Məhkəmə qərarları › İş №2(027)-590/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-590/2024

13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-590/2024 13.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 mart 1973-cü il tarixində Quba şəhərində anadan olmuş - X3 Quba şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 10 oktyabr 2003-cü il tarixində dünyasını dəyişmişdir. X1 10 oktyabr 2003-cü ildə vəfat etmiş, qonşularının, qohumlarının və yaxınlarının iştirakı ilə Quba şəhərində yerləşən yuxarı qəbiristanlıqda dəfn olunmuşdur. Quba şəhər Bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışda X3 10 oktyabr 2003-cü il tarixində vəfat etdiyi və Quba şəhər qəbiristanlığında dəfn olunduğu qeyd olunmuşdur. Həmin vaxt qanunları bilmədiklərindən, etinasızlıqdan və digər səbəblərdən qardaşının ölümünü rəsmiləşdirə bilməmişlər. Bildirmişdir ki, sənədləşmə işlərinin aparılması ilə əlaqədar olaraq X7 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 07 iyun 2023-cü il tarixli 03-16-5/8-10-300/2023 saylı məktubu ilə X3 ölümünün qeydə alınmasının qeyrimümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. X7 2003-cü ilin oktyabr ayında Quba şəhərində vəfat etməsi və həmin Quba şəhər yuxarı qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 668886 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə anadan olmuş, atası X4, anası X2r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 300 №li məktubundan görünür ki, X3 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 223 №li arayışından görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs üzrə 2001-2007-ci illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan Quba Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 410 nömrəli arayışından görünür ki, Ərizəçi mərhum X1 xx.xx.2003-cü il tarixdə vəfat etmiş və Quba şəhər ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, 16 mart 1973-cü il tarixində Quba şəhərində anadan olmuş X3 xx.xx.2003-cü il tarixdə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 16 mart 1973-cü il tarixində Quba şəhərində anadan olmuş X3 xx.xx.2003-cü il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 mart 1973-cü il tarixində Quba şəhərində anadan olmuş X3 xx.xx.2003-cü il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar