Məhkəmə qərarları › İş №2(027)-585/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-585/2021

03.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-585/2021 03.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı “İddiaçı" İstehsalat Birliyinin (bundan sonra İB) nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı İB Cavabdeh təbii Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 647,80 (altı yüz qırx yeddi manat səksən qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 677,80 (altı yüz yetmiş yeddi manat səksən qəpik) manat pulun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən, iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh istifadə etdiyi təbii qaza görə 42,20 (qırx iki manat iyirmi qəpik) debitor borcun və 604,80 (altı yüz dörd manat səksən qəpik) manat məbləğində dəymiş ziyanın, ümumilikdə 647 (altı yüz qırx yeddi) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı “İddiaçı" İB-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iddia tələblərini müdafiə edərək göstərmişdir ki, İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********02930 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB X2 İstismar İdarəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı Xaçmaz RQİİ-nin aidiyyəti işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” akt tərtib edilmiş və ona 604,80 (altı yüz dörd manat səksən qəpik) manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 42,20 (qırx iki manat iyirmi qəpik) manat borcu olmaqla, ümumilikdə 647 (altı yüz qırx yeddi) manat borcu qalmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, onunla bir evdə yaşayan oğlu kiminsə məsləhəti ilə qeyri-qanuni yolla yeraltı qaz xəti qoşmuşdur. Lakin, hesablanmış məbləğlə qəti razı deyildir. Belə ki, bu qoşulma cəmi 1 ay davam etmiş olar ki, bununla da cəmi 200 manatlıq qaz sərfiyyəti ola bilər. Odur ki, iddianı 200 manat həcmində qəbul edir. O, oğlunun yeraltı qaz xətti qoşmasından xəbərsiz olmuşdur. Məhkəmə İddiaçı İB-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun və Cavabdeh izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında sonuncunun keyfiyyətli qazla təmin edilməsinə dair xx.xx.2020-ci il tarixdə 287xx-xx/2020 nömrəli müqavilə bağlanmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2020-ci il tarixli ******* nömrəli aktından görünür ki, abonent sayğacdan kənar yeraltı polietilen xətdən qeyri-qanuni qoşulma etmişdir; İddiaçı İB-nin X2 İstismarı İdarəsinin tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh Quba şəhəri, Qəçrəş yolu Fətəlixan küçəsində yerləşən fərdi yaşayış evində PQ-2 maksimal qaz sərfi 0,6 m3/saat orta günlük iş rejimi 24 saat, radiator sobasının maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat orta günlük iş rejmi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 0,6x24x90=1296 m3, 1,4x24x90=3024 m3, 0,8x24x90=1728 m3, cəmi 6048 m3 qazın dəyərinin ödənilməsi göstərilmişdir; **********02930 kodlu abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2021-ci ilin yanvar ayına aktlar üzrə 604,80 (altı yüz dörd manat səksən qəpik) manat, qalıq borc isə ümumilikdə 647 (altı yüz qırx yeddi) manat təşkil etmişdir; xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, iddiaçı “İddiaçı" İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə 287xx-xx/2020 nömrəli müqavilə ilə qeyd olunmuş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh qaz paylayıcısı “İddiaçı" İB tərəfindən keyfiyyətli qazla təmin edilmiş və aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh sayğacdankənar xətlər vasitəsi ilə qazdan istifadə etmişdir. İddiaçının əməkdaşları tərəfindən cavabdehin sayğacdankənar xətlərdən istifadə halları ilə əlaqədar xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında müvafiq hesablamalar aparılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh müqavilənin tələblərini əsaslı qaydada pozaraq müqavilə ilə müəyyən olunmuş öhdəliklərini yerinə yetirməkdən yayınmış və bu zaman onun təbii qazdan sayğacdankənar istifadəsi nəticəsində 604,80 (altı yüz dörd manat səksən qəpik) manat borcu yaranmışdır. Həmçinin cavabdehin 2020-ci ilin dekabr ayına 42,20 (qırx iki manat iyirmi qəpik) manat ödənilməmiş borcu qalmışdır. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təbii qazdan müqavilədən kənar və qeyri-qanuni yollarla istifadəsinə görə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MM-nin: 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 42,20 (qırx iki manat iyirmi qəpik) debitor borc və dəymiş ziyana görə 604,80 (altı yüz dörd manat səksən qəpik) manat məbləğində borc, ümumilikdə 647 (altı yüz qırx yeddi) manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 42,20 (qırx iki manat iyirmi qəpik) debitor borc və dəymiş ziyana görə 604,80 (altı yüz dörd manat səksən qəpik) manat məbləğində borc, ümumilikdə 647 (altı yüz qırx yeddi) manat məbləğində pul İddiaçı İB-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar