Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-407/2024 30.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi və şəxs Quba Regional ASAN Xidmət X7nin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Regional ASAN Xidmət X7nə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X1 25 dekabr 1998-ci il tarixdə Quba rayonu Küçeyi kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X3 xx.xx.1998-ci il tarixdə Quba rayonu, Küçeyi kəndində vəfat etmiş və Küçeyi kənd qəbirstanlığından dəfn edilmişdir. Bütün dəfn xərcləri rəhmətə getmiş atası tərəfindən həyata keçirilmiş, lakin o zaman qanunvericiliyin tələbələrini bilmədiyindən ölüm haqqında şəhadətnamənin alınması üçün nə sənədlər toplamışdır, nə də ki, müvafiq quruma müraciət etmişdir. Sonradan atası özü rəhmətə getdiyindən, onların həmin məsələdən xəbəriləri olmamışdır. Ölüm qeydinin aparılıb-aparılmaması barədə xx.xx.2023-cü il tarixdə maraqlı şəxsə müraciət etmiş, ölümü təsdiq edən sənəd təqdim edilə bilmədiyindən, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Quba regional ASAN XİDMƏT X7 tərəfindən bununla balı xx.xx.2023-cü il tarixli imtina məktubu təqdim etmişdir. Quba rayonu İcra Hakimiyyəti Başçısının Talabaqışlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli arayışa əsasən, X3, həqiqətən də Küçeyi kənd sakini olub və xx.xx.1998-ci ildə həmin kənddə vəfat edib və Küçeyi kənd qəbirstanlığında dəfn edilib. Torpaq şəhadətnaməsində X1 adı həmin sənəd üzrə hər hansı qanuni işlərin aparılması mümkün olmur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Quba Regional ASAN Xidmət X7nin nümayəndəsi X8 ərizənin təmin edilməsini etirazı etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Onun atası – X2r. İş materiallarında olan Quba RİHB-nın Talabıqışlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X3 25 dekabr 1998-ci il tarixdə Quba rayonu Küçeyi kəndində vəfat etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X3 25 dekabr 1998-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, X1 25 dekabr 1998-ci il tarixdə Quba rayonu Küçeyi kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. X1 25 dekabr 1998-ci il tarixdə Quba rayonu Küçeyi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-407/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-407/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver