Məhkəmə qərarları › İş №2(027)-461/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-461/2025

22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-461/2025 22.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs QUBA rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs QUBA rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 may 1975-ci il tarixdə QUBA şəhərində doğulmuş X1 04 mart 2017-ci il tarixdə və 05 iyul 1997-ci il tarixdə QUBA şəhərində doğulmuş bacısı X5 04 oktyabr 2013-cü il tarixdə QUBA şəhərində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası Cəfərova (Fərhadova) Arzu Tahir qızı 27 may 1975-ci il tarixdə QUBA şəhərində doğulmuş, orta təhsilini QUBA şəhərində almış, 27 aprel 1994-cü il tarixdə atası X11 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxx 1994-cü il tarixdə o, Ərizəçi və 05 iyul 1997-ci il tarixdə bacısı X7 doğulmuşdur. Bacısı uzun müddət xəstə olmuş, xx.xx.2013-cü il tarixdə beyin ödəmi, kamotoz hal diaqnozu ilə çox ağır vəziyyətdə xəstəxanaya aparılmış, xx.xx.2013-cü il tarixdə vəziyyəti ağır olduğundan evə gətirilmiş və evdə vəfat etmişdir. Qohumların və yaxın şəxslərin iştirakı ilə bacısı QUBA şəhər qəbiristanlığında dəfn olunmuşdur. X3 ankoloji xəstə olmuş, 04 mart 2017-ci il tarixdə QUBA şəhərində yaşadığımız evdə vəfat etmişdir. Lakin səhlənkarlıqdan və qanunu bilmədiyimizdən bacısının və anasının ölümünü vaxtında aidiyyəti orqanlarda rəsmiləşdirməmişlər. X1 04 mart 2017-ci il tarixdə, bacısı X5 xx.xx.2013-cü il tarixdə QUBA şəhərində vəfat etmələri və QUBA şəhər qəbiristanlığında dəfn edilmələri ərizəsinə əlavə etdiyi məzar daşlarının fotoşəkilləri, QUBA bələdiyyəsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli 1115 saylı və 1116 saylı arayışlarla da təsdiq olunur. Vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar X1 və bacısı X5 ölüm haqqında şəhadətnamələri tələb olunduğundan ölüm haqqında şəhadətnamələrin verilməsi üçün QUBA rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. QUBA rayon Qeydiyyat Şöbəsinin 22 noyabr 2024-cü il tarixli 03-16-5/8-10-823/2024 saylı məktubu ilə X1 və bacısı X5 ölümünün qeydə alınmasının qeyri- mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Həmçinin QUBA rayon Mərkəzi Xəstəxanası PHŞ-nın xx.xx.2024-cü il tarixli məktubunda da məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən X1 04 mart 2017-ci il tarixdə və bacısı X5 04 oktyabr 2013-cü il tarixdə vəfat etmələri faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X1 və bacısı X5 QUBA şəhər qəbiristanlığında dəfn edilmələrini, dəfn mərasimində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf QUBA rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, X12 onun bacısı, X7 isə onun bacısı qızı olmuşdur. X2 04 mart 2017-ci il tarixdə və bacısı qızı X7 04 oktyabr 2013-cü il tarixdə vəfat etmişlər. Onların hər ikisi QUBA şəhər qəbirstanlığında dəfn edilmişlər. Dəfn mərasimində oda iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, X12 onun xalası qızı, X7 isə xalasının nəvəsi olmuşdur. X12 04 mart 2017-ci il tarixdə və X7 04 oktyabr 2013-cü il tarixdə vəfat etmişlər. Onların hər ikisi QUBA şəhər qəbirstanlığında dəfn edilmişlər. Dəfn mərasimində oda iştirak etmişdir. Məhkəmə maraqlı tərəf QUBA rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Onun atası – X11, anası isə X12 olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. Onun atası – X11, anası isə X12 olmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X9 arasında 27 aprel 1994-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan QUBA rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 823 №li məktubundan görünür ki, X12 və X5 ölmələri barədə qeydlər aparılmadığından, sonuncuların ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan QUBA Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 04 oktyabr 2013-cü il tarixdə vəfat etmiş və QUBA şəhəri ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan QUBA Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X12 04 mart 2017-ci il tarixdə vəfat etmiş və QUBA şəhəri ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan QUBA rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X6 barəsində QUBA rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan QUBA rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 barəsində QUBA rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X12 04 mart 2017-ci il tarixdə QUBA şəhərində və X7 04 oktyabr 2013-cü il tarixdə QUBA şəhərində ölümlərini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, X6 04 mart 2017-ci il tarixdə QUBA şəhərində və X5 04 oktyabr 2013-cü il tarixdə QUBA şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 may 1975-ci il tarixdə QUBA şəhərində doğulmuş X6 04 mart 2017-ci il tarixdə QUBA şəhərində ölməsi faktı müəyyən edilsin. 05 iyul 1997-ci il tarixdə QUBA şəhərində doğulmuş 05 iyul 1997-ci il tarixdə QUBA şəhərində doğulmuş X5 04 oktyabr 2013-cü il tarixdə QUBA şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar