Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-52/2020 27.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddaçı “İddiaçık” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, “İddiaçık” ASC-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2, Zamin4 və X3 qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsin’” dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçık” ASC Cavabdeh, Zamin1, Zamin3, Zamin2, Zamin4 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********70015/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər Zamin1, Cavabdeh, Zamin3 və Zamin2 qızma birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, Qəçreş kəndində yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 5 otaqlı, 212 kv.m ümumi, 87,7 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və xx.xx.2015.-ci il tarixli **********70015 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh İddiaçı qarşısında 22763,40 (iyirmi iki min yeddi yüz altmış üç ABŞ dolları 40 sent) ABŞ dolları məbləğində əsas borc, 1176,68 (bir min bir yüz yetmiş altı ABŞ dolları 68 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 127,87 (bir yüz iyirmi yeddi ABŞ dolları 87 sent) ABŞ dolları məbləğində penya, cəmi 24067.95 (iyirmi dörd min altmış yeddi ABŞ dolları 95 sent) ABŞ dolları və xx.xx.2017-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada İddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Zamin1, Zamin3, Cavabdeh, Zamin2, Zamin4 və Zamin5 , onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 45000 (qırx beş min) manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********70015/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər Zamin1, Cavabdeh, Zamin3 və Zamin2 birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, Qəçreş kəndində yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 5 otaqlı, 212 kv.m ümumi, 87,7 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilsin, ipoteka predmeti açıq hərracda satılması və xx.xx.2015- ci il tarixli **********70015 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh İddiaçı qarşısında 22 763,40 (iyirmi iki min yeddi yüz altmış üç ABŞ dolları 40 sent) ABŞ dolları məbləğində əsas borc, 10 001,30 (on min bir ABŞ dolları 30 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2020- ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 3 672,69 (üç min altı yüz yetmiş iki ABŞ dolları 69 sent) ABŞ dolları məbləğində penya, cəmi 36 437,40 (otuz altı min dörd yüz otuz yeddi ABŞ dolları 40 sent) ABŞ dolları və xx.xx.2020-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında, təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin' dəyərindən iddiaçı ASC “Xalq" Bankının xeyrinə tutulmasını xahiş etmişdir. “İddiaçık” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (kreditor) İddiaçı ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********70015 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 18 % (on səkkiz faiz) ödəməsi şərtilə 29500 (iyirmi doqquz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh B.S.Mərdiyev arasında xx.xx.2015-ci il tarixli **********70015 №-li Kredit müqaviləsinə xx.xx.2016-ci il tarixli 01 saylı Əlavə saziş bağlanaraq, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 12 %-ə (on iki faizə) endirilmiş, qeyd edilən kredit müqaviləsi üzrə kreditləşmə müddəti isə 72 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə cavabdehlər Zamin1, X2, Zamin3 və Zamin2 arasında ümumi birgə mülkiyyət hüququ üzrə onlara məxsus Quba rayonu, Qəçreş kəndində yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 5 otaqlı, 212 kv.m ümumi, 87,7 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********70015/ip №-li İpoteka müqaviləsi (xx.xx.2016-cı il tarixli 01 №-li Əlavə saziş redaksiyasında) bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə (xx.xx.2016-cı il tarixli yeni redaksiyada) əsasən cavabdeh bərabər məbləğdə müvafiq ödənişləri apararaq hər ay kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin mühüm hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2017-ci il tarixinə Borc alanın Bank qarşısında gecikdirilmiş ümumi borcu 4105,03 (dörd min bir yüz beş ABŞ dolları 03 sent ) ABŞ dolları təşkil edir ki, bunun da 2928,35 (iki min doqquz yüz iyirmi səkkiz ABŞ dolları 35 sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc, 1176,68 (bir min bir yüz yetmiş altı ABŞ dolları 68 sent) ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Banka Kredit müqaviləsinin 6.2ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki. xx.xx.2017-ci il tarixinə bu məbləğ 127,87 (bir yüz iyirmi yeddi ABŞ dolları 87 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılması və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli Qanununun 33-cü və 34cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin elmək hüququ yaranmışdır. Beləliklə, vaxtı keçmiş əsas borc məbləği nəzərə alınmaqla Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi əsas borcun məbləği 22763,40 (iyirmi iki min yeddi yüz altmış üç ABŞ dolları 40 sent) ABŞ dolları, yuxarıda göstərilən adi faizlər və penya ilə birlikdə Bankın xx.xx.2017- cı il tarixinə tələblərinin ümumi məbləği isə 24067.95 (iyirmi dörd min altmış yeddi ABŞ dolları 95 sent) ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının xx xxxxx 2005-ci il tarixli Qanununun 36cı maddəsinin tələblərinə əsasən cavabdehlər Zamin1, Cavabdeh, Zamin3 və Zamin2 oğluna ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixli müvafiq olaraq 610, 609, 611, 612 №-li Bildirişlər təqdim edilmiş və İddiaçı qarşısında Borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün bu əmlakın 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixli müvafiq araq 610, 609, 611, 612 №-li Bildirişlərin qeydiyyata alınması barədə xx.xx.2016-cı il tarixli 620 nömrəli Ərizə ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət edilmiş və bildirişlərin qeydə alınması barədə xx.xx.2016-cı il tarixli 620 nömrəli Ərizənin üzərində həmin İdarə tərəfindən ********** nömrə ilə qeyd aparılmışdır. İddiaçı tərəfindən Cavabdehlərə ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında “İddiaçık” ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddianı müdaifə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2, Zamin4 və X6 məhkəmə iclasına gəlməmiş və gəlməməylərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli **********70015 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən fiziki şəxslərə verilən uzun müddətli kredit məqsədilə Cavabdeh Şıxmurad oğluna 48 ay müddətinə, illik 18% olmaqla, 29.500 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixinə cavabdehin Banka 3743,74 ABŞ dolları əsas borcu, 19,019,66 ABŞ dolları vaxtı keçmiş borc, 10,001, 30 ABŞ dolları kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış borc, 3,672,69 ABŞ dolları xx.xx.2020-ci il tarixinə cərimə faizləri üzrə borc olmaqla ümumilikdə cəmi 36, 437, 40 ABŞ dolları məbləğində borc təşkil edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 ilə “İddiaçık” ASC arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya MA 0184015) xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya MA 0184015) xx.xx.2011ci il tarixli Çıxarışa əsasən Quba rayonu Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 mülkiyyətinddir. İş materiallarında olan Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya RX 0848681, xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən İpoteka müqaviləsi MM-nin 309 və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunun 10.4- cü maddələrinin tələblərinə uyğun olaraq, AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmış və hüquqları yüklü edilmişdi. İş üzrə təyin edilmiş “X5” Şirkətinin 180087 nömrəli, xx.xx.2018-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 60.000 manat, likvid dəyəri isə 55.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 07 saylı, xx.xx.2018-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi 90.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxxxxxxxxx” MMC-nin Ç-564 saylı, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi 100.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/073 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi 140.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 13/355 saylı, xx.xx.2020-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 56.000 manat, likvid dəyəri 48.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxxxxx” MMC-nin LP-041/20 saylı, xx.xx.2020-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 65.000 manat, likvid dəyəri 60.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 37 saylı, xx.xx.2020-ci il tarixli hesabat rəyindən görünür ki, Quba rayonu Qəçrəş kəndində yerləşən Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi 90.000 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, “İddiaçık” ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli **********70015 saylı kredit müqaviləsi bağlanmış, BOKT tərəfindən fiziki şəxslərə verilən uzunmüddətli kredit məqsədilə Cavabdeh 48 ay müddətinə, illik 18% olmaqla, 29.500 ABŞ dolları kredit ayrılması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya MA 0184015) xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin ipotekaya qoyulması, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində «PSG FİNANS” BOKT-a əsas borc üzrə 22,763.40 ABŞ dollar manat, faiz borc üzrə 10,001,30 ABŞ dollar borclu qalması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 3.672,69 ABŞ dolları məbləğində dəbbə pulu əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Buna görə də, dəbbə pulunun 20 ABŞ dolları məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, iddiaçı xx.xx.2017-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın tutulmasını xahiş etsə də, məhkəməyə bununla bağlı hər-hansı bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə, ipotekaya qoyulmuş Cavabdeh, Zamin1, Zamin3, Zamin2 mülkiyyətində olan Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı “xxxxxxxxxxxxxxx” MMC-nin Ç-564 saylı, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin və fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəyini daha ağlabatan hesab edir. Ona görə də, Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 manat dəyərində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh, Zamin1, Zamin3 və Zamin2 mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Bundan başqa, Zamin4 cavabdeh qismində mülki işə cəlb edilsə də, aparılmış məhkəmə araşdırılması zamanı iddiaçı ilə cavabdeh Zamin4 arasında zaminlik müqaviləsi və ya ipoteka müqaviləsi aşkar edilmədiyindən cavabdeh Zamin4 aid hissədə iddia təmin edilməməlidir. Həmçinin iddiaçı mənzil satıldıqdan sonra cavabdehlərin ailə üzvləri və digər şəxslərin mənzildən çıxarılmasını tələb etsə də, həmin ailə üzvlərinin və digər şəxlərin kimlər olması barədə məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissədə də təmin edilə bilməz. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə görə cavabdehlər ipoteka predmeti olan mənzildən həmin mənzil satıldıqdan sonra 1 ay ərzində tərk etmədiyi halda çıxarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdehdan “İddiaçık” ASC-nin xeyrinə əsas borc üzrə 22.763,40 ABŞ dollar, faiz borcu üzrə 10,001,30 ABŞ dollar, dəbbə puluna görə 20 ABŞ dolları olmaqla, cəmi 32.784,70 ABŞ dolları məbləğində pul tutularaq ödənməli, borc ödənilmədikdə tutma cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2 mülkiyyətində olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya MA 0184015) xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu. Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmetlərinin ilkin satış qiyməti 100.000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satılmalı, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun ödənilməsi təmin edilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməli, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən İddiaçı xeyrinə tutulmalı, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Zamin1, Zamin3, Cavabdeh, Zamin2, Zamin5 fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı və iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin cavabdehlərdən müştərək qaydada bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehdan “İddiaçık” ASC-niin xeyrinə əsas borc üzrə 22.763,40 ABŞ dollar, faiz borcu üzrə 10,001,30 ABŞ dollar, dəbbə puluna görə 20 ABŞ dolları olmaqla, cəmi 32.784,70 ABŞ dolları məbləğində pul tutularaq ödənilsin, borc ödənilmədikdə tutma cavabdehlər Cavabdeh, Zamin1, Zamin3, Zamin2 mülkiyyətində olan DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********88-10301, qeydiyyat nömrəsi **********, seriya MA 0184015) xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən Cavabdeh, Zamin1 və Zamin3, Zamin2 məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 212 kv.m ümumi, 87,8 kv.m yaşayış, 124,2 kv.m yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin ipoteka predmetlərinin ilkin satış qiyməti 100.000 manat müəyyən edilsin, ipoteka predmeti açıq hərracda satılsın, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun, dəbbə pulunun ödənilməsi təmin edilsin, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyanlara verilsin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən İddiaçı xeyrinə tutulsun, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Zamin1, Zamin3, Cavabdeh, Zamin2 və Zamin5 fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılsınlar. İddia qalan hissədə təmin edilsin. Cavabdehlərdən müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-52/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-52/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver