Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-523/2023 07.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 20 fevral 1985-ci il tarixdə Quba şəhərində anadan olmuş X5 02 iyul 1996-cı il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 09 noyabr 1979-cu il tarixdə Mərdanova (Cəlilova) Səlimə Ağalar qızı ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuş və birgə nikahdan 20 fevral 1985-ci il tarixdə Quba şəhərində X9 adlı övladı anadan olmuşdur. X16 02 iyul 1996-cı il tarixdə uşaq serebral iflici xəstəliyindən Quba şəhərində yaşadığı evdə vəfat edib. Övladını ata yurdu olan Qusar rayonu, Yasab kənd qəbirstanlığında dəfn etmişdirlər. Həmin vaxt qanunu bilməməzlikdən və övladının ölümündən dərin sarsıntı keçirdiyindən oğlunun ölümünü rəsmiləşdirməmiş, bundan sonra isə oğlunun ölümünü rəsmiləşdirmək mümkün olmamışdır. X13 ölüm qeydinin aparılıbaparılmaması haqqında Maraqlı şəxsnə müraciət edib, Maraqlı şəxs 11 yanvar 2023-cü il tarixli məktubu və arayışı ilə oğlu X5 1993-1999-cu illərdə ölümünün qeydə alınması ilə əlaqədar müraciətə cavabında X5 qeydiyyat şöbəsində ölüm akt qeydinin aşkar olunmadığı, ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. X13 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik və pensiya məsələlərinin həlli üçün lazımdır və oğlunun ölümündən uzun müddət keçdiyi və zamanında ölüm faktını təsdiq edən tibbi şəhadətnamə alınmadığı üçün məhkəmədən kənar qaydada oğlunun ölməsini təsdiq edən ölüm haqqında şəhadətnaməni ala bilmir. Qeyd edir ki, oğlu 02 iyul 1996-cı il tarixdə ölməsi və Qusar rayonu, Yasab kənd qəbirstanlığında dəfn edilməsini, həmin mərasimlərdə iştirak etmiş qonşular və tanışları görmüşdür ki, onlar bununla bağlı akt da tərtib etmişlər və məhkəmədə şahid kimi də ifadə verə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə dostdurlar və dostu iki oğlunu eyni vaxtda dəfn etmişdir. Elman serebral iflici xəstəliyindən Quba şəhərində yaşadığı evdə vəfat etmiş, digər oğlu Rəşidi maşın vurmuşdur. Həmin vaxtlar onlar böyük sarsıntı keçirmişdilər. Onların dəfnində qohumlar və qonşular iştirak etmiş, hər ikisi Aslanın ata yurdunda, yəni Qusar rayonu, Yasab kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur və 2 oğul övladı eyni vaxtlarda dünyasını dəyişib. Elman doğulandan xəstə olmuş və xəstəliyinə görə vəfat etmişdir. O ölən günün səhəri o biri oğlunu maşın vurmuş və onları Qusar rayonu, Yasab kənd qəbirstanlığında dəfn etmişlər. Qonşuları və yaxın tanışları olaraq dəfn və yas mərasimində iştirak etmişlər. Məhkəmə ərizəçinin izahatını , şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1993- 1999-cu illərdə ölüm haqqında akt qeydlərində X9 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Xİ-ЖГ 341545 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 20 fevral 1985-ci il tarixdə Quba şəhərində anadan olmuş, doğum haqqında akt qeydləri kitabında 05 mart 1985-ci il tarixdə 105 nömrə ilə qeyd edilib. Ata qrafasında ”Ərizəçi”, ana qrafasında “X6” qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü ildə Quba şəhərində X4, X8 və X7 iştirakı ilə tərtib edilərək təsdiq edilmiş aktdan görünür ki, şahidlər Ərizəçi ilə X3 birgə nikahından doğulmuş 20 fevral 1985-ci il təvəllüdlü övladları X9 02 iyul 1996-cı il tarixdə Quba şəhərində yaşadıqları evdə xəstəlikdən vəfat etdiyini və Qusar rayonu, Yasab kənd qəbirstanlığında dəfn olunduğunu, qonşuları və yaxın tanışları olaraq dəfn və yas mərasimində iştirak etdiklərini təsdiq etmişlər. Elman Cəlilovun valideynləri həmin vaxt dərin sarsıntı keçirdiklərindən uşaqlarının ölümünü vaxtında rəsmiləşdirə bilməmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 107 nömrəli Qusar rayon, Yasab kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, X9 02 iyul 1996-cı il tarixdə vəfat etmiş Qusar rayonu, Yasab kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/Q-03 nömrəli məktubundan görünür ki, X9 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan İİ-ЖГ 329342 seriya və nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə Mərdanova (Cəlilova) Səlimə Ağalar qızı arasında 09 noyabr 1979-cu il tarixində Qusar rayonu Yasab kənd Sovetliyində nikah bağlanmış və 81 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 20 fevral 1985-ci il tarixdə Quba şəhərində anadan olmuş X9 02 iyul 1996-cı il tarixdə Quba şəhərində ölmüşdür. Belə ki, ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və 20 fevral 1985-ci il tarixdə Quba şəhərində anadan olmuş X5 02 iyul 1996-cı il tarixdə Quba şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 20 fevral 1985-ci il tarixdə Quba şəhərində anadan olmuş X5 02 iyul 1996-cı il tarixdə Quba şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-523/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-523/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver