Məhkəmə qərarları › İş №2(027)-459/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-459/2025

31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-459/2025 31.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» barədə ilə məhkəməyə müraciət edərək, 1911-ci ildə Quba şəhərində doğulmuş X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X9 ilə atası X10 (Əli-Əkbər) oğlu 01 iyul 1935-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan özü (Ərizəçi) xx xxxxxx 1942-ci il tarixdə doğulmuşdur. X2 1941-ci ilin iyun ayında Böyük Vətən müharibəsi başladıqdan sonra ordu sıralarına çağrılmış və bir daha da geri qayıtmamışdır. O, anadan olarkən atası artıq müharibədə olmuşdur. Atası İİ Dünya müharibəsinə qatıldıqdan sonra ondan heç bir məlumat ala bilməmişlər. Sonradan onlara X1 1941-ci ildə sentyabr ayında vəfat etdiyi bildirilmişdir. Bununla bağlı onlara Azərbaycan SSR Quba şəhər X8 İcraiyyə Komitəsi və Quba rayon Hərbi Komissarlığı tərəfindən arayışlar da verilmişdir. Lakin bu günə kimi X2 barəsində ölüm haqqında akt qeydi tərtib edilməmişdir. Bununla bağlı Maraqlı şəxs tərəfindən ona ölüm haqqında akt qeydinin aşkar olunmaması və hal-hazırda da ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. X1 ölmüş elan edilməsi ona vərəsəlik məsələlərinin həlli üçün vacibdir. Belə ki, atası İbrahim Novruzovun adına ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair texniki pasport mövcuddur, həmin əmlakı vərəsəlik qaydasında ada keçirmək üçün X1 ölüm haqqında şəhadətnaməsi tələb edilir. Atasıdan 83 ildir ki məlumat yoxdur və iştirak etdiyi döyüş əməliyyatları və həmin dövrün dövlət orqanlarının verdikləri arayışlar onun öldüyünü deməyə əsas verir. X1 xəbərsiz itkin düşməsindən isə təxminən 83 il müddət keçir. Ona görə də X1 ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 21 oktyabr 2024-cü il tarixli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizəsini müdafiə edərək, bildirdi ki, X5 1941-ci ilin iyun ayında Böyük Vətən müharibəsi başladıqdan sonra ordu sıralarına çağrılmış və bir daha da geri qayıtmamışdır. Həmin vaxta onlara “qara kağız” gəldiyi üçün, X3 öldüyünü bilmişlər. X3 ölmüş elan edilməsi vərəsəlik məsələlərinin həlli üçün önəmlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X5 ilə X7 nikahı xx.xx.1935-ci il tarixdə qeydə alınmışdır; AZ-T 082750 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1942-ci il tarixdə X5 ilə X7 birgə nikahından doğulmuşdur; AZ-İ 974462 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin anası X9 xx.xx.1996-cı il tarixdə ölmüşdür; Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 161 nömrəli arayışından görünür ki, Maraqlı şəxsndə 1949-1955-ci illər üzrə ölüm haqqında akt qeydləri yoxlanılmış, X5 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır; Daşınmaz əmlaka dair texniki pasportdan və digər sənədlərdən görünür ki, X3 adına ünvan 2 ünvanındakı yaşayış evi qeydə alınmışdır; Quba şəhəri işçi deputatları şurasının xx.xx.1975-ci il tarixli 3538 nömrəli arayışdan görünür ki, X5 Quba rayon hərbi komissarlığın 6 iyun 1975-ci il 4/260 nömrəli məktubuna əsasən 1941-ci ildə Böyük Vətən müharibəsində itkin düşmürdür; Quba rayon hərbi komissarlığın 4/57 saylı bildirişdən görünür ki, X5 1941-ci ilin sentyabr ayında Böyük Vətən müharibəsində itkin düşmürdür; Quba şəhəri işçi deputatları şurasının xx.xx.1982-ci il tarixli 2492 nömrəli arayışdan görünür ki, X5 1941-ci ildə Böyük Vətən müharibəsində vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi iddia tələbinin əsası kimi atası 1911-ci il təvəllüdlü X3 1941-ci ilin iyun ayında Böyük Vətən müharibəsində iştirak etmək üçün xidmətə çağırıldığını və geri qayıtmadığını göstərir. Həqiqətən də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə X3 1941-ci ildə Böyük Vətən müharibəsində həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, hesab edir ki, 1911-ci ildə Quba şəhərində doğulmuş X5 ölmüş elan edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3ci maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1911-ci ildə Quba şəhərində doğulmuş X5 ölmüş elan edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü hesab edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar