Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-51/2022 19.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi ” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160 921(yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20 475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcunun və «mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi; - İpoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.03.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh Zamin ilə həmin tarixdə 053/13/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Hazırda cavabdehin banka ödənilməmiş 160 921(yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20 475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcu mövcuddur. İddiaçı göstərilən məbləği və İpoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh bildirmişdi ki, ipoteka müqaviləsi qanunsuz bağlanıb, beləki həmin evdə onun ailə üzvləri qeydiyyatdadır, amma heç birinin razılığı alınmadan bu müqavilə bağlanıb. Atası yaşlı adam olub, evi ipoteka ilə yüklü edilməsi barədə bağlanmış müqavilənin qanuni əsaslarını bilmədən imzalayıb. Ona görədə iddia tələbini qəbul etmir. Məhkəmə iddiaçının nümayəndəsi X2 dinləyib, məhkəmədə iştirak etdiyi zaman Cavabdeh verdiyi izahata bir daha nəzər salaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.04.2013-cü il tarixli 053/13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən borcalan Cavabdeh 60 ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan 18.04.2013-cü il tarixli 053/13/1 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 23.09.2019-cu il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 30.08.2018-ci il tarixə Banka 160 921(yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20 475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik kredit borcu vardır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, 22.11.2012-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Quba rayonu, Alekseyevka kəndinin ərazisində 0.021 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Zamin mülkiyyətinə veilib. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, 23.04.2013-cü il tarixli AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xəbərdarlığın məktubundan görünür ki, cavabdeh banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 09.10.2020-ci il tarixli “Qanun üzrə vəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, 22.10.2013-cü ildə vəfat etmiş Zamin vərəsəsi Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan Cavabdehdur. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.03.2013-cü il tarixli, 053/13 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 7% (yeddi faiz) ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit alması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün mülkiyyətində olan cavabdeh Zamin ilə həmin tarixdə 053/13/1 saylı ipoteka müqaviləsi bağlanması və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Zamin məxsus olan, Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0.021 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 273.3 kv.m ümumi, 84.3 kv.m yaşayış, 189.0 yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində "xxxx" ASC-yə 160 921(yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik əsas, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik müddət sonuna hesablanan faiz, 20 475 (iyirmi min dörd yüz yetmiş beş) manat 93 qəpik məbləğində cərimə və 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasinın Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 192 769 (yüz doxsan iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik məbləğində borcunun qalması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə hesab edir ki, ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan əmlakın qiyməti tərəflərin razılığa əsasən 100 000 (bir yüz min) manat məbləğində qiymətləndirildiyindən həmin əmlak 100 000 (bir yüz min) manat dəyərində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iş üzrə cavabdeh Zamin vəfat etməsi və Cavabdeh onun qanun üzrə rəsmi qaydada vərəsəsi olması səbəbindən iddia qismən təmin edilərək, Cavabdeh 160 921 (yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik məbləğində əsas borc, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik məbləğində faiz borcu, 475 (dörd yüz yetmiş beş) manat 93 qəpik cərimə borcu, 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik kredit müqaviləsinin müddəti birdikdən sonra hesablanmış məbləğ, cəmi 172 769 ( yüz yetmiş iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 22.11.2012-ci il tarixdə qeydiyyata alınmış seriya RX № 0080465, Reyestr nömrəsi **********19-10301, Qeydiyyat nömrəsi ********** olan “Çıxarış”a əsasən Hacıyev Aləm Rüstəm oğluna məxsus olmuş Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 273.3 kv.metr ümumi, 84.3 kv.metr yaşayış, 189 kv.metr yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyənləşdirilməklə açıq hərrac yolu ilə satılmalı, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nə olan kredit borcu ödənilməli və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 160 921 (yüz altmış min doqquz yüz iyirmi bir) manat 50 qəpik məbləğində əsas borc, 375 (üç yüz yetmiş beş) manat 48 qəpik məbləğində faiz borcu, 475 (dörd yüz yetmiş beş) manat 93 qəpik cərimə borcu, 10 996 (on min doqquz yüz doxsan altı) manat 30 qəpik kredit müqaviləsinin müddəti birdikdən sonra hesablanmış məbləğ, cəmi 172 769 ( yüz yetmiş iki min yeddi yüz altmış doqquz) manat 21 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 22.11.2012-ci il tarixdə qeydiyyata alınmış seriya RX № 0080465, Reyestr nömrəsi **********19-10301, Qeydiyyat nömrəsi ********** olan “Çıxarış”a əsasən Hacıyev Aləm Rüstəm oğluna məxsus olmuş Quba rayonu, Alekseyevka kəndində istifadədə olan 0,021 ha torpaq sahəsində yerləşən 273.3 kv.metr ümumi, 84.3 kv.metr yaşayış, 189 kv.metr yardımçı sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyənləşdirilməklə açıq hərrac yolu ilə satılsın, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nə olan kredit borcu ödənilsin və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-51/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-51/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver