Məhkəmə qərarları › İş №2(027)-377/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-377/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-377/2023 07.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 02 avqust 1984-cü ildə Quba şəhərində anadan olmuş oğlu X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 02 iyul 1977-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 02 avqust 1984-cü il tarixdə X11 adlı uşaqları anadan olmuşdur. X13 xx.xx.2004-cü il tarixdə X4 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X6 adlı və xx.xx.2008-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. X19 2008-ci ildən 2014-cü ilə kimi cəzaçəkmə müəssisəsində cəza çəkmiş, cəzasını çəkib qurtardıqdan sonra bir müddət bizimlə birlikdə yaşasa da, sonradan məndən və digər ailə üzvlərindən xəbərsiz 16 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikasından çıxıb getmiş və Suriyaya gedərək həmin ölkədə gedən döyüş əməliyyatlarında iştirak etməyə başlamışdır. X19 ölkəni tərk etdikdən sonra bir neçə dəfə onlarla telefon vasitəsi ilə əlaqə saxlamış, 2015-ci ilin yanvar ayında axırıncı dəfə oğlu ilə əlaqə saxlaya bilmişlər. Bundan sonra onlara zəng gələrək oğlu X14 Ərəb Respublikasında gedən döyüşlərdə öldürüldüyü barədə məlumat verilmişdir. Həmin vaxtdan bu günə kimi X19dan başqa heç bir məlumat ala bilməmişlər. Oğlunun getdiyi ölkədə baş verən hadisələr və bu günə kimi onun əlaqə saxlamamağı, o cümlədən 2015-ci ildə onlara gələn telefon zəngi X19un həqiqətən də öldüyünə inanmağına səbəb olmuşdur. Qeyd etdiyi hallar, o cümlədən X19un 16 avqust 2014-cü ildə Azərbaycan Respublikasını tərk etdiyi, həmin tarixdən sonra bir daha ölkəyə daxil olmadığı, onun ölkə ərazisindən kənarda döyüş əməliyyatlarında iştirak etməyi Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 2(001)-16766/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti X8 qarşı Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 02 avqust 1984-cü il tarixdə Quba rayonunda anadan olmuş X5 Azərbaycan Respublikası vətəndaşlığını itirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədə iş materialı kimi istinad edilən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS) alınan çıxarışdan da göründüyü kimi oğlum X11 16 avqust 2014-cü ildə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə daxil olmamışdır. Göründüyü kimi oğlundan uzun illərdir ki, məlumat yoxdur və iştirak etdiyi döyüş əməliyyatlar onun öldüyünü deməyə əsas verir. Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə əsasən şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Onun X19un xəbərsiz itkin düşməsindən isə təxminən 7 il müddət keçir. Ona görə də oğlu X5 ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 02 dekabr 2022-ci il tarixli, 05/Q-691 nömrəli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda oğlunun ölmüş elan edilməsi ona vərəsəlik məsələlərinin həlli, Musa Orucovun azyaşlı övladları üçün ailə başçısını itirməyə görə sosial müavinətin alınması və digər sosial məsələlər üçün lazımdır. Bu hal isə yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Ona görə də 02 avqust 1984-cü il təvəllüdlü oğlu X5 ölmüş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X11 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü ildə anadan olmuş X11 yaxın qohumları ilə əlaqələri itirmiş şəxs X5 axtarılmasına dair xx.xx.2022-ci il tarixli 560262 nömrəli iş açılmış və şəxsin tapılması üçün axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Valideynləri qrafasında atası – X10, anası – Ərizəçi olaraq qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-16766/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs X5 (doğulduğu tarixxx.xx.1984-cü il, doğulduğu yer-Quba rayonu, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi — 1259JGD, Pasport: seriya və nömrəsi P 1988844) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi X1 tələbinin əsası kimi oğlu X5 2014-cü ildə Suriyaya getməsi və bugünədək Azərbaycan Respublikasına geri qayıtmamasını göstərir. Həqiqətən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Bununla bağlı məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Lakin, ərizəçinin məhkəməyə təqdim etdiyi sübutlardan aydın olur ki, o, oğlunun axtarılması ilə bağlı Quba RPŞ-nə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bu vaxtdan 16 gün sonra məhkəmədə iddia qaldırmışdır. Ərizəçinin təqdim etdiyi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-16766/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən X5 (doğulduğu tarix-xx.xx.1984-cü il, doğulduğu yer-Quba rayonu, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi — 1259JGD, Pasport: seriya və nömrəsi P 1988844) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Lakin, ərizəçinin təqdim etdiyi bu sübutlar heç də X5 ölmüş elan edilməsi üçün əsas ola bilməz. Hazırki mübahisəni tənzimləyən yuxarıda qeyd olunan maddənin “...şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” müddəasını məhkəmə həmin şəxsin yalnız yaşayış yerində olmaması kimi qəbul etmir. Başqa sözlə, şəxsin digər ərazidə, şəhərdə, ölkədə yaşadığı halda, bu barədə hər hansı bir məlumatın onun yaşadığı yerə daxil olmaması, onun ölmüş hesab edilməsi üçün əsas ola bilməz. Şəxs yaşayış yerini tərk etdikdən sonra olduğu yer məlum olmadıqda, onun axtarılması istiqamətində hazırki halda 5 il ərzində real hərəkətlər həyata keçirilməlidir. Ərizəçinin təqdim etdiyi sübutlarla X2 beş il ərzində axtarılması təsdiq edilmir. Ərizəçinin deməsinə görə, Musa Orucov 2014-cü ildə Azərbaycan Respublikasını tərk edib Suriyaya getmişdir. Lakin, Musa Orucovun həmin vaxtdan Suriyada yaşaması qəbul edilsə belə, bu onun ölmüş hesab edilməsinə dəlalət etmir. Məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələb ilə məhkəməyə müraciət etmək üçün əsası yalnız Quba RPŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən beş il keçdikdən sonra yarana bilər. Daha dəqiq desək, ölmüş elan edilməli olan şəxsin qohumları tərəfindən Quba RPŞ-nə xx.xx.2022-ci il tarixdə müraciət edilmiş və ancaq bundan sonra axtarış tədbirləri həyata keçirilməyə başlamışdır. Bu da onu göstərir ki, ərizəçidə oğlu X9 getməsi barədə məlumat olsa da, sonuncunun qanunla nəzərdə tutulmuş qaydada son beş il ərzində ölkə ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi 02 avqust 1984cü ildə Quba şəhərində anadan olmuş oğlu X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan əsasən xx.xx.1984-cü ildə anadan olmuş X5 axtarılmasına dair xx.xx.2022-ci il tarixli 560262 nömrəli iş açılmış və şəxsin tapılması üçün hazırda axtarış tədbirləri davam etdirilir. Ərizəçi məhkəməyə təqdim etdiyi sübutlar əsasında xx.xx.1984-cü ildə anadan olmuş X5 məhkəmə tərəfindən ölmüş elan edilməsi hazırki vəziyyətdə mümkün olmamışdır. Ərizəçi isə ərizəsinin müdafiəsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, ərizəçi tərəfindən öz tələbinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar