Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-486/2023 10.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaerdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, oğlu X2 10 yanvar 1999-cu il tarixdə xəstələnərək Quba Rayon Dağlı kəndində vəfat etməsi faktnın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X7 10 yanvar 1999-cu il tarixdə Quba Rayonu Dağlı kəndində vəfat etmiş və Quba Rayon Dağlı kənd qəbirstanlığında onun və ailə üzvləri tərəfindən el adəti üzrə dəfn etmişlər. Lakin səhlənkarlıq edərək onun ölümünü Qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Hal-hazırda oğlu Orxan Məmədovdan miras qalmış əmlakı özgəninkiləşdirmək istəyir, ona görə də ölüm haqqında şəhadətnamə tələb olunur. O, oğlu Orxan Məmmədovun ölümünü qeyd etdirmək üçün Maraqlı şəxsnə müraciət etmiş, Quba Rayon X1 Məmmədovun ölümünü qeydə alınmadığını, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də hazır ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Doğum haqqında şəhatnamədən aşkar olur ki, o, xx.xx.1985-ci il tarixdə doğulmuş X3 anasıdır. Maraqlı şəxs arayış və məktubundan aşkar olur ki, oğlu X3 ölümü Maraqlı şəxsndə qeydə alınmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X5 bildirmişlər ki, xx.xx.1985-ci il təvəllüdlü X7 həqiqətən də, xx.xx.1999-cü il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1985-ci il təvəllüddə anadan olmuşdur. Onun anası Ərizəçi, atası X4r. İş materiallarında olan 266 nömrəli, xx.xx.2020-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X7 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Ərizəçi və X6 iştirakı ilə tərtib edilmiş və imzası ilə təsdiq edilmiş aktdan görünür ki, X7 həqiqətən də, xx.xx.1999-cu il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etmiş və Quba rayonu Dağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin olunaraq, xx.xx.1985-ci ildə anadan olmuş X3 xx.xx.1999-cu il tarixdə Quba rayonu, Dağlı kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1985-ci ildə anadan olmuş X3 xx.xx.1999-cu il tarixdə Quba rayonu, Dağlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-486/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-486/2023
10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver