Məhkəmə qərarları › İş №2(027)-531/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-531/2022

14.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-531/2022 14.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “bacısı X3 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 10 noyabr 1962-ci ildə Quba rayonu, Cək kəndində anadan olmuş bacısı X3 05 may 1998-ci ildə Quba rayonu, Qrız kəndində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun bacısıdır. Bacısı 10.11.1962-ci il tarixdə Quba rayonu, Cək kəndində anadan olmuş və uzun müddət həmin kənddə yaşamışdır. 1997-ci ildə Quba rayonu, Qrız kənd sakini X6 ilə ailə qurmuş, lakin aralarında rəsmi nikah olmamışdır. Bir ailədə yaşadıqları müddətdə uşaqları olmamışdır. X17 05.05.1998-ci il tarixdə Quba rayonu, Qrız kəndində vəfat etmiş, qohumların və qonşuların iştirakı ilə tərəflərindən Quba rayonu, Qrız kənd qəbirstanlığında dəfn olunmuşdur. Məzar daşı qoyularkən qeyri rəsmi ailə qurduğu həyat yoldaşı rəsmi nikahlarının olmamasına baxmayaraq, Bəhərin soyadını özünün Aslanova soyadı ilə qeyd etdirmişdir. Kamandar Aslanov 2006-cı ildə vəfat etmişdir. Bacısının vəfat etməsi faktının müəyyən olunması vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmir. Ona görə də qızı X3 ölüm taktının müəyyən olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Quba rayonu, Cək kəndində anadan olmuşdur. Onun atası – X5, anası isə X7r. İş materiallarında olan Maraqlı şəxs 08.12.2021-ci il tarixli arayışından görünür ki, X8 13.12.1962-ci il tarixdə Quba rayonu, Cək kəndində anadan olmuşdur. Onun atası – X5, anası isə X7r. İş materiallarında olan X1, X2 və X9 iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 15.12.2021-ci il tarixli aktdan görünür ki, X8 05.05.1998-ci il tarixində vəfat etmiş və mərhumə Quba rayonu, Qrız kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan 135 nömrəli, 13.03.2020-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X8 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan 305 nömrəli, 27.12.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X8 barəsində Maraqlı şəxsndə “nikah haqqında” akt aşkar olunmamışdır. İş materialların olan məzardaşı foto şəkillərindən görünür ki, 10 noyabr 1962-ci il təvəllüdlü X8 05 may 1998-ci ildə vəfat etmişdir. İş materiallarında olan Quba RİHB-nın Əlik kənd İƏD üzrə nümayəndəliyinin 30.12.2021-ci il tarixli, 139 nömrəli arayışından görünür ki, mərhumə X8 ilə X6 qeyri-rəsmi nikahda yaşamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 10.11.1962-ci ildə anadan olmuş X3 05.05.1998-ci il tarixdə Quba rayonu, Qrız kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 10.11.1962-ci ildə anadan olmuş X3 05.05.1998-ci il tarixdə Quba rayonu, Qrız kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar