Məhkəmə qərarları › İş №2(027)-552/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-552/2024

21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-552/2024 21.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, anası 30 may 1959-cu il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş X3 11 iyul 2017-ci il tarixdə Quba rayonu, Cimi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü anası X5 xx.xx.2017-ci ildə Quba rayonu Cimi kəndində bağırsaq keçməməzliyindən ev şəraitində vəfat etmişdir. Lakin bu barədə heç bir tibbi müəssisəyə ölümü ilə bağlı müraciət edilməmişdir.Bu yaxınlarda Maraqlı şəxsnə müraciət edərək anası X3 ölümünün qeydə alınması ilə bağlı müraciət edib. Lakin ölüm haqqında tibbi şəhadətnamənin olmadığı səbəbindən onun ölümünün qeydə alınmasından imtina olunmuşdur və bu barədə ona imtina məktubu və arayış verilmişdir. Ölüm haqqında şəhadətnamə rəhmətlik anasının adına olan torpaq sahəsinə çıxarışın alınmasında vərəsəlik və müəyyən sənədləşmə işlərinin aparılması üçün zəruridir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, ərizəçi həmkəndlisidir, uzun illərdir bir kənddə yaşayırlar. Ərizəçinin anası mərhum Bibixanım Mahmudova 2017-ci ildə Cimi kəndində ev şəraitində vəfat edib. O kənd qəbrstanlığında dəfn edilib, qohumlar və qonşular dəfn və yas mərasimlərində iştirak ediblər. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudurlar və ərizəçinin anası 4-5 ildir ki rəhmətə gedib. Qonşular və kənd camaatı dəfn və yas mərasimlərində iştirak etmişlər. Müəyyən səbəblərə görə ölüm haqqında şəhadətnaməni ala bilməmişdilər. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, Bibixanım onun əmisi qızıdır, o 2017-ci ildə kəndə öz evində xəstəlik səbəbindən vəfat edib və kənd qəbrstanlığında dəfn edilib, dəfn və yas mərasimlərində yaxından iştirak ediblər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 426 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 2015- 2023-cü illərdə ölüm haqqında akt qeydlərində X5 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03-16-5/8-10-656/2023 nömrəli məktubundan görünür ki, X5 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan İ-ИЕ 526161 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X4 30 may 1958-ci il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuşdur. İş materiallarında olan İ-ИЕ 526161 seriya və nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən göründüyü kimi, X1 Əbilfət Şahmurad oğlu ilə xx.xx.1978-ci il tarixində Quba rayonu Qonaqkənd qəsəbə sovetliyində nikaha daxıl olmuş, bu barədə akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Mahmudova” soyadı verilmişdir. İş materiallarından görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə Qonaqkənd ASM-nə müraciət etmiş, şəhadətnamə vaxtında alınmadığı üçün, ölümü qeydiyyata alınmamış və ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba rayonu Cimi kəndində tərtib olunmuş və doğruluğu Ərizəçi, X10, Nümayəndə, X16, X12 və X20 tərəfindən imzalarla təsdiqlənmiş aktdan göründüyü kimi, X5 30 may 1958-ci il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş 11 iyul 2017-ci il tarixdə öz evində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 30 may 1958-ci il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş X5 11 iyul 2017-ci il tarixdə həmin kənddə vəfat etmişdir. Belə ki, ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və 30 may 1958-ci il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş X3 11 iyul 2017-ci il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 30 may 1958-ci il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş X3 11 iyul 2017-ci il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar