Məhkəmə qərarları › İş №2(027)-581/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-581/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-581/2024 14.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 11 sentyabr 2022-ci il tarixdə Quba rayonunda anadan olmuş oğlu X6 07 yanvar 2023-cü il tarixdə Quba rayonu, Söhüb kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Babayeva (Osmanova) Əfsanə Nəriman qızı ilə faktiki münasibətindən 11 sentyabr 2022-ci il təvəllüdlü X9 anadan olmuşdur. Oğlu doğularkən xəstə olmuşdur. Onu müxtəlif xəstəxanalarda müayinə və müalicə etdirmiş, lakin vəziyyəti yaxşılaşmamış, 07 yanvar 2023-cü il tarixdə Quba rayonu, Söhüb kəndində vəfat etmiş və Quba rayonu, Söhüb kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt mən oğlunun ölümündən dərin sarsıntı keçirdiyindən onun ölümünü vaxtında rəsmiləşdirməmişdir. Daha sonra oğlu Ömər Babayevə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs 13 noyabr 2023-cü il tarixli məktubu ilə ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra o ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin həmin qurumdan da ona 12 dekabr 2023-cü il tarixli imtina məktubu verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X18 ölməsi faktının müəyyən edilməsi sənədləşmə işlərinin həlli üçün lazımdır və zamanında ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almadığı üçün məhkəmədən kənar qaydada onun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməni də ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edir ki, X18 07 yanvar 2023-cü il tarixdə ölməsi və Quba rayon, Söhüb kənd qəbirstanlığından dəfn edilməsini həmin mərasimlərdə iştirak etmiş qonşular və tanışları görmüşdür ki, onlar bununla bağlı akt da tərtib etmişlər və məhkəmədə şahid kimi də ifadə verə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, yoldaşı ilə rəsmi nikahı olmamış, lakin uşağa atalığını vermişdir. Uşağın ölüm faktı ona bəzi sənədləşmə işləri üçün lazımdır və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X14 izahatında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Ömər onun oğludur, o İbrahimin ikinci evliliyindən olub. Uşaq doğularkən xəstə doğulmuş, bir müddət Quba MX-nın doğum şöbəsində küvəzdə saxlanılmış, sonra xəstəxana tərəfindən göndəriş verilib “K.Y.Fərəcov Adına X2”nda müalicə olunmuşdur. Yoldaşı qardaşından ayrlandan sonra uşağı alıb atasının evinə getmiş və bir müddət uşaq anasının yanında olarkən orda ölmüşdür. Onların rəsmi nikahı olmamışdır. Uşaq Söhüb kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 441 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə xx.xx.2021-xx.xx.2023-cü illərdə ölüm haqqında akt qeydlərində X9 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03-16-5/8-15-654/2023 nömrəli məktubundan görünür ki, X9 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə Quba RMX-na müraciət etmiş, şəhadətnamə vaxtında alınmadığı üçün, ölümü qeydiyyata alınmamış və ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan AZ-İV 814279 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X9 doğulmuşdur. Atası- Ərizəçi, anası-X7 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba rayonu, Söhüb kəndində tərtib olunmuş və doğruluğu Ərizəçi, X10, X8 tərəfindən imzalarla təsdiqlənmiş aktdan göründüyü kimi, xx.xx.2022-ci ildə anadan olmuş X3 rayonu, Söhüb kəndində yaşamış, 07 yanvar 2023-cü il tarixdə həmin kənddə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 11 sentyabr 2022-ci ildə anadan olmuş X9 07 yanvar 2023-cü il tarixdə Quba rayonu, Söhüb kəndində vəfat etmişdir. Belə ki, ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli 11 sentyabr 2022-ci ildə Quba rayonunda anadan olmuş X6 07 yanvar 2023-cü il tarixdə Quba rayonu, Söhüb kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 11 sentyabr 2022-ci ildə Quba rayonunda anadan olmuş X6 07 yanvar 2023-cü il tarixdə Quba rayonu, Söhüb kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar