Məhkəmə qərarları › İş №2(027)-557/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-557/2021

05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-557/2021 05.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu yer ünvan 1 ünvanıdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Cavabdeh oğlunun rəsmi qeydiyyatda olduğu yer ünvan 1 ünvanı olduğu üçün İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmədə İddiaçı İB-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdlqdan sonra icra edilir. Göründüyü kimi hazırki iş üzrə iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla icraata qəbul edildiyindən, 2(027)-557/2021 saylı mülki iş ərazi aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə 2(027)-557/2021 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması ücün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar