Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-51/2023 07.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və onun vəkili Vəkil, Cavabdeh3 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, X10 və X3 qarşı “gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-itərəfindən verilmiş Seriya RX № 0734352, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışlara əsasən qızı İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolunun açılması, Cavabdeh2 tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evinin onun öz hesabına sökülməsi, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağaclarının hər iki cavabdehin vəsaiti hesabına təmizlənməsi, eləcə də, İddiaçı məxsus 2 metr enində Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş torpaq sahəsinin onun qanunsuz sahibliyindən geri alınaraq, İddiaçı qaytarılması, hüquqi yardımın göstərilməsi üçün ödədiyi 150 mant pul vəsaitinin və 10 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan qanun normasının tələblərinə əsasən İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş Seriya RX № 0734352, 281 ******* qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışlara əsasən o, İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə olan cavabdehlər Cavabdeh3 Abdulxahq oğlu, X14 və X6 tərəfindən qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolunun açılması, Fəti Seyidbalayev tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evinin onun öz hesabına sökülməsi, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağaclarının cavabdehlərin vəsaiti hesabına təmizlənməsi, eləcə də, ona məxsus təxminən 2 metr enində Cavabdeh3 qanunsuz istifadəsindən geri alınaraq ona qaytarılması, hüquqi yardımın göstərilməsi üçün ödədiyi 150 manat pul vəsaitinin və 10 manat dövlət rüsumunun, eləcə də, "xxxx" MMC-nin hesabına ödədiyi 160 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş Seriya RX № 0734352, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışlara əsasən qızı İddiaçı adınadır. Həmin torpaq sahələri əvvəlcə onun adına olmuş, sonradan qızının adına rəsmiləşdirib. Hər iki torpaq sahəsinə qızına kömək məqsədilə ailəliklə baxaraq qulluq edirik. Həmin bağ sahələriylə qonşu və digə ərazilər boş olduğundan, torpaq sahələrinə əvvəllər həmin boş ərazilərdən gedib gəliblər. Sonradan həmin boş ərazilərin sahibləri həmin ərazilərdə meyvə bağı salıblar, əraziləri hasara alıblar və ona bildirilib ki, “bizim ərazilərimizdən sizin bağ sahələrinizə gediş-gəliş yolu yoxdur. Sən, öz torpaq sahəniz istiqamətində olan gedişgəliş yolunu müəyyənləşdir və oradan istifadə et”. Ona görə o da, öz torpaq sahəmizə olan gedişgəliş yolunun müəyyən olunması ilə bağlı ərazi üzrə bələdiyyəyə, Quba rayon icra Hakimiyyətinə müraciət edib. Quba RİH-dnn Timiryazev Bələdiyyəsinə həmin yolun araşdırılıb müəyyən olunması tapşırılıb. Kənd bələdiyyəsi yolun təxminən cavabdehlər Abdulxalid və Fətullahın bağ sahələrinin sərhəddində olduğunu bildirib. Lakin cavabdehlər həmin yolun onların ərazisində olmadığını deyərək, həmin yolu açmaqdan imtina ediblər. Həqiqətən yolun həmin ərazidən keçib-keçməməsini dəqiqlşdirmək üçün bələdiyyə Azərbaycan Respublikası ƏMDK-nm Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişdir. Bundan sonra həmin məsələnin araşdırılması barədə "xxxx" MMC-nin Xaçmaz Layihə- Təhqiqat İdarəsinə tapşırıq verilmişdir. O,qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-nin Xaçmaz Layihə-Təhqiqat İdarəsinə müəyyən olunmuş pul vəsaitini köçürüb ki, mütəxəssis gələrək gediş-gəliş yolunu yerində texniki vasitələrlə müəyyən etsin. Həmin əraziyə 24 avqust 2021-ci il tarixdə Kadastr və Yerquruluşu Layihə Təhqiqat Mərkəzinin Xaçmaz LayihəTəhqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimovun, X9 sədri Məhəmməd Eldarovun, özü və yolu zəbt edən Fətulla və Abdulxalidin iştirakı ilə baxış keçirildi və cihazlarla ölçmə işləri aparılaraq, həqiqətən də bələdiyyənin mülkiyyətində olan və vətəndaşların özəl pay torpaq sahələrinə olan gediş-gəliş yolunun Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt olunaraq bağ sahəsi saldıqları müəyyən olundu və gediş-gəliş yolu hər iki tərəfindən mıxlar vurulmaqla nişanlanaraq yolun ərazisi bələdiyyənin sədrinə və onlara tanıdıldı. Eyni zamanda Cavabdeh1 tərəfindən qızı İddiaçı məxsus torpaq sahəsindən 2 metr enində zəbt olunmuş ərazi də yerində ona tanıdıldı. Bələdiyyə sədri və mütəxəssis tərəfindən həmin gediş-gəliş yoluna düşən ərazinin, eləcə də, qızı Günaya məxsus 2 metr enində ərazinin buraxılması cavabdehlərə bildirilsə də, onlar buna əməl etməkdən imtina etdilər.Yerində baxış zamanı eləcə də, müəyyən olundu ki, həmin yolun əsas yoldan girişdən sol tərəfdə 1-ci və 2-ci kvartal-məhəllə üzü aşağı torpaq sahəsi sona kimi Cavabdeh1, yolun girişdən sağ tərəfdə 1 -ci kvartal-məhəllə Cavabdeh2, 2-ci kvartalməhəllə qızım İddiaçınm mülkiyyətində olan torpaq sahələridir. Əsas yoldan bağ sahələrinə gedən yolun giriş hissədən sağ tərəfdən Cavabdeh2 tərəfindən yolun təxminən 6,5 metr hissəsi zəbt olunaraq tutulmuş və yola aid təxminən 3 metr enində hissədə isə bağ evi quraşdırılmışdır. Sol tərəfdən isə Cavabdeh1 1,5 hissəsini zəbt edərək tutması, 1ci kvartal-məhəllənin sonunda Cavabdeh2 sərhəd nöqtəsinin yerində olduğu müəyyən edildi, amma 2-ci kvartal-məhəllənin sol tərəf başlanğıc hissədən sona kimi 8 metr enində yolun və qızı İddiaçı məxsus torpaq sahəsinin 2 metr enində hissəsini Cavabdeh1 tutaraq zəbt etmiş və orada meyvə ağacları əkmişdir. Dövlət tərəfindən hər il sahibkarlara torpaqdan səmərəli istifadə etmək üçün subsidiya verilir. Son bir neçə ildir ki, cavabdehlər torpaq sahələrinə olan gediş-gəliş yolunu zəbt etdiklərindən, onlar, həmin torpaq sahələrindən lazımı qaydada istifadə edə bilmir və torpaq sahələrindən keyfiyyətli məhsul ala bilmədiyindən ziyan çəkir, gediş-gəliş yolunu tutduqları üçün bağ sahələrinə aqrotexniki qulluq göstərə bilmirlər. Dəfələrlə cavabdehlərə bağ sahəsinə gedən gedişgəliş yolunu açmaları bildirsə də, cavabdehlər buna əhəmiyyət verməyərək, gediş-gəliş yolunu qanunsuz zəbt etməklə istifadə etməkdə davam edirlər. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə və onun vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmetinin təşkil edən torpa sahəsi qardaşınındır. Həmin torpaq sahəsinin 0.51 ha hissəsinə Torpağı Mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. Torpaq sahəsinin 0.51 ha hissəsini alğı-satı əsasında almışlar. Həmin torpaq sahəsində bağ salmışlar. Heç kəsin yerini zəbt etməmişlər. Həmin torpaq sahəsi onlara DƏDRX-nin mütəxəssisləri tərəfindən ölçülüb verilmişdir. 20 ildir ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Cavabdehlər X10 və X6 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinən görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0.17 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinən görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0.636333 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi Mübariz Kərimovun, kənd sakini Nümayəndə, Quba rayonu, Timiryazev Bələdiyyəsi 24 avqust 2021-ci il tarixli aktdan görünür ki, bələdiyyə mülkiyyətində olan vətəndaşların özəl pay torpaqlarına gediş-dəlişi üçün nəzərdə tutulan yolun sahəsi naturada ölçülərək bələdiyyə nümayəndəsinə və vətəndaşlara tanıdılmış və həmin yol ərizəsində qonşu istifadəçilər tərəfindən bağ sahəsi salındığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16 reyestr nömrəli çıxarışın surətinən görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0.5104 ha torpaq sahəsi Cavabdeh3 Abdulxaliq oğlunun mülkiyyətindədir. İş materiallarında olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Cavabdeh3 Abulxaliq oğluna və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.2003-cü il tarixli, 046 saylı qərarına əsasən, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0046, KOD 30304048 saylı Şəhadətnamə tərtib edilərək, 1,19 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X4 və onun ailə üzvlərinə Quba rayon AİK-nin xx.xx.2003-cü il tarixli, 022 saylı qərarına əsasən, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-0022, KOD 30304048 saylı Şəhadətnamə tərtib edilərək, 1,19 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən və Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/8318 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan Seriya RX N ******* nömrəli, xx.xx.2015ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Seriya RX N ******* nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. Cavabdeh3, X10 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. X6, X7 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair JN-0022, KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. İddiaçı məxsus olan Seriya RX N ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Seriya RX N ******* nömrəli, 11,09.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə Cavabdeh3, X10 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dairmJN-0046, KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə kəsişmir. İddiaçı məxsus olan Seriya RX N ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Seriya RX N ******* nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə X6, X7 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair JN-0022 KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə kəsişmir. Cavabdeh3, X10 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinin çəpər qonşuluğunda yerləşən DƏDRX tərəfindən verilmiş **********16 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətinə verilmiş 0.51 ha torpaq sahəsi Cavabdeh3, X8 faktiki istifadəsindədir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi Cavabdeh3, X8 faktiki istifadə etdikləri torpaq sahəsinin sərhədləri daxilindədir.(gediş-gəliş yolunun 0.39 ha hissəsi cavabdehlər tərəfindən istifadə olunur). X6, X7 və digərlərinə “Torpağa mülkiyyət hüququna dair JN-0022 KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, X6 və ailə üzvləri naturada (yerdə) faktiki olaraq 0.83 ha torpaq sahəsindən istifadə edirlər. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənub-şərq tərəfinin 0.0557 ha hissəsi X6 və ailə üzvləri tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş Seriya RX № 0734352, 281 ******* qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışlara əsasən Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı mülkiyyətindədir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən və Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/8318 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən əsasən, İddiaçı məxsus olan Seriya RX N ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Seriya RX N ******* nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. Cavabdeh3, X10 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. X6, X7 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair JN-0022, KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları daxilində yerləşir. İddiaçı məxsus olan Seriya RX N ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Seriya RX N ******* nömrəli, 11,09.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə Cavabdeh3, X10 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dairmJN-0046, KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə kəsişmir. İddiaçı məxsus olan Seriya RX N ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.17 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi və Seriya RX N ******* nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.636333 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə X6, X7 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair JN-0022 KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi koordinatları ilə kəsişmir. Cavabdeh3, X10 və digərlərinə məxsus olan “Torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 1.19 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinin çəpər qonşuluğunda yerləşən DƏDRX tərəfindən verilmiş **********16 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh3 mülkiyyətinə verilmiş 0.51 ha torpaq sahəsi Cavabdeh3, X8 faktiki istifadəsindədir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi Cavabdeh3, X8 faktiki istifadə etdikləri torpaq sahəsinin sərhədləri daxilindədir.(gediş-gəliş yolunun 0.39 ha hissəsi cavabdehlər tərəfindən istifadə olunur). X6, X7 və digərlərinə “Torpağa mülkiyyət hüququna dair JN- 0022 KOD 30304048 saylı Dövlət Aktına əsasən, Quba rayonu Timiryazev kəndində yerləşən 0.78 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin, X6 və ailə üzvləri naturada (yerdə) faktiki olaraq 0.83 ha torpaq sahəsindən istifadə edirlər. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənub-şərq tərəfinin 0.0557 ha hissəsi X6 və ailə üzvləri tərəfindən istifadə olunması müəyyən olunmuşdur. İş üzrə keçirilmiş mütəxəssis rəyi və ekspert rəyləri ilə, iş materialları ilə, iddiaçının mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən bağ sahəsinə gediş-gəliş yolu üzrə cavabdehlər tərəfindən faktiki olaraq istifadə olunması sübuta yetirilmişdir. Həmçinin, İddiaçı 2 metr enində torpaq sahəsinin Cavabdeh3 qanunsuz istifadəsindən geri alınaraq ona qaytarılmasını tələb etsə də, məhkəmə araşdırması zaman Cavabdeh3 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin qanunsuz istifadəsində olması müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş Seriya RX № 0734352, 281 ******* qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışlara əsasən İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə cavabdehlər Cavabdeh3 Abdulxaliq oğlu, X12 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi və X6 təfərindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gedişgəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənub-şərq tərəfinin 0.0557 ha hissəsi qanunsuz olaraq zəbt olunmuş gediş-gəliş yolu açılmalı, Fəti Seyidbalayev tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evi X2 öz hesabına sökülməli, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağacları cavabdehlər Cavabdeh3 Abdulxaliq oğlu, X12 və X2 vəsaiti hesabına təmizlənməlidir. İddiaçı hüquqi yardımın göstərilməsi üçün ödədiyi 150 manat pul vəsait və 10 manat dövlət rüsumu, eləcə də, "xxxx" MMC-nin hesabına ödədiyi 160 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul cavabdehlər Cavabdeh3 Abdulxaliq oğlu, X12 və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş Seriya RX № 0734352, 281 ******* qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və Seriya RX № 0730963, ********** qeydiyyat nömrəsi, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışlara əsasən İddiaçı məxsus Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0,17 ha və 0,636333 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə cavabdehlər Cavabdeh3 Abdulxaliq oğlu, X12 tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun şimal qərb tərəfinin 0.39 ha hissəsi və X6 təfərindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yolun cənub-şərq tərəfinin 0.0557 ha hissəsi qanunsuz olaraq zəbt olunmuş gedişgəliş yolu açılmalı, Fəti Seyidbalayev tərəfindən yolun bir hissəsində quraşdırılmış bağ evi X2 öz hesabına sökülsün, zəbt olunmuş ərazilərdə əkilmiş meyvə ağacları cavabdehlər Cavabdeh3 Abdulxaliq oğlu, X12 və X2 vəsaiti hesabına təmizlənsin. İddiaçı hüquqi yardımın göstərilməsi üçün ödədiyi 150 manat pul vəsait və 10 manat dövlət rüsumu, eləcə də, "xxxx" MMC-nin hesabına ödədiyi 160 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Ekspertiza xərci olaraq 50 manat məbləğində pul Cavabdeh3 Abdulxaliq oğlu, X12 və X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-51/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-51/2023
07.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver