Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-470/2021 26.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan, Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən, evdə olan ona məxsus qiyməti 150 manat olan 1 ədəd ədyalın (ağ, qaşlı) və ya onun dəyərində 150 manat məbləğində pulun, qiyməti 300 manat olan 1 dəst yataq üzünün (Pakrıval, ağ rəngli, 2 balışı ilə) və ya onun dəyərində 300 manat məbləğində pulun, qiyməti 180 manat olan 1 dəst qazan servizinin (Karaca) və ya onun dəyərində 180 manat məbləğində pulun, hər bir dəstin qiyməti 15 manat olan 2 boşqab dəstinin (buludla) və ya onların dəyərində 30 manat məbləğində pulun, cəmi qiyməti 12 manat olan 6 ədəd böyük qaşıqların və ya onların dəyərində 12 manat məbləğində pulun, cəmi qiyməti 90 manat olan 4 ədəd stolüstü skaterin və ya onların dəyərində 90 manat məbləğində pulun, cəmi qiyməti 100 manat olan 4 dəst dəsmalların və ya onların dəyərində 100 manat məbləğində pulun, qiyməti 20 manat olan 1 ədəd böyük dəsmalın və ya onun dəyərində 20 manat məbləğində pulun, cəmi qiyməti 20 manat olan 2 dəst stəkan dəsmallarının və ya onların dəyərində 20 manat məbləğində pulun, hər birinin qiyməti 25 manat olan 2 dəst yataq dəstinin (“pastelin”) və ya onların dəyərində 50 manat məbləğində pulun, qızıl üzüyün (göy qaşlı), qızıl klon ilə birlikdə qədimi qızıl zəncirin (sep), qızıl üzük-sırğa dəstinin, qızıl nazik zəncir (sep) qolbağın Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbinə onun iştirakı olmadan baxılmasına və qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdı ki, xx.xx.2019-cu il tarixdə ailə həyatı qurub, həmin tarixdə Quba rayon Regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsində qeydə alınıb. Birgə nikahdan övladı olmayıb. Nikah rəsmiləşdirildikdən sonra el adəti ilə cavabdehin valideynlərinə məxsus Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən evə gəlin köçüb. Həmin evdə yaşamağa başladığı ilk zamanda ona məxsus qızıl-zinət əşyaları həmin evdə olan “servant”da əl çantasının içində saxlanılıb. Cavabdehlə ailə münasibətləri dövründə həmin qızılzinət əşyalarından heç vaxtı istifadə etməyib. Əmlaklar ilkin qoyulduğu yerdə saxlanılıb.İlkin dövrdə münasibətlər sakitlik şəraitində olsa da qıssa müddət sonra cavabdeh və onun anası Cavabdeh1 ailənin məişət tələblərinə aid alınmalı əşyaların onun qardaşı və valideynləri tərəfindən alınmasını mütəmadi olaraq ondan tələb etməyə başlayıblar. Narazılığ bildirdikdə cavabdeh və onun anası Cavabdeh1 mütəmadi olaraq əleyhinə qərəzlilik nümayiş etdiriblər. Çarəsiz qaldığınan bir neçə dəfə qardaşı Babadan bazarlıq etməsini xahiş edib və bir neçə dəfə qardaşı Baba, qida məhsulları da daxil olmaqla onlar üçün bazarlıq etmişdir. Lakin, belə bazarlıqlarm davamlılığı mümkünsüz olduğundan cavabdehin və onun anasının bu formada sifarişlərinin icra edilməsindən imtina edib. Nəticədə cavabdeh tərəfindən mütəmadi söyülüb, döyülüb və Cavabdeh1 tərəfindən əxlaqsız təhqirlərə məruz qoyulub. Növbəti dəfə xx xxxxxx 2019-cu il tarixdə cavabdeh tərəfindən evdən qovulub. Bu barədə telefon zəngi ilə çağırışı əsasında qardaşı Baba gələrək onu valideynlərinə məxsus evinə aparıb. Evdən qovularkən ona məxsus əşyalar, o cümlədən qızıl-zinət əşyaları ona verilməmişdir, cavabdehin yaşayış yeri olan Quba rayonunun Zərdabi qəsəbəsinə yerləşən həmin evdə qalmışdır. Yanvar 2020-ci il tarixdə cavabdehin evinə gedərək əmlaklarını ona qaytarılmasını xahiş edib. Hazırki iddia ərizəsində göstərilən siyahıda olanlar cavbdehlərə məxsus evdə yaşadığı otağda aşkar olunmayıb. Digər otağa girişə ona icazə verməyiblər. Əmlakları soruşarkən qaynanası Cavabdeh1 cavab verib ki, “nə verirlər götür apar, başqa heç nə vermirəm”. Barışığın mümkünsüzlüyü səbəbindən cavadbehlə aralarında bağlanmış nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Hazırda həmin iddia ərizəsi Quba Rayon Məhkəməsinin icraatındadır. Göstərilənləri nəzərə alaraq Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan, Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən, evdə olan ona məxsus qiyməti 150 manat olan 1 ədəd ədyalın (ağ, qaşlı) və ya onun dəyərində 150 manat məbləğində pulun, qiyməti 300 manat olan 1 dəst yataq üzünün (Pakrıval, ağ rəngli, 2 balışı ilə) və ya onun dəyərində 300 manat məbləğində pulun, qiyməti 180 manat olan 1 dəst qazan servizinin (Karaca) və ya onun dəyərində 180 manat məbləğində pulun, hər bir dəstin qiyməti 15 manat olan 2 boşqab dəstinin (buludla) və ya onların dəyərində 30 manat məbləğində pulun, cəmi qiyməti 12 manat olan 6 ədəd böyük qaşıqların və ya onların dəyərində 12 manat məbləğində pulun, cəmi qiyməti 90 manat olan 4 ədəd stolüstü skaterin və ya onların dəyərində 90 manat məbləğində pulun, cəmi qiyməti 100 manat olan 4 dəst dəsmalların və ya onların dəyərində 100 manat məbləğində pulun, qiyməti 20 manat olan 1 ədəd böyük dəsmalın və ya onun dəyərində 20 manat məbləğində pulun, cəmi qiyməti 20 manat olan 2 dəst stəkan dəsmallarının və ya onların dəyərində 20 manat məbləğində pulun, hər birinin qiyməti 25 manat olan 2 dəst yataq dəstinin (“pastelin”) və ya onların dəyərində 50 manat məbləğində pulun, qızıl üzüyün (göy qaşlı), qızıl klon ilə birlikdə qədimi qızıl zəncirin (sep), qızıl üzük-sırğa dəstinin, qızıl nazik zəncir (sep) qolbağın Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddiaçı nümayəndəsi Babaşov Baba Rauf oğlu məhkəmədə iştirak edən zaman izahatında göstərmişdir ki, İddiaçı onun bacısıdı, xx.xx.2019-cu il tarixdə ailə həyatı qurub. Ailə qurduğudan bir müddət sonra ailəsində həmişə münaqişə yaranıb, əri və qaynanası tərəfindən həmişə təzyiqə məruz qalıb. Cəmi yeddi ay ailə həyatı yaşayıb. xx xxxxxx 2019-cu il tarixdə bacısı ona zəng edib və həmin gün bacısını götürməyə gedib. Sonradan onlar bacısına aid olan əmlakın bir hissəsini həmin evdən çıxarsa da, bir hissəsi hələ də cavbdehlərə məxsus evdə qalıb. Bacısının qızılları, hətta anasının ona hədiyyə etdiyi qızıllar belə onlara verilməyib. Hətta əmlakı çıxarmaq üçün ora getdikdə qaynanası Qönçə evdə olub. Göstərilənlərə əsasən iddianın təmin edilməsini və qalan digər əmlakın onlara qeri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 Məhərrəm qızı bildirdiki, iddianı qəbul etmir. Beləki 2019-cu ilin dekabrında və 2020-ci ilin yanvar ayında onlar gəlib hər şeyini aparıb, özü evdə olmayıb Bakıda olub.Hətta evdən 2000 manat pulu və oğluna aid paltarları, xalçanı da götürüb. Onun qızılı olmayıb. Hal-hazırda evində iddiaçıya məxsus heçnə qalmayıb və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 bildirdiki, iddianı qəbul etmir, 2020-ci ilin yanvar ayının 10 da qardaşı Baba onların xəbəri olmadan onlara gəlib bacısına aid bəzi əmlakları aparıb, həmçinin evdən 2000 manat pulu və ona aid paltarlarını da aparıb. xx.xx.2020-ci il tarixdə sahə müvəkkilinin iştirakı ilə beş nəfər gəlib heç bir akt bağlanmadan yerdə qalan bütün əmlakını aparıblar, qonşular da görüb, həmin gün özü də evdə olub və bu səbəbdən iddia tələbi əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X1 bildirdi ki, xx.xx.2019-cu il tarixində Günəş qardaşına zəng edib ki onu evdən qovublar, qardaşı gedib onu gətirib. Günəş atasının evinə qayıdanda əynində ev paltarı olub, özü ilə heçnə gətirməyib. Sonradan cehizinin bəzilərinin gətiriblər, bir hissəsi isə, həmçinin qızılları və Günəşə bağışladığı göy rəngdə qaşlı üzük onların evində qalıb. Məhkəmədə şahid X2 bildirdi ki, o Cavabdeh1 Məhərrəm qızının bacısıdı, bacısı oğlu Cavabdeh2 toyunda iştirak edib, İddiaçı gəlin gətirəndə bir dəst paltarla gəlin gətiriblər. Üstündə qızıl-zinət əşyaları olmayıb. Əmlak deyəndə, bir sandığ, bir iki karopka qab olub, serviz olmayıb. Mebel olub. Məhkəmədə şahid X6 bildirdiki, Quba rayonu Zərdabi qəsəbəsində yaşayır, İ qrup Qarabağ əlilidir. Cavabdeh2 onun qonşusudur, xx.xx.2019-cu il tarixində Məhərrəmin qaynı onların qapısına maşınla gəlib bacısı Günəşi aparıb və sonra təxminən bir on gündən sonra iki maşınla gəlib Cavabdeh1 və Cavabdeh2 məxsus evdən sahə müvəkkilinin iştirakı ilə Günəşin cehizlərini yükləyib aparıblar. Məhkəmə İddiaçı nümayəndəsi Babaşov Baba Rauf oğlunu, cavabdehlər Cavabdeh1,Cavabdeh2 və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdehlə birgə nikahda olmuş, 2019-cu il dekabr ayından cavabdehin evini tərk edib atası evinə getmişdir. 2020-ci ilin yanvar ayının 10-da özünə məxsus olan əmlakları aparmışdır. Məhkəmədə iddiaçı tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qızıl-zinət əşyaların qaytarılması üçün həmin əşyaların mövcud olması, onların iddiaçıya məxsus olması və cavabdehdə olması sübuta yetirilməli idi. Mübahisənin predmeti olan cehiz əmlakının bir hissəsi və qızıl-zinət əşyalarının cavabdehlərə məxsus evdə qalmasınaa dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdehlər isə məhkəmədə iddianı qəbul etməyərək bildiriblər ki, iddiaçı evdən gedərkən sözügedən əmlakıı özü ilə aparıb, onlara məxsus evdə ona məxsus nə əmlak, nə də qızılı qalmayıb. Odur ki, iddia tələbi əsassızdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-470/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-470/2021
26.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver