Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-570/2021 04.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İlk iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun, İlk iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilk iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair ilk iddiası, ilk iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilk iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1635.14 (bir min altı yüz otuz beş manat on dörd qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1665.14 (bir min altı yüz altmış dörd manat on dörd qəpik) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana ‘İddiaçı” İB tərəfindən **********00910 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB X4 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” akt tərtib edilmiş və ona 734.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 900.74 (doqquz yüz manat yetmiş dörd qəpik) manat borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 1635.14 (bir min altı yüz otuz beş manat on dörd qəpik) manat olmuşdur. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, İddiaçı əməkdaşları tərəfindən 2015-ci ilin avqust ayında tərtib olunmuş aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 336,24 manat borcun silinməsi, xx xxxxxx 2017-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 2017-ci il tarixli qərarın ləğv edilməsi, 509,40 manat borcun silinməsi, xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış xx xxxxxx 2020-ci il tarixli tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 734,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək bildirmişdir ki, İddiaçı İB məndən tutulmasını tələb etdiyi 1665,14 manat pul onun cari borcu deyil, onun barəsində qanunsuz olaraq 2015-ci ilin avqust ayında, 2017-ci ilin fevral ayında, 2020-ci ilin dekabr ayında tərtib etdiyi 3 ədəd qanunsuz aktlar əsasında yaranmışdır. Belə ki, ilk dəfə barəsində 2015-ci ilin avqust ayında akt tərtib edilmiş, həmin akta əsasən ona 336,24 manat cərimə edilmişəm. Həmin akt ona verilməmiş, ümumiyyətlə onun həmin aktdan xəbəri olmamışdır. Yalnız indi İddiaçı İB ona qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə, müraciət etdiyi zaman həmin borcun olmasını bilmişdir. O, həmin aktı axtarsa da, tapa bilməmişdir. Bundan sonra barəsində xx xxxxxx 2017-ci il tarixli ******* nörməli akt tərtib edilmiş, aktın tərtib edilməsinə əsas kimi isə guya onun mənzilinə baxış keçirən sayğacdan kənar əlavə xəttə qaz istifadə etdiyi yazılmış, bundan sonra barəsində həmin tarixli qərar qəbul edilmiş və onun abonent hesabına 509,40 manat məbləğində qanunsuz olaraq pul hesablamışlar. Halbuki, o, sayğacdan kənar xətdən istifadə etməmiş, o, ümumiyyətlə sayğaca əl vurmamışdır, sayğac küçədə yerləşir. Bundan sonra barəsində xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli akt tərtib olunmuş, aktda guya onun ünvan 1 ünvanında yerləşən yaşayış evinə gələn qaz xəttində sayğacdan əvvəl qaz vintelinin arxasını açaraq, rezin boru qoşaraq təbii qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş aktlar və onun əsasında borcun hesablanmasına dair tələbnamələr (qərarlar) əsassızdır. O, borcun silinməsi barədə dəfələrlə İddiaçı İB-nə müraciət etsə də, borcu silməkdən imtina etmişlər. Məhkəmə iclasında İlk iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddia tələbini müdafiə edərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini, ilk iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ******* saylı Aktdan görünür ki, abonent sayğacdan əvvəl qaz vintelinin arxasını açaraq rezin boru qoşaraq təbii qazdan qeyri-qanuni istifadə edir və iş materiallarında olan fotoşəkillərə əsasən, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyi sübuta yetirilir. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Q-AK-135 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent Cavabdeh 1635.14 manat məbləğində qaz sərfiyyatı borcu vardır. İş materiallarında olan dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh tərəfindən 7344 m3 qaz sərfiyyatı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “X2”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 5.2-ci bəndində göstərilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh fərdi yaşayış evində sayğacdan əvvəl qaz vintelinin arxasını açaraq rezin boru qoşaraq təbii qazdan qeyriqanuni istifadə etmiş, bu hal İddiaçı İB əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmışdır. İş materialları ilə sübuta yetirilir ki, Cavabdeh 1635.14 (bir min altı yüz otuz beş manat on dörd qəpik) manat məbləğində borcu vardır. Bundan başqa, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, İddiaçı əməkdaşları tərəfindən 2015-ci ilin avqust ayında tərtib olunmuş aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 336,24 manat borcun silinməsi, xx xxxxxx 2017-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış 2017-ci il tarixli qərarın ləğv edilməsi, 509,40 manat borcun silinməsi, xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt üzrə yazılmış xx xxxxxx 2020-ci il tarixli tələbnamənin (qərarın) ləğv edilməsi və həmin tələbnamə (qərar) üzrə hesablanmış 734,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddia tələbini əsaslandıracaq həç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilərək, Cavabdeh 1635.14 (bir min altı yüz otuz beş manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı bank hesabına ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh 1635.14 (bir min altı yüz otuz beş manat on dörd qəpik) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İB-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-570/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-570/2021
04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver