Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-392/2023 17.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 1992-ci il tarixdə Quba rayonu, Xanəgah kəndində doğulmuş övladı X3 04 aprel 1993-cü il tarixdə Quba rayonu, Xanəgah kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, X8 onun övladıdır. X15 xx.xx.1992-ci il tarixdə Quba rayonu, Xanəgah kəndində doğulmuşdur. Qızı Gülər doğuşdan zəif və xəstə olmuş, müalicə almasına baxmayaraq 04 aprel 1993-cü il tarixdə Quba rayonu, Xanəgah kəndində yaşadığı evdə vəfat etmişdir. Qohumların və yaxınların iştirakı ilə tərəflərindən Quba rayonu, Xanəgah kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin övladına maddi imkanı zəif olduğundan məzar daşı qoydurmamışlar. Qızının 04 aprel 1993-cü il tarixdə Quba rayonu, Xanəgah kəndində vəfat etməsi və kənd qəbiristanlığında dəfn olunması ərizəsinə əlavə olunan şahidlərin iştirakı ilə tərtib edilmiş Akt ilə də təsdiq olunur. X13 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 30 noyabr 2022-ci il tarixli 05/ Q-689 saylı məktubu ilə X3 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən övladı X3 04 aprel 1993-cü il tarixdə Quba rayonu, Xanəgah kəndində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, ərizəçi onun qonşusu və dayısı oğludur. Ərizəçinin 5 uşağı olub, 2 uşağı vəfat etmişdir. Ərizəçinin qızı Gülər 04 aprel 1993-cü il tarixdə Quba rayonu, Xanəgah kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn olunmuşdur. Onu molla kmi o dəfn etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi onun qaynıdır. Salehin 5 uşağı olmuş, Gülər 1992-ci ildə doğulub, 04 aprel 1993-cü ildə vəfat etmişdir və onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1093 №li arayışından görünür ki, Ərizəçi Quba rayonu, Rustov kəndində daimi qeydiyyatdadır, İƏD-nin Xanəgah kəndində yaşayır. İş materiallarında olan İV-ЖГ seriyalı № 301471 saylı evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X2 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşdur və bu barədə vətəndaşlıq vəziyyəti aktlarında 80 nömrə ilə qeyd edilmişdir; İş materiallarında olan xx.xx.1992-ci il tarixli, XVİ-ЖГ № 401185 doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1992-ci il tarixdə Quba rayonu, Xanəgah kəndində anadan olmuşdur, anası X1, atası isə Ərizəçidur; Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 516 nömrəli arayışından görünür ki, X3 ölümü barədə akt qeydi aşkar olunmamışdır; Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-689 nömrəli məktubdan görünür ki, X3 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur; Quba rayonu Xanəgah kəndində Ərizəçi, X5 və X6 iştirakı ilə tərtib olunmuş 09 dekabr 2022-ci il tarixli aktından görünür ki, 15 sentyabr 1992-ci il tarixində Quba rayonu, Xanəgah kəndində anadan olan X8 04 aprel 1993-cü il tarixdə vəfat etmişdir və Xanəgah kənd qəbristanlığında dəfn edilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 04 aprel 1993-cü il tarixdə Quba rayonu, Xanəgah kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 15 sentyabr 1992-ci il tarixdə Quba rayonu, Xanəgah kəndində doğulmuş X3 04 aprel 1993-cü il tarixdə Quba rayonu, Xanəgah kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 sentyabr 1992-ci il tarixdə Quba rayonu, Xanəgah kəndində doğulmuş X3 04 aprel 1993cü il tarixdə Quba rayonu, Xanəgah kəndində vəfat etməsi müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-392/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-392/2023
17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver