Məhkəmə qərarları › İş №2(027)-57/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-57/2025

20.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-57/2025 20.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 15 aprel 2023-cü il tarixli razılaşma əsasında ona borclu olan 17800 manat məbləğində pulunun verilməsini, əks halda RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Quba rayonu İqriq kəndində yaşayır. Mülkiyyətində olan RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilini 15 aprel 2023-cü il tarixli razılaşma əsasında Cavabdeh satmışdır. Razılaşmaya əsasən o, avtomobilini cavabdehə 22000 (iyirmi iki min) manata satmışdır. Cavabdeh avtomobil üçün ilkin 1500 manat məbləğində ödəniş etmiş, yerdə qalan 20500 manat məbləğində pulu isə 68 ay ərzində olmaqla, hər ayın 5-nə kimi (şənbə və bazar günlərini çıxmaq şərtilə) ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Cavabdeh avtomobilin ödənişlərini 30 aprel tarixindən 300 manatdan olmaqla ödəmişdir. Lakin sonuncu ödənişi yanvar ayında etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh avtomobilin ödənişlərini bitirmədən nəqliyyat vasitəsini X4 adlı şəxsə etibarnamə əsasında satmışdır. Hazırda cavabdeh onun razılaşma əsasında ona satdığı avtomobili ödənişlərini etmədən başqa şəxsə satmış və ondan gəlir əldə etmişdir. Bu halda o, həm avtomobilindən həm də pulundan olmuşdur. Cavabdeh ona olan ödənişlərini etməlidir. Əgər ödənişlərini etmirsə razılaşmaya əsasən avtomobilimi geri qaytarmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş etibarnamənin surətindən görünür ki, İddiaçı RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında Cavabdeh, sonuncu isə həmin avtomobili X2 istifadəsinə vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsindən görünür ki, RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, İddiaçı RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh satmışdır. Razılaşmaya əsasən o, avtomobilini cavabdehə 22000 (iyirmi iki min) manata satmışdır. Cavabdeh avtomobil üçün ilkin 1500 manat məbləğində ödəniş etmiş, yerdə qalan 20500 manat məbləğində pulu isə 68 ay ərzində olmaqla, hər ayın 5-nə kimi (şənbə və bazar günlərini çıxmaq şərtilə) ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə-xətşünaslıq 4/1606 saylı, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyindən görünür ki, tədqiq olunan imza, ekspertizaya təqdim edilmiş mülki işin 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Razılaşmanın sonundakı “Cavabdeh AA******* İmza:” qrafasındakı imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, qrafik materialın azlığı, imzada “B” həfinin qaralanması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş, mülki işin 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Razılaşmanın sonundakı “Cavabdeh AA******* İmza:” qrafasındakı imzanın - Cavabdeh tərəfindən və ya başqa şəxs icra olunub- olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə-xətşünaslıq 4/1042 saylı, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 48-ci vərəqində olan xx.xx.2023-cü il tarixli Razılaşmanın sonunda “Cavabdeh AA*******” hissəsində "İmza:" qrafasındakı imza, mülki işin 49-cu vərəqində olan xx.xx.2023-cü il tarixli Razılaşma əsasında tərtib olunmuş ödəniş cədvəlində “İMZA” qrafasındakı imzalar (10 ədəd) və həmin sənədin arxa tərəfinin sonunda “Cavabdeh İmza:” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə-xətşünaslıq 5/1185 saylı, xx.xx.2024-cü il tarixli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli Razılaşma əsasında tərtif olunmuş ödəniş cədvəlin 6-cı və 10-cu qrafalarındakı “00 m” yazıların qarşısında olan işarənin alt hissəsində yerləşən işarənin rənginin intensivliyi sonradan üzərindən yazılmış işarənin rənginin intensivliyindən zəif olduğu üçün ilkin məzmununu müəyyən etmək mümkün olmamışdır. Məhkmə iclasında müəyyən edilmişdir ki, “RAVON NEXİA” R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. “RAVON NEXİA R3” markalı **- BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobil etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmişdir. Daha sonra həmin avtomobil xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında X2 istifadəsinə verilmişdir. İddiaçı ona məxsus olan RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili etibarnamə ilə Cavabdeh satması üçün vermişdir. Lakin, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, iddiaçının mülkiyyətində olan avtomobili digər şəxsə satmış və avtomobilin satışından əldə etdiyi pul məbləğini iddiaçıya verməmişdir. Hazırda iddiaçı RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan iddia təmin edilməlidir. Həmçinin, iddiaçı 15 aprel 2023-cü il tarixli razılaşma əsasında ona borclu olan 17800 manat məbləğində pulunun cavabdehdən alınaraq ona verimləsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, 17800 manat məbləğində borcun cavabdehin hansı hərəkət və ya hərəkətsizliyi əsasında yaranmasını sübuta yetirə bilməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, iddiaçıya bununla bağlı izah olunmalıdır ki, RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq ona verilməsi mümkün olmadıqda həmin avtomobilin bazar dəyərini iddia tələbi əsasında məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əmlakın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əmlakın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əmlakın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əmlakı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.) Əmlakın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əmlakın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əmlakı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.) Qanun yalnız qanunsuz sahiblikdən əmlakın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əmlak cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əmlaka sahibliyi qanuni olsun. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi şərtləri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi avtomobillər məhz cavabdehin sahibliyində olması sübut edilməli, həmçinin cavabdeh avtomobili qaytarmaqdan imtina etməlidir. İddiaçının sözügedən avtomobilin mülkiyyətçisi olması mübahisəsizdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Həmçinin Cavabdeh 346 (üç yüz qırx altı) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. RAVON NEXİA R3 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilləri Cavabdeh alınaraq, İddiaçı verilsin. Cavabdeh 346 (üç yüz qırx altı) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar