərdiyi əmlakları apellyasiya şikayətində göstərməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, əşyaların iddiaçıya məxsus olması və ya cavabdehdə olması sübuta yetirilməlidi. Mübahisənin predmeti olan və aktda qeyd olunan əşyalar cavbdehin evində saxlanılmışdır, cavabdeh tərəf də bunu etiraf edir. Bu səbəbdən iddia tələbi ilə iddiaçı cehiz əmlaklarının cavabdehlərdən özünün və yaxud dəyərini tələb etməkdə haqlıdır. Məhkəmədə iddiaçı tərəf öz tələblərini qismən subut etdi. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı məxsus 17.12.2020-ci il tarixli aktda göstərilmiş əmlaklar Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Yataq dəsti, qonaq dəsti, divan-kreslo, uşaq üçün tək çarpayı, 1ədəd stol və 6 ədəd stul- 3500 manat, 5 ədəd yorğan, 3 ədəd döşək, 4 ədəd yastıq, cəmi 1500 manat, 1 ədəd ədyal-80 manat, güpür pokrıval-70 manat, 5 ədəd taxt üçün yataq ağı-280 manat, 1 ədəd uşaq yataq ağı-40 manat, 4 ədəd hamam dəsmalı-100 manat, 10 ədəd çay dəsmalı-16 manat, 3 ədəd süfrə-150 manat, 3 ədəd padnos-40 manat, meyvə qabları-20 manat, çərəz qabları-100 manat, blender-5 manat, ədviyyat qabları-35 manat, 2 ədəd bıçaq dəsti-35 manat, 5 ədəd qazan və 1 ədəd tava 170 manat, 1 ədəd qəfədan-23 manat, 2 ədəd xrustal güldan-220 manat, kül qabı-70 manat, 18 ədəd xrustal stəkan-90 manat, 12 ədəd bakal-60 manat, tozsoran-70 manat, 3 ədəd xalça-1200 manat, 18 ədəd sadə stəkan-90 manat, 10 ədəd sadə qəndqabı-13 manat,12 ədəd bakal-8 manat, 24 ədəd nəlbəki-46 manat, 24 ədəd razetka-30 manat, limon qabı-12 manat, 1 ədəd yemək servizi- 200 manat, 1 ədəd güldan-40 manat, 4 ədəd dolça -27 manat, 45.3 ədəd dolça-20 manat, 18 ədəd qaşıq-çəngəl-35 manat, 2 ədəd şirniyyat qabı-100 manat, uşaq yazı stolu-50 manat və 3 cüt ayyaqqabı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-376/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-376/2021
20.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver