Məhkəmə qərarları › İş №2(027)-493/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-493/2025

11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-493/2025 11.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi oğlu məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1957-ci il tarixdə anadan olmuş qardaşı X7 xx.xx.1977-ci il tarixdə və xx.xx.1961-ci il tarixdə anadan olmuş qardaşı X9 xx.xx.2004-cü il tarixdə vəfat etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlu ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1957-ci il tarixdə anadan olmuş qardaşı X7 19 avqust 1977-ci il tarixdə Almaniyada, xx.xx.1961-ci il tarixdə anadan olmuş qardaşı X9 xx.xx.2004-cü il tarixdə Quba rayonunda vəfat etməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X13 xx.xx.1957-ci il tarixdə anadan olmuş, xx.xx.1977ci il tarixdə vəfat etmiş və Quba rayonu Digah kənd qəbristanlığında dəfn edilmişdir. Digər qardaşı X14 xx.xx.1961-ci il tarixdə anadan olmuş, xx.xx.2004-cü il tarixdə vəfat etmiş və Quba rayonu Digah kənd qəbristanlığında dəfn edilmişdir. Bu fakt yaxınlarının və kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş və Quba rayonu Digah-Xucbala bələdiyyəsi tərəfindən təsdilənmiş Akt ilə də təsdiq edilir. Qanunu bilmədiyindən qardaşları vəfat edəndən sonra onların ölüm haqqında şəhadətnamələrini almamışlar. Qardaşlarının ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmişdir, Maraqlı şəxs 21 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs arxivində 1975-1979-cu illər üzrə akt qeydləri yoxlanılmış, lakin qardaşı X7 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, Maraqlı şəxs 21 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxs arxivində 2001-2006-cı illər üzrə akt qeydləri yoxlanılmış, lakin qardaşı X9 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Hazırda qardaşlarının ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etsə də, xx.xx.2024-cü il tarixli məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, Teyfur və İlqar baldızı uşaqlarıdır.Teyfur Almaniyada hərbi xidmətdə olarkən 1977-ci ildə teleqram gəlmişdi ki, orada vəfat edib, ölüm səbəbi bilinmirdi, məlumatları olamamışdır. İlqar isə Qubada yatdığı yerdə rəhmətə gedib, hər ikisi də Quba rayonu, Digah kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, mərhumlar onun dayılarıdır, Esmira isə xalasıdır. Dayıları ailəli olmamışlar. Xidmətdə vəfat barədə teleqramla məlumat verilmişdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alaraq, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03-16-5/8- 10-737/2024 nömrəli məktubundan görünür ki, X13 və X14 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli 159 nömrəli arayışdan göründüyü kimi, 2001-2006-cı illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır, X14 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli 160 nömrəli arayışdan göründüyü kimi, 1975-1979-cu illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır, X13 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli araışlardan görünür ki, X13 xx.xx.1957-ci il tarixdə, X14 isə xx.xx.1961-ci il tarixdə anadan olmuşdular, ataları-X16, anaları X6r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X4, Ərizəçi və X8 xx.xx.1957ci il təvəllüdlü X7 həqiqətəndə xx.xx.1977-ci il tarixdə vəfat etməsini və Quba rayonu Digah kənd qəbirstanlığında dəfn olunmasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X2 Esmira Teymur qızı və X8 xx.xx.1961-ci il təvəllüdlü X9 həqiqətəndə xx.xx.2004-cü il tarixdə vəfat etməsini və Quba rayonu Digah kənd qəbirstanlığında dəfn olunmasını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 3-43-40/2-499/2025 saylı məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X13 xx.xx.1975-ci il tarixdə keçmiş SSR Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə göndərilməsi barədə əlifba qeydiyyat kitabında müvafiq qeyd vardır. X13 barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin mövcud arxiv sənədlərində əlavə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.1957-ci ildə anadan olmuş X13 xx.xx.1977ci ildə Almaniya Demokratik Respublikasında, xx.xx.1957-ci ildə anadan olmuş X14 xx.xx.2004-cü ildə Quba rayonunda vəfat etmişdir. Belə ki, ərizəçi qardaşlarının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli xx.xx.1957-ci ildə anadan olmuş X7 xx.xx.1977-ci ildə Almaniya Demokratik Respublikasında, xx.xx.1961-ci ildə anadan olmuş X9 xx.xx.2004-cü ildə Quba rayonunda vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1957-ci ildə anadan olmuş X7 xx.xx.1977-ci ildə Almaniya Demokratik Respublikasında və xx.xx.1961-ci ildə anadan olmuş X9 xx.xx.2004-cü ildə Quba rayonunda vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar