Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-431/2022 01.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı – X1 07.04.2017-ci il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X7 ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, X5 07.04.1997-ci il tarixdə ünvan 1 ünvanında yaşamışdır. Gülavər 07.04.2017-ci il tarixdə vəfat etmiş, Quba şəhər qəbirstanlığında dəfn edilmişdir. Gülavər vəfat etdikdən sonra onun ölümü haqqında şəhadətnamə almamışlar və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Ərizəçinin ailə üzvlərinə məxsus torpaq sahəsinə dair sənəddə Gülavərin də adı vardır. Hal-hazırda həmin torpaq sahəsinə dair sənədləşdirmə işləri aparmaq istəyirlər. Bunun üçün tələb olunan sənədləri hazırlasalar da, Gülavərin ölüm haqqında şəhadətnaməsi olmadığından həmin sənədi aidiyyatı üzrə təqdim edə bilmirlər. Bu səbəbdən də müvafiq sənədləşmə işlərini apara bilmirlər. Ölüm haqqında sənəd almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişlər. Şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reyestri kitabında Gülavərin ölüm qeydi olmadığından Qeydiyyat şöbəsində Gülavərin ölüm haqqında sənədinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. X1 ölüm faktını təsdiq edən sənədi başqa yolla əldə etmək mümkün deyildir, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçi onun qardaşıdır. Ərizəçinin qızı X5 həqiqətən də 07.04.2017-ci il tarixdə vəfat etmiş və Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, ərizəçi onun əmisidir. Ərizəçinin qızı X5 həqiqətən də 07.04.2017-ci il tarixdə vəfat etmiş və Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili X4 və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE № 0******* şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan AZ-İ № 758220 doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 07.04.1997-ci il tarixdə doğulmuş Gülavər Lətifova Ərizəçi qızıdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şobəsinin arayışından görünür ki, Quba rayonu üzrə 01.01.2014-27.12.2021-ci il illər üzrə ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs 27.12.2021-ci il tarixli 05/Q-753 nömrəli məktubundan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X1 07.04.2017-ci il tarixdə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 07.04.1997-ci il tarixdə Quba şəhərində doğulmuş X1 07.04.2017-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.04.1997-ci il tarixdə Quba şəhərində doğulmuş X1 07.04.2017-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-431/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-431/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver