Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-566/2021 26.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi və onun vəkili X5 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi – X3 xx.xx.1998-ci il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, atası X7 anası X6 1904-cü il tarixdə Quba şəhərində doğulmuş, ünvan 2 ünvanında yaşamış və xx.xx.1998-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. X2 şəhər qəbrstanlığında dəfn edilmişdir. Sonuncunun ölümündən sonra ölüm haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Hal-hazırda o, babası X8 məxsus Quba şəhəri, H.Əliyev prospektində yerləşən 89 saylı fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq istəyir. Lakin nənəsi X3 ölüm haqqında şəhadətnaməsi olmadığından sənədləşmə işlərini apara bilmir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Ərizəçila bir məhəllədə yaşayır. Ərizəçinin nənəsi Səfurə İbrahimovanı sağlığında yaxşı tanıyırdı. Belə ki, sonuncu onun qonşusu olmuşdur. Səfurə İbrahimova həqiqətən də xx.xx.1998-ci il tarixdə vəfat etmiş və qonşuların iştirakı ilə Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, Ərizəçi onun qonşusu olmaqla həm də iş yoldaşıdır. Ərizəçinin nənəsi Səfurə İbrahimova da onun qonşusu olmuşdur. Səfurə İbrahimova xx.xx.1998-ci il tarixdə vəfat etmiş və Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. O, atası və digər qonşularla birlikdə Səfurə İbrahimovanın dəfnində iştirak etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZE № ******** şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında yaşayır; Xİİİ-JQ № 266711 doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçi xx.xx.1988-ci il tarixdə doğulmuş İlqar X1 oğludur; AZ-İ № 927929 ölüm haqqında şəhadərnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1999-cu il tarixdə ölmüşdür; Quba rayon Qeydiyyat şobəsinin arayışından görünür ki, xx.xx.1937-ci il tarixdə doğulmuş X7 atası – X12, anası – X4r; Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 726 nömrəli məktubundan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 xx.xx.1998-ci il tarixdə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 1904-cü il tarixdə Quba şəhərində doğulmuş X3 xx.xx.1998-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1904-cü il tarixdə Quba şəhərində doğulmuş X3 xx.xx.1998-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-566/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-566/2021
26.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver