Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-578/2024 08.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1, Maraqlı şəxs nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı X3 08 iyun 2003-cü il tarixdə Quba rayonunda ölməsinin qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X8 08 iyun 2003-cü ildə vəfat etmiş və Quba rayonu Qələdüz kəndində yuxarı qəbiristanlıqda dəfn edilmişdir. O, və digər ailə üzvləri dəfndə iştirak etmişlər ,lakin səhlənkarlıq edərək onun ölümünü rəsmiləşdirməmişlər. Hal-hazırda vərəsəlik məsələsini həll edir, Bununla əlaqədar qardaşının ölümü barədə şəhadətnamə tələb olunur. O, qardaşı-X3 ölümü barədə sənədini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 08 dekabr 2023-cü il tarixli məktubu ilə qardaşı X3 ölümünün Qeydiyyat Şöbəsində qeydə alınmadığından ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi X2 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X10 ərizənin təmin edilməsinə etirazı etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, 08 iyun 2003-cü il tarixdə vəfat etmiş X8 onun qardaşıdır. O, X8 08 iyun 2003-cü ildə vəfat etmiş və Quba rayonu Qələdüz kəndində yuxarı qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, 08 iyun 2003-cü il tarixdə vəfat etmiş X8 onun dayısıdır. O X8 08 iyun 2003-cü ildə vəfat etmiş və Quba rayonu Qələdüz kəndində yuxarı qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 440 nömrəli, 08 dekabr 2023-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, X8 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Küpçal İƏD üzrə nümayəndəliyinin 564 nömrəli, 19 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Quba rayonun Qələdüz kənd sakinin X8 08 iyun 2003-cü il tarixdə vəfat etmiş və 08 iyun 2003-cü il tarixdə Quba rayonun Qələdüz kəndində yerləşən yuxarı qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 697 nömrəli, 08 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, X3 ölümünün Qeydiyyat Şöbəsində qeydə alınmadığından ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, X3 08 iyun 2003-cü il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. X3 08 iyun 2003-cü il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-578/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-578/2024
08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver