Məhkəmə qərarları › İş №2(027)-407/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-407/2022

14.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-407/2022 14.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehinh hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X3 qardaşlarına ona məxsus zəbt etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Quba rayonu, İspik kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinin Cavabdeh1 hesabına boşaldılması, ona məxsus torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, bu tələb üzrə Quba Rayon Məhkəməsinin icraatında başqa hakimin icraatında iddia vardır və cavabdeh X1 hüquq varisi müəyyən edilənədək həmin iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardından görünür ki, İddiaçı cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə cavabdeh X1 hüquq varisi müəyyən edilənədək həmin iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, zəbt olunmuş torpaq sahəsinin cavabdehin hesabına boşaldılması, torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar