Məhkəmə qərarları › İş №2(027)-463/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-463/2023

22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-463/2023 22.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03 fevral 1964-cü ildə anadan olmuş X1 17 aprel 1964-cü ildə Quba rayonu, Barlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X7 16 noyabr 1960-cı il tarixində anası X8 ilə rəsmi nikah qeyd edərək ailə qurmuşdur. Onların birgə nikahından o- X13, X9, X10, X18 və digər bacıları X15, X19, X11 adlı uşaqları doğulmuşdur. X7 12 iyun 2016-cı ildə vəfat etmiş, anası isə X8 02 noyabr 2013-cü il tarixində vəfat etmişdir. Lakin 03 fevral 1964-cü il təvəllüdlü X2 anadan olan zaman xəstə doğulmuş, doğulduqdan bir neçə ay sonra 17 aprel 1964-cü il tarixdə vəfat etmişdir. X2 yaşadıqları Quba rayonu, Barlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Həmin vaxt valideynlərinin qanunu bilməməsindən və övlad itkisinin verdiyi dərd səbəbindən X17nin ölümü rəsmiləşdirilməmiş, sonradan isə bacısının ölümündən uzun müddət keçdiyi üçün ölümü rəsmiləşdirmək mümkün olmamışdır. Atasından və anasından qalmış miras əmlakın vərəsəlik yolu ilə rəsmiləşdirilməsi üçün X36 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin bacısının ölüm haqqında şəhadətnaməsinin alınmaması səbəbindən vərəsəlik işini həll edə bilmir. X1 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. X12 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 19 dekabr 2022-ci il tarixli, 05/Q-720 nömrəli imtina məktubuna və 19 dekabr 2022-ci il tarixli, 536 nömrəli arayışına əsasən X4 Maraqlı şəxsndə ölüm aktı qeydinin aşkar olunmadığı və ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu, ona görə də, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qeyd etmək istəyir ki, Quba Rayon Barlı Bələdiyyəsi tərəfindən təsdiq edilən 19 dekabr 2022-ci il tarixli aktda bacısının 17 aprel 1964-cü ildə Quba rayonu, Barlı kəndində ölməsi Quba Rayon Barlı kənd qəbiristanlığında dəfn edilməsi öz əksini tapmışdır. Əlavə olaraq bildirir ki, X4 17 aprel 1964-cü il tarixdə Quba rayonu, Barlı kəndində ölməsi faktını ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkli bir daha təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin X2 17 aprel 1964-cü ildə vəfat edib. Barlı kənd qəbiristanlığında dəfn olunub, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusu olub, ərizəçinin X2 17 aprel 1964-cü ildə vəfat edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında İ-ИЕ seriyalı, 304105 №li şəhadətnamənin surətindən görünür ki, X14 ilə X8 arasında nikah xx.xx.1960-cı il tarixdə bağlanmışdır. İş materiallarında olan doğum haqqında AЗ seriyalı, ******* №li şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X3 birgə nikahından xx.xx.1968-ci il tarixdə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İ seriyalı, 656066 №li şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İ seriyalı, 804417 №li şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, Barlı kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1964-cü ildə Quba rayonu, Barlı kəndində anadan olmuşdur. X7 və anası X5r. İş materiallarında olan Maraqlı şəxs 19 dekabr 2022-ci il tarixli, 536 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən X11 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 1961-1967-ci illərdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-720 nömrəli məktubundan görünür ki, X4 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Ərizəçi, X18, X20 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 03 fevral 1964-cü ildə anadan olmuş X11 17 aprel 1964-cü ildə Quba rayonu, Barlı kəndində xəstəlikdən vəfat etmiş və Barlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X6 17 aprel 1964-cü il tarixdə Quba rayonu, Barlı kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 03 fevral 1964-cü il tarixdə anadan olmuş X4 17 aprel 1964-cü il tarixdə Quba rayonu, Barlı kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03 fevral 1964-cü il tarixdə anadan olmuş X4 17 aprel 1964-cü il tarixdə Quba rayonu, Barlı kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar