Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-555/2021 01.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan və debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1415.10 manat məbləğində pulun, və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1445 ( bir min dörd yüz qırx beş) manat 10 qəpik pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı İB-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********03160 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X7”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB X8 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıİmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii X7n pozulması haqqında” akt tərtib edilmiş və ona 604.80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 810.30 manat borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 1415.10 manat olmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıda qeyd olunduğu kimi cavabdeh X2 tərəfindən sayğacdan kənar xətlə təbii qazdan istifadə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalan”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 1415 manat məbləğində pulun, və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1445.10 ( bir min dörd yüz qırx beş )manat 10 qəpik pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavbdeh Cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini əsas tutaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 287xx-xx/2020 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş təbii X7nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin mənzilinə baxış keçirirkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. İş materiallarında olan dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, xx.xx.2020-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh tərəfindən 6048 m3 qaz sərfiyyatı olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı İB iddia ərizəsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh fərdi yaşayış evində quraşdırılmış qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu hal İddiaçı İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır və məlum olmuşdur ki, Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində X8 İstismar İdarəsinin Quba xidmət sahəsinə ziyan dəymişdir. Bundan əlavə istehlak olunmuş təbii qazın dəyərinin vaxtında ödənilməməsi nəticəsində Cavabdeh İddiaçınə 1415.10 manat məbləğində 810.30 (səkkiz yüz on) manat 30 qəpik debitor borcu və 604.80 (altı yüz dörd) manat 80 qəpik maddi ziyan borcu yaranmışdır. Cavabdeh irəli sürülən tələbə qarşı məhkəməyə heç bir əsaslı sübut təqdim etməmiş və hər hansı əsasla etiraz bildirməmişdir. Bu səbəbdən iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 604(altı yüz dörd) manat 80 qəpik maddi ziyan, 810 (səkkiz yüz on)manat 30 qəpik debitor borcu, cəmi 1415 (bir min dörd yüz qırx beş) manat 10 qəpik məbləğdə pul vəsaiti tutularaq İddiaçı” İstehsalat Birliyinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh , Cavabdeh 604 (altı yüz dörd) manat 80 qəpik maddi ziyan, 810 (səkkiz yüz on) manat 30 qəpik debitor borc, cəmi 1415 (bir min dörd yüz on beş) manat 10 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-555/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-555/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver