Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-551/2024 21.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi1, Maraqlı şəxs nümayəndəsi X17 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, 18 aprel 1936-cı il təvəllüdlü X4 05 avqust 2006-cı il tarixdə Quba rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X7 05 avqust 2006-cı ildə vəfat etmiş və Quba rayonu qəbirstanlığında dəfn edilmişdir. O və digər ailə üzvləri dəfnində iştirak ediblər. Lakin səhlənkarlıq edərək onun ölmünü rəsmiləşdirməmişdilər. Hal-hazırda vərəsəlik məsələsini həll edir, bununla əlaqədar anasının ölümü barədə şəhadətnamə tələb olunur. O anası X4 ölümü barədə sənədini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 06 noyabr 2023-cü il tarixli məktubu ilə anası Turə Zeynalovanın ölümünün Qeydiyyat Şöbəsində qeydə alınmadığından, ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdilər. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi2 ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçi2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi izahatında ərizənin təmin olunmasina etiraz etmədiyini bildirmişdi. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçilər onun qayınlarıdır. Zeynalova Turə onun qaynansıdır. O 2006-cı ildə vəfat etmiş və Quba şəhər qəbrstanlığında dəfn edilmişdir, qohumlar və qonşular mərasimdə iştirak etmişdilər. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçilərlə qonşudurlar. Uzun illərdir onları bir qonşu kimi tanıyır, bir-birilərinin xeyrində və şərində yaxından iştirak edirlər. X27 2006-cı ildə vəfat edib, onun yas mərasimlərində qohum-qonşular yaxından iştirak ediblər və o Quba şəhər qəbrstanlığında dəfn edilib. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 419 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 2003- 2009-cu illərdə ölüm haqqında akt qeydlərində X7 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03-16-5/8-10-638/2023 nömrəli məktubundan görünür ki, X7 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Vİ-ЖГ 639681 seriya və nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətindən göründüyü kimi, X7 18 aprel 1936-cı il tarixdə Quba rayonu, İqriq kəndində anadan olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikah qeydləri kitabından çıxarışdan məlum olur ki, X2 Kamal Əli oğlu ilə xx.xx.1956-cı il tarixində Quba rayonu Alekseyevka sovetliyində nikaha daxıl olmuş, bu barədə akt qeydləri kitabında 47 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Zeynalova” soyadı verilmişdir. İş materiallarından görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə Quba RMX-na müraciət etmiş, şəhadətnamə vaxtında alınmadığı üçün, ölümü qeydiyyata alınmamış və ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba şəhərində tərtib olunmuş və doğruluğu Ərizəçi1, Ərizəçi2, X8, X12 və X9 tərəfindən imzalarla təsdiqlənmiş aktdan göründüyü kimi, X7 həqiqətən 05 avqust 2006-cı ildə vəfat etmiş, mərhumə X3 şəhərinin əsas qəbiristanlığında dəfn olunmuşdur. Dəfn olunarkən onlar həqiqətən şahid olmuşdular. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 578 nömrəli məlumatından məlum olur ki, eiektron informasiya sistemində 11,10.2023-cü ilədək araşdırılma aparılmış, elektron informasiya sistemində və akt qeydlərində olan məlumatlara əsasən mərhum X15 aşağıdakı vərəsələri barədə məlumat aşkar olunmuşdur; arvadı-X7, oğlu-X13-xx.xx.1960-cı ildə doğulub, oğlu- X16-xx.xx.1990-cı ildə vəfat edib, oğlu-Ərizəçi2-xx.xx.1962-ci ildə doğulub, xx.xx.1963cü ildə vəfat edib, qızı-X10-xx.xx.2020-ci ildə vəfat edib, qızı-X14-xx.xx.1964-cü ildə doğulub, oğlu- Ərizəçi1-xx.xx.1968-ci ildə doğulub, oğlu-Ərizəçi2-xx.xx.1965-ci ildə doğulub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 18 aprel 1936-cı il təvəllüdlü X7 05 avqust 2006-cı il Quba şəhərində vəfat etmişdir. Belə ki, ərizəçilər analarının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli 18 aprel 1936-cı il tarixdə Quba rayonu, İqriq kəndində anadan olmuş X4 05 avqust 2006-cı il Quba şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 18 aprel 1936-cı il tarixdə Quba rayonu, İqriq kəndində anadan olmuş X4 05 avqust 2006-cı il Quba şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-551/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-551/2024
21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver