Məhkəmə qərarları › İş №2(027)-553/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-553/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-553/2021 01.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə hesablanmış 475.20 (dörd yüz yetmiş beş manat) 20 qəpik dəymiş ziyan məbləğində pulun tutularaq **********000810 saylı abonent koduna, və 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı İB-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********00810 nömrəli abonent kodu verilmiş, mənzilində SMART markalı İTRON tipli **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Xaçmaz RQll-nin Quba XS-nin əməkdaşları tərəfindən 24.12.20-ci il tarixdə abonent Cavabdeh sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətlə qaz şəbəkəsinə qoşulmaqla təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Buna görə də abonent barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xəttlə qanunsuz istifadə olunması nəticəsində İddiaçı İB-yə 475,20 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Abonent Cavabdeh etdiyi əməli etiraf edərək barəsində tərtib edilmiş aktı heç bir irad bildirmədən imzalamış, həmin halın təsdiq edilməsi üçün müvafiq foto və video çəkilişlər aparılmışdır. İddiaçı İB-yi tərəfindən abonentə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin məbləğdən heç bir ödəniş həyata keçirməmiş, buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh tərəfindən sayğacdan kənar xətlə təbii qazdan istifadə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalan”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə hesablanmış 475.20 (dörd yüz yetmiş beş manat) 20 qəpik dəymiş ziyan məbləğində pulun tutularaq **********000810 saylı abonent koduna, və 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı İBnin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavbdeh Cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini əsas tutaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə QAK-650/19 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci -ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin mənzilinə baxış keçirirkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, xx.xx.2020-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh tərəfindən 4752 m3 qaz sərfiyyatı olmuşdur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh Quba rayonu İİ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı İB iddia ərizəsi ilə əlaqədar 20 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından görünür ki, Cavabdeh İddiaçınə 475.20 manat maddi ziyan məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal İddiaçı İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində X6 İstismar İdarəsinin Quba xidmət sahəsinə ziyan dəymiş və Cavabdeh İddiaçınə 475.20 manat maddi ziyan məbləğində borcu yaranmışdır. Cavabdeh irəli sürülən tələb ilə bağlı məhkəməyə heç bir əsaslı sübut təqdim etməmiş və hər hansı etiraz bildirməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 475.20 (dörd yüz yetmiş beş) 20 qəpik maddi ziyan məbləğində pulun tutularaq İddiaçı” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 475.20 (dörd yüz yetmiş beş) manat 20 qəpik maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar