Məhkəmə qərarları › İş №2(027)-529/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-529/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-529/2025 27.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 sentyabr 2024-cü il təvəllüdlü X1 05 noyabr 2024-cü il tarixində Quba rayonu, Yenikənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X2 21 sentyabr 2024-cü il tarixində anadan olmuş, 05 noyabr 2024-cü ildə vəfat etmişdir. Qızını Yenikənd kənd qəbirsanlığında dəfn eləmişlər. Qızı vəfat etdikdən sonra onun ölümü haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Hal-hazırda aidiyyatı üzrə dövlət orqanlarına, təşkilatlara müraciət edərkən ailə tərkibi haqqında arayışda qızı X1 da adı yazılır. Qızının ölüm haqqında şəhadətnaməsinin olmadığına görə həmin sənədi təqdim edə bilmir. Ölüm haqqında sənəd almaq məqsədi ilə Quba regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Şöbənin arxivində ölüm faktlarının qeydiyyatının reysteri kitabında ölüm qeydi tapılmamışdır. Ona görə də Qeydiyyat Şöbəsində onun qızının ölüm haqqında sənədinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə qızı X1 ölüm faktını təsdiq edən sənədi başqa yolla əldə etmək mümkün deyildir, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X4 bildirmişdir ki, 21 sentyabr 2024-cü il təvəllüdlü X1 05 noyabr 2024-cü il tarixində Quba rayonu, Yenikənd kəndində vəfat etmişdir. Onun dəfn mərasimdə iştirak etmişlər. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Onun atası – Ərizəçidur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 112 №li məktubundan görünür ki, X1 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Quba rayon Tüləkəran Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 21 sentyabr 2024-cü il təvəllüdlü X1 05 noyabr 2024-cü il tarixində Quba rayonu, Yenikənd kəndində vəfat etmiş və Quba rayonu, Yenikənd kəndi ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X1 05 noyabr 2024-cü il tarixində Quba rayonu Yenikənd kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 21 sentyabr 2024-cü il təvəllüdlü X1 05 noyabr 2024-cü il tarixində Quba rayonu, Yenikənd kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 sentyabr 2024-cü il təvəllüdlü X1 05 noyabr 2024-cü il tarixində Quba rayonu, Yenikənd kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar