Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-579/2024 26.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1928-ci ildə Quba şəhərində anadan olmuş X1nın 21 iyun 2006-ci ildə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun babası Ərizəçi Qulam oğlu ilə X1 31 may 1947-ci il tarixində birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından atası X15 və digər övladları olmuşdur. Babası Ərizəçi Qulam oğlu 13 yanvar 1965-ci il tarixində, X1 isə 21 iyun 2006-cı il tarixində vəfat etmişdir. X1 21 iyun 2006-cı il tarixində uzun sürən iflic xəstəliyindən Quba şəhərində vəfat etmiş, Quba şəhər qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiklərindən və yas mərasiminə başları qarışdığından nənəsinin ölümünü rəsmiləşdirilməmişlər. X21 sağlığında sənədləşmə işlərini yekunlaşdırmaq istəsədə də, 12 noyabr 2020-ci il tarixində vəfat etdiyi üçün işləri yekunlaşdıra bilməmişdir. Daha sonra o, X1nın ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon X8 Hüquqi Şəxsinə müraciət etmişdir. Lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs 20 dekabr 2023-cü il tarixli məktubu ilə ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. Hal-hazırda nənəsi X5 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. Əlavə olaraq qeyd etmək istəyir ki, X1nın şəxsiyyətini təsdiq edən sənədlərdə, o cümlədən övladlarının doğum haqqında şəhadətnamələrində adı müxtəlif formada yazılmış və həmin hərf səhvlərini aradan qaldırmaq onun imkanları xaricindədir. O, ərizəsində nənəsi Tuqiyə Həsənovanın adının nikah haqqında şəhadətnamədə olduğu kimi qeyd etmişdir. Qeyd etmək istəyir ki, nənəsi Tuqiyə Həsənovanın 2006-cı ildə Quba şəhərində, ölməsi və Quba şəhər qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. Əlavə olaraq bildirir ki, nənəsi Tuqiyə Həsənovanın 21 iyun 2006-cı il tarixdə Quba şəhərində ölməsi faktını ərizəsinə əlavə etdiyi Quba RİHB-nm Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 19 mart 2020-ci il tarixli, 817 nömrəli arayışı və məzar daşının fotoşəkili dir daha təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X19 ərizəni qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahidlər X16 və X4 ərizəçinin X1nın 21 iyun 2006-ci ildə Quba şəhərində ölməsini təsdiq etmişlər. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Vİİİ-JQ seriyalı 508336 №li pasportun surətindən görünür ki, X6 1928-ci ildə Quba şəhərində anadan olmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında İ-JQ seriyalı, 326070 №li şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Qulam oğlu ilə X7 arasında nikah xx.xx.1947-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X15 xx.xx.1962-ci il tarixdə Ərizəçi Qulam oğlu ilə X3 birgə nikahından doğulmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 131201 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 817 №li arayışından görünür ki, X2 şəhəri, Azərbaycan (Əzizbəyov) küçəsi, ev 45, mənzil 8 ünvanında yaşamışdır və orada vəfat etmişdir, Quba şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 19 dekabr 2023-cü il tarixli, 441 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən X6 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 2003-2009-cu illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 03-16-5/8-10-727/2023 nömrəli məktubundan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X3 21 iyun 2006-cı il tarixdə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 1928-ci ildə Quba şəhərində anadan olmuş X3 21 iyun 2006-ci ildə Quba şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1928-ci ildə Quba şəhərində anadan olmuş X3 21 iyun 2006-ci ildə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-579/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-579/2024
26.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver