Məhkəmə qərarları › İş №2(027)-39/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-39/2023

03.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-39/2023 03.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavadbeh Cavabdeh Hacıağa oğluna qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində olan tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Hacıağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı-nə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri Heydər Əliyev prospektinə olan çıxışı tərəfində tikilmiş və Cavabdeh Hacıağa oğlu tərəfindən istifədə edilən, Cavabdeh Hacıağa oğluna məxsus tikilinin cavabdehin hesabına sökülməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin üzərində Cavabdeh Hacıağa oğlu tərəfindən yaradılmış maneələrin qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı-nə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri Heydər Əliyev prospektinə olan çıxışı tərəfində tikilmiş və Cavabdeh Hacıağa oğlu tərəfindən istifədə edilən tikilinin 5500 (beş min beş yüz) manat kompensasiya ödənilməklə sökülməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsində mülkiyyət hüququnun həyata keçirilməsinə (istifadə, sahiblik) Cavabdeh Hacıağa oğlu tərəfindən yaradılmış maneələrin qaldırılması, Cavabdeh Hacıağa oğlunun İddiaçı-nə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m tikili xüsusi mülkiyyət hüququ ilə Quba–İstehsalat MMC-nə məxsusdur. Torpaq sahəsinin bir hissəsi Quba şəhəri Heydər Əliyev prospektinin kənarındadır. Həmin torpaq sahəsində müxtəlif tikililər olmaqla, müəssisə istehsalatla məşğuldur. X8 prospektinin kənarında yerləşən torpaq sahəsinin bir hissəsini (təxminən 54 kv.m) Cavabdeh Hacıağa oğlu zəbt etmiş, orada tikili tikmiş, müəssisənin torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmışdır. Cavabdeh müəssisəyə məxsus torpaq sahəsinin üzərindəki tikilidən avtomobillərin yağ dəyişmə məntəqəsi kimi istifadə edir, X8 prospektinin kənarındakı torpaq sahəsini zəbt etməklə, tikili tikməklə müəssisənin həmin ərazidəki gəlirdən, qazancdan məhrum edir. Halbuki müəssisə fəaliyyətlə məşğul olur, cavabdehin müəssisəyə məxsus torpaq sahəsini zəbt etməsi nəticəsində müəssisə həmin torpaq sahəsini istifadə edə bilmir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı-nin direktoru X3 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X11 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq onu da qeyd etdi ki, məhkəməyə təqdim etdikləri çıxarış və texniki pasportdan da görünür ki, torpaq sahəsi İddiaçı-nə məxsusdur. Məhkəmə iclası zamanı Cavabdeh Hacıağa oğlunun etibarnamə əsasında nümayəndəsi Vəkil cavabdehin isitfadə etdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını bildirmiş və bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarını təqdim etmişdir. Bundan sonra həmin qərarın mövcud olmasından məlumatları olmuş, qərarlar tanış olmuşlar. Həmin qərar onların hüquqlarına toxunub-toxunmamasını aydınlaşdırmaq üçün həmin inzibati işə cəlb edilməli barədə Sumqayıt İnzibati Məhkəməsinə vəsatətlə müraciət etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-310/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi qərardadında vəsatətə baxılarkən iddiaçının (Cavabdeh Hacıağa oğlu) adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinantları ilə maraqlı şəxsin mülkiyyətdə olan torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarının üst-üstə düşməsi faktının müəyyən edilməsi məqsədilə "xxxx" MMC-dən mütəxəssis rəyinin alınması və alınmış rəyə uyğun olaraq İddiaçı-nin üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsinə hüqüqi qiymət verilməsi məsələsini qeyd etmişdir. Həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən rəy alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin idarədən 21 fevral 2023-cü il tarixli mütəxəssis rəyi gəlmiş və rəydə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları ilə İddiaçı-nin mülkiyyətində olan xx.xx.2018-ci il tarixli, **********889- 12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən verilmiş torpaq sahəsinin koordinantları ilə üst-üstə düşmədiyi, Cavabdeh Hacıağa oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi İddiaçı-nə məxsus olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşməsi qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)- 1086/2019 saylı inzibati işdə üçüncü şəxs kimi cəlb edilməmişdir. Həmin işə cəlb edilmədiyi halda Cavabdeh Hacıağa oğlunun mülkiyyət hüququnun yaranmasına əsas verən Azərbaycan Respubliaksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1260/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını mübahisələndirə bilməz. Bundan əlavə hazırkı iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların rəyindən və Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna əsasən alınmış mütəxəssis rəyindən də görünür ki, cavabdehin Cavabdeh Hacıağa oğluna verilmiş çıxarışın koordinantları ilə İddiaçı-nə məxsus çıxarışda qeyd edilmiş koordinantlar üst-üstə düşmür. Cavabdeh Hacıağa oğluna məxsus çıxarış başqa əraziyə düşür. Buna baxmayaraq Cavabdeh Hacıağa oğlu iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir. Cavadbeh Cavabdeh Hacıağa oğlunun etibarnamə əsasında nümayəndəsi Vəkil məhkəməyə ərizə verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1086/2019 saylı qeyd olunan iş üzrə qəbul ediləcək məhkəmə aktlarının hazırkı mübahisəyə dair məhkəmə araşdırmasına münasibətdə predyusial əhəmiyyətini nəzərə alıb işin icraatının dayandırılması və ya yaxud iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh və onun etibarnamə əsasından nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların etibarnamə əsasında nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Kommersiya Hüquqi şəxslərin Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, İddiaçı-nin qanuni təmsilçisi X1r. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsi və üzərində olan 1450,9 kv.m daşınmaz əmlak İddiaçı-nin mülkiyyətindədir. İş materiallarında olan Quba rayon X2 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 308 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Quba şəhəri 29-cu məhəllədə yerləşən ümumi sahəsi 45.0 kv.m olan elektrik çilingər sexi Cavabdeh Hacıağa oğlunun adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1260/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2020-ci il tarixli, 2- 1(105)-125/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı-nə məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m tikili ilə xüsusi mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin İddiaçı-nə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” əsasən Cavabdeh Hacıağa oğluna məxsus Quba şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 45 kv.m elektrik çilingər sexinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi Qeydiyyat vəsiqəsində məkan göstəriciləri olmadığından təyin etmək mümkün olmamışdır. Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” əsasən Cavabdeh Hacıağa oğluna məxsus Quba şəhəri, 29-cu məhəllə ərazisində yelrəşən 45 kv.m elektrik çilingər sexinin yerləşdiyi torpaq sahəsinin koordinantları müəyyən olunmur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” və texniki pasportda binanın yerləşmə sxeminə əsasən həmin tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı-nin qonşuluğunda yerləşən ticarət mərkəzinə bitişik olmaqla İddiaçı-nə məxsus torpaq sahəsinin şimal-qərb hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin sözügedən qeyri-yaşayış binasının texniki pasportunda qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin koordinantları olmadığından həmin binanın və torpaq sahəsinin nə qədər hissəsinin İddiaçı-nə məxsus torpaq sahəsinin daxilində olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edək ki, Cavabdeh Hacıağa oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi İddiaçı-nə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 10/5199 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Azərbaycan Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” və texniki pasportda binanın yerləşmə sxeminə əsasən həmin tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı-nin qonşuluğunda yerləşən ticarət mərkəzinə bitişik olmaqla İddiaçı-nə məxsus torpaq sahəsinin şimal-qərb hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin sözügedən qeyri-yaşayış binasının texniki pasportunda qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin koordinantları olmadığından həmin binanın və torpaq sahəsinin nə qədər hissəsinin İddiaçı-nə məxsus torpaq sahəsinin daxilində olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edək ki, Cavabdeh Hacıağa oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi İddiaçı-nə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-cil tarixli, 2-1(118)-1086/2019 nömrəli işi üzrə 21 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları ilə İddiaçı-nin mülkiyyətində olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən verilmiş torpaq sahəsinin koordinantları ilə üst-üstə düşmədiyi, Cavabdeh Hacıağa oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi İddiaçı-nə məxsus olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşməsi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 2(027)-39/2023 saylı mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, həmin ərizə Cavabdeh Hacıağa oğluna göndərilmiş və cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edərək dəqiqləşdirməni almışdır. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli Qiymətləndirmə hesabatından görünür ki, İddiaçı-nə məxsus torpaq sahəsində yerləşən qeyri yaşayış binasının sökülərək yenidən tikilmə xərcləri 5500 manat məbləğindədir. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-1043 saylı KOD 30301004 saylı Dövlət Aktına əsasən Cavabdeh Hacıağa oğluna Quba şəhəri ərazisindən 0,01 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********8506301 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, Quba şəhəri 24-cü məhəllə ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 45 kv.m olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Hacıağa oğlunun adına qeydə alınmışdır. Beləliklə tərəflərin izahatları, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin, işdə olan sübutların, mütəxəssis və ekspert rəyinin tədqiqi və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********889- 12301 reyestr nömrəli Çıxarışa əsasən Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m tikili xüsusi mülkiyyət hüququ ilə Quba–İstehsalat MMC-nə məxsusdur. Cavabdeh Hacıağa oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi İddiaçı-nə məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********889-12301 reyestr nömrəli Çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşir. Lakin həmin çilingər sexinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları İddiaçı-nə məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********889-12301 reyestr nömrəli Çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları ilə üst-üstə düşmür. Həmin çilingər sexinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları sexin yerləşdiyi əraziyə deyil tamamilə başqa bir əraziyə aiddir. Beləliklə göründüyü kimi, Cavabdeh Hacıağa oğlunun istifadə etdiyi çilingər sexinin yerləşdiyi torpaq sahəsi İddiaçınə məxsusdur, Cavabdeh Hacıağa oğlu çilingər sexinin yerləşdiyi torpaq sahəsinin yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən torpaq sahəsinin koordinantları faktiki olaraq çilingər sexinin yerləşdiyi əraziyə deyil, başqa bir əraziyə düşür. Bundan əlavə məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi çilingər sexinə və onun yerləşdiyi torpaq sahəsinə Dövlət reyestrindən çıxarış aldıqlarını bildirmişlər. Məhkəməyə təqdim olunmuş Cavabdeh Hacıağa oğlunun istifadə etdiyi çilingər sexinin və altındakı torpaq sahəsinə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********8506301 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışdan göründüyü kimi torpaq sahəsinin və üzərindəki tikilinin yerləşdiyi ünvan Quba şəhəri 24-cü məhəllə göstərilmişdir. İddiaçı-nə məxsus 0,8502 ha torpaq sahəsi isə Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanındadır. Mübahisəli hər iki torpaq sahəsinə dair Dövlət reyestrindən verilmiş Çıxarışlarda göstərilən ünvanlarda torpaq sahələrinin eyni deyil fərqli ünvanlarda yerləşməsi aydın görünür. Ona görə də İddiaçı göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olması təsdiq olunur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə hazırkı mübahisənin hüquqi tənzimlənməsi ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə iddia tələbinə və iş üzrə icraatında dayandırılması və ya rədd edilməsi ilə bağlı cavabdehin etirazına ayrı-ayrılıqda qiymət verməyi zəruri hesab edir. Hər şeydən əvvəl məhkəmə hesab edir ki, İddiaçı-nin Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır, mülkiyyət hüququnun məhdudlaşdırılması, mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin yaradılması yolverilməzdir mülkiyyət hüququ qorunmalıdır. İş materialları və məhkəmə araşdırmaları nəticəsində təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Hacıağa oğlunun istifadə etdiyi çilingər sexi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, **********889-12301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı-nə məxsus Quba şəhəri Heydər Əliyev prospekti 196 ünvanında olan 0,8502 ha torpaq sahəsində yerləşir. Cavabdeh Hacıağa oğlunun istifadə etdiyi çilingər sexinin və onun yerləşdiyi torpaq sahəsinin koordinantları başqa ərazidədir. Cavabdeh Hacıağa oğlu mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin koordinantlarının yerləşdiyi ərazidən istifadə etməmiş, çilingər sexini həmin ərazidə tikməmişdir. Bundan əlavə İddiaçı Cavabdeh Hacıağa oğluna tikilinin sökülməsinə görə kompensasiya ödəməsi hüquqdan sui-istifadə baxımından doğru haldır. Baxmayaraq ki, Cavabdeh Hacıağa oğlunun tikdiyi çilingər sexi qanunsuz tikilidir. Hər bir halda onun sökülməsinə görə iddiaçı tərəfindən kompensasiya ödənilməsi işin təqdirəlayiq halıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Qeyd olunduğu kimi, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X7rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 2013cü il 22 yanvar tarixli Qərarı). Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələri). Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası qanunvericilik normalarının düzgün tətbiq edilmədiyini və kompensasiyanın ödənilməsi əsaslarının səhv təfsir olunduğunu nəzərə almayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur. O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. İş üzrə icraatında dayandırılması və ya rədd edilməsi ilə bağlı cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından da görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)- 1086/2019 nömrəli qərardadını ləğv edən məhkəmə kollegiyası qərardadında vəsatətə baxılarkən iddiaçının (Cavabdeh Hacıağa oğlu) adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinantları ilə maraqlı şəxsin mülkiyyətdə olan torpaq sahəsinin döngə nöqtələrinin koordinantlarının üst-üstə düşməsi faktının müəyyən edilməsi məqsədilə "xxxx" MMC-dən mütəxəssis rəyinin alınması və alınmış rəyə uyğun olaraq İddiaçı-nin üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsinə hüqüqi qiymət verilməsi məsələsini qeyd etmişdir. Həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən rəy alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin idarədən 21 fevral 2023-cü il tarixli mütəxəssis rəyi gəlmiş və rəydə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları ilə İddiaçı-nin mülkiyyətində olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən verilmiş torpaq sahəsinin koordinantları ilə üstüstə düşmədiyi, Cavabdeh Hacıağa oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi İddiaçı-nə məxsus olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşməsi qeyd edilmişdir. İddiaçının nümayəndəsinin göstərdiyi dəlillərlə razılaşan məhkəmə qeyd edir ki, İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-1086/2019 saylı inzibati işdə üçüncü şəxs kimi cəlb edilməmişdir. Həmin işə cəlb edilmədiyi halda Cavabdeh Hacıağa oğlunun mülkiyyət hüququnun yaranmasına əsas verən Azərbaycan Respubliaksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1260/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını mübahisələndirə bilməz. Həmin qərar mübahisələndirilmədiyi halda isə hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur. İddianın rədd edilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir mötəbər sübut məhkəməyə tədim edilməmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsinə dair cavabdehin ərizədə göstərdiyi dəlillərini formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin mövqeyi qanuni və əsaslı olmaqla, işin faktiki hallarına da tam uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə"26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçının dəlilləri sübuta yetirilmişdir. Cavabdehin isə iddia tələbinə verdiyi ərizədə göstərdiyi hallar əsaslı şübhələrdən kənar deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı-nə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri Heydər Əliyev prospektinə olan çıxışı tərəfində tikilmiş və Cavabdeh Hacıağa oğlu tərəfindən istifadə edilən tikili İddiaçı tərəfindən 5500 (beş min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə sökülməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsində mülkiyyət hüququnun həyata keçirilməsinə (istifadə, sahiblik) Cavabdeh Hacıağa oğlu tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, Cavabdeh Hacıağa oğlu İddiaçı-nə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı-nə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri Heydər Əliyev prospektinə olan çıxışı tərəfində tikilmiş və Cavabdeh Hacıağa oğlu tərəfindən istifadə edilən tikili İddiaçı tərəfindən 5500 (beş min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə sökülsün; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsində mülkiyyət hüququnun həyata keçirilməsinə (istifadə, sahiblik) Cavabdeh Hacıağa oğlu tərəfindən yaradılmış maneələr aradan qaldırılsın; Cavabdeh Hacıağa oğlu İddiaçı-nə məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar