Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-415/2020 01.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, İddaçı Ləğv prosesində olan İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə Ləğv prosesində olan İddiaçı-nin cavabdehlər Cavabdeh qarşı “borc və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 4758,01 manat əsas borc, 600,19 manat məbləğində faiz borcu, olmaqla, cəmi 5358,20 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması; ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 20 manat rüsum məbləğinin tutulub İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanı Cavabdeh ilə bağlanmış xx.xx.2016-cı il tarixli 130 RKX nömrəli kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş Cavabdeh AR NK-nin DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi 280601625, seriya MN ******* xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək həmin ipoteka predmetini açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satıldığdan sonra 1 ay müddətinə boşaldılması barədə qətnamə qəbul eilməsini məhkəmədən xahiş etmişdir. İddisçı Ləğv prosesində olan İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bank ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 20 XK nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya dövriyyə vəsaitlərinin artırılması məqsədilə 48 ay müddətinə illik 20% olmaqla, 20 000 manat kredit ayrılmışdır. Həmin müqavilənin təminatı qismində AR NK-nin DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi 280601625, seriya MN ******* xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixlı, RX seriyalı ******* yüklülük çıxarışı verilmişdir. İpoteka müqaviləsinin davamı olaraq “sonrakı ipoteka müqaviləsi haqqında” xx.xx.2014-cü il tarixli razılaşma bağlanmış və buna əsasən ipoteka müqaviləsi DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli yüklülük çıxarışı vermişdir. Bundan əlavə İddiaçı-nin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 130 RKX nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya dövriyyə vəsaitlərinin artırılması məqsədilə 60 ay müddətinə illik 20% olmaqla, 7950 manat kredit ayrılmışdır. Cavabdeh bank qrşısında öhdəliklərini yerinə yetirə bilmədiyindən onun banka xx.xx.2019-cu il tarixinə 4758,01 manat əsas borc, 600,19 manat faiz borcu, ümumilikdə 5358,20 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında Ləğv prosesində olan İddiaçı-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 20 XK saylı kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20% olmaqla, 20 000 manat kredit ayrılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 130 RKX saylı kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 20% olmaqla, 7950 manat kredit ayrılmışdır. İş materiallarında olan 25 İMX saylı ipoteka müqaviləsinə əsasən DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi 280601625, seriya MN ******* xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli sonrakı ipoteka müqaviləsindən görünürki, İpoteka predmeti “ipoteka qoyan”ın mülkiyyətindədir və yalnız “ipoteka qoyan” ilə İddiaçı-nin Xaçmaz filialı arsında bağlanmış xx.xx.2013-cü il tarixli 20 XK saylı kredit müqaviləsinin təminatı qismində DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş seriya MN 0001234, xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4kvşm yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi **********, seriya RX ******* xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən İpoteka müqaviləsi MM-nin 309 və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun10.4-cü maddələrinin tələblərinə uyğun olaraq, AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və hüquqları yüklü edilmişdi. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********99-10301, qeydiyyat nömrəsi **********, seriya RX ******* xx.xx.2017-cı il tarixli Çıxarışa əsasən İpoteka müqaviləsi MM-nin 309 və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4-cü maddələrinin tələblərinə uyğun olaraq, AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və hüquqları yüklü edilmişdi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il qəbzdən görünürki, iddiaçı təşkilat tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin DƏDR-də qeydə alınması üçün 20 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə xx.xx.2020ci il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan Cavabdeh məxsus məxsus Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kv. m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 80.000 manatdır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Ləğv prosesində olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 20 XK nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya dövriyyə vəsaitlərinin artırılması məqsədilə 48 ay müddətinə illik 20% olmaqla, 20 000 manat kredit ayrılması, həmin müqavilənin təminatı qismində AR NK-nin DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********99- 10301, qeydiyyat nömrəsi 280601625, seriya MN ******* xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Cavabdeh məxsus Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4kvşm yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulması, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində banka əsas borc üzrə 4758,01 manat manat, faiz borc üzrə 600,19 manat borclu qalması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Cavabdeh bankın xeyrinə əsas borc üzrə 4758,01 manat və faiz borc üzrə 600,19 manat məbləğində pulun tutulması tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4kvşm yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 80.000 manat dəyərində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Məhkəmə ipoteka predmeti olan əmlakın boşaldılması tələbinə qiymət verərək hesab edir ki, həmin tələbin heç bir hüquqi əsası olmadığından, yəni tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə və ipoteka münasibətlərini tənzimləyən qanunvericilik normalarına zidd olduğuna görə rədd olunmalıdır. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 312.4-cü maddəsinə əsasən ipoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipoteka qoyanların ipoteka predmetindən məcburi qaydada çıxarılmaları və oranın boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni ipoteka predmetinə tutma yönəldilməli və o satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi daxil olmalıdır. Hazırki mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni ipoteka predmeti satılmadığından və ipoteka qoyanların mülkiyyət hüquqlarına xitam verilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdeh Ləğv prosesində olan İddiaçı-niin xeyrinə əsas borc üzrə 4758,01 manat, faiz borcu üzrə 600,49 manat olmaqla ümumilikdə 5358,20 manat məbləğində pul tutularaq ödənməli, tutma tələbi Cavabdeh mülkiyyətində olan Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4kv.m yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yğnəldilməli, həmin ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməli, əmlak açıq hərracda satılmalı, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun ödənilməsi təmin edilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməlidir. İddia qalan hissəsə təmin edilməsin. Həmçinin Cavabdeh bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-də qeydə alınması üçün 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan İddiaçı-nin xeyrinə əsas borc üzrə 4758,01 (dörd min yeddi yüz əlli səkkiz manat bir qəpik) manat, faiz borcu üzrə 600,19(altı yüz on döqquz) manat olmaqla, cəmi 5358,20 (büş min üç yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləğində pul tutulsun; Borc ödənilmədikdə ləğv prosesində olan İddiaçı-nin tutma tələbi Cavabdeh mülkiyyətində olan Quba şəhəri, “Qəçrəş yolu” y/m küçəsində istifadəsində olan 0,03684 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 143,4 kvşm yaşayış, 283,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin ipoteka predmetinin ilkin satış qiyməti 80.000 manat müəyyən edilsin. Açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun və faiz borcunun ödənilməsi təmin edilsin, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilsin. Cavabdeh idda ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya verilsin. İddia qalan hisəsədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-415/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-415/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver