Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-609/2024 11.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi, Ərizəçinin nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1922-ci ildə Quba rayonu, Yerfi kəndində anadan olmuş X2 10 iyul 1995-ci il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Quba şəhərində anadan olub. X10, anası X9r. Valideynləri 26 avqust 1964-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. X10 18 dekabr 1993-cü il tarixdə, anası X11 isə 10 iyul 1995-ci il tarixdə vəfat etmiş və Quba şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt qanunu bilməməzlikdən X2 ölümünü rəsmiləşdirməmişdir. Daha sonra anası X6 ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs 27 oktyabr 2023-cü il tarixli məktubu ilə ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra o ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X2 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır və anasıın ölümündən uzun müddət keçdiyi və zamanında ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almadığı üçün məhkəmədən kənar qaydada onun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməni də ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edir ki, X2 10 iyul 1995ci il tarixdə ölməsi və Quba şəhər qəbirstanlığından dəfn edilməsini həmin mərasimlərdə iştirak etmiş qonşular və tanışları görmüşdür ki, onlar bununla bağlı akt da tərtib etmişlər və məhkəmədə şahid kimi də ifadə verə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi qismində vəkili ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etmiş, məhkəməyə sənəd təqdim etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X23 izahatında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudurlar, 61-ci ildən bu yana onun atasını, anasını bir qonşu kimi tanıyır, Minəxanım İldırımın anasıdır, atası Nəmət kişi daha əvvəl vəfat edib, bir-birilərinin xeyrində və şərində yaxından iştirak ediblər. Minəxanım yaşlaşmış və 1995-ci ildə vəfat etmişdir. Onun yas mərasimlərində qohum-qonşular yaxından iştirak ediblər və o Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X19 ifadəsində bildirmişdir ki, ərizəçi onun doğma əmisi oğludur. Onlar bir məhəllədə böyümüşlər. Minəzanım analarıdır, onun 4 övladı olub, Süleyman, Osman, Neva və İldırım. Süleyman rəhmətə gedib, qalanları sağdırlar. Minəxanım yaşlaşmış və 1995-ci ildə vəfat etmişdir. Quba şəhər qəbrstanlığında dəfn edilmişdir, qohumlar və qonşular mərasimdə iştirak etmişdilər. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 403 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1992- 1997-ci illərdə ölüm haqqında akt qeydlərində X11 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 03-16-5/8-10-621/2023 nömrəli məktubundan görünür ki, X11 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə Quba RMX-na müraciət etmiş, şəhadətnamə vaxtında alınmadığı üçün, ölümü qeydiyyata alınmamış və ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan İ-ИЕ 428853 evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Nəmət İbad oğlu ilə xx.xx.1964-cü il tarixində Quba rayonu VVAQ-da nikaha daxıl olmuş, bu barədə akt qeydləri kitabında 104 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Əlixanova” soyadı verilmişdir. İş materiallarında olan AB ******* seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 ilə X5 birgə nikahından 02 iyul 2064-cü il təvəllüdlü Ərizəçi doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba şəhərində tərtib olunmuş və doğruluğu Ərizəçi, X19, X7 tərəfindən imzalarla təsdiqlənmiş aktdan göründüyü kimi, X18 18 dekabr 1993-cü il tarixdə, X11 10 iyul 1995-ci ildə Quba şəhərində vəfat etmiş, Quba şəhər qəbiristanlığında dəfn olunmuşdur. Onlar həmin dəfn mərasimində iştirak emişdilər. İş materiallarında olan Quba bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 898 nömrəli arayışdan məlum olur ki, X4 Nərimanov küçəsində yerləşən Quba şəhər qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 1922-ci ildə Quba rayonu, Yerfi kəndində anadan olmuş X11 10 iyul 1995-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. Belə ki, ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli 1922-ci ildə Quba rayonu, Yerfi kəndində anadan olmuş X5 10 iyul 1995-ci il tarixdə Quba şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 1922-ci ildə Quba rayonu, Yerfi kəndində anadan olmuş X5 10 iyul 1995-ci il tarixdə Quba şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-609/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-609/2024
11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver