Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-61/2020 23.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1, İddiaçı və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X5rşı “qanunsuz tikililərin sökülməsi, maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonunun Digah kəndi ərazisində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydi və həmin qeyddən verilmiş RX seriyalı, №436479 nömrəli Çıxarış əsasında onun mülkiyyətində olan torpaq sahəsində və Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehin inşa etdiyi tikililər sökülməsi, sökülmüş tikintiyə aid materiallar həmin torpaq sahələrindən çıxarılması, Quba rayonunun Digah kəndi ərazisində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cli il tarixli, ********** nömrəli qeydi və həmin qeyddən verilmiş RX seriyalı. №1436479 Çıxarış əsasında onun mülkiyyətində olan torpaq sahəsindən və Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən cavabdehə məxsus əmlakların və cavabdehin çıxarılması, mübahisəli torpaq sahəsində humus qatının əvəzinə cavabdeh tərəfindən tökülmüş daş və daş-çınqıl materialları cavabdehin hesabına ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012 ci il tarixli, №2(027)-964/2012 saylı qətnaməsi ilə Ömərova Cavharat Əlixan qızının Quba rayonu Digah kənd ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikdiyi qeyri yaşayış sahəsinə faktiki ölçüləri müəyyən edilməklə Ömərova Cavharat Əlixan qızının mülkiyyət hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2013-cii il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012 -ci il tarixli, №2(027)-964/2012 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli, №2(027)-2330/13 saylı qərarı ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2013-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Quba Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, № 1(027)-1/2014 saylı hökmünə əsasən Cavabdeh, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq Quba rayonunun Digah kəndi ərazisində Digah- Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,01 hektarını 2012-ci ilin may ayından, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,02 hektarım 2012-ci ilin sentyabr ayından etibarən özbaşına tutmaqla zəbt edərək tikinti işləri aparmışdır. Bununla da Cavabdeh Ədii oğlu Azərbaycan Respublikasının Cinayət Məcələsinin 188-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmdən göründüyü kimi Torpağa Mülkiyyət Hüququna Dair Kod 30327028, JN 694 nömrəli Dövlət Aktı əsasında ona, Quba rayonu Digah kəndi ərazisində Quba rayon DNK-nın 17.06.02 və 13.05.05 tarixli, 4 ə-155 və 07.05.05 tarixli, 4ə-346-347 saylı alğı-satqı müqavilələri ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,04 ha torpaq sahəsi almışdır. Yenə də, həmin hökmə əsasən Quba rayonu, Digah-Xucbala bələdiyyəsinin xx xxxxxx 2014-cii il tarixli məktubundan görünür ki, Cavabdeh Quba rayonunun Digah kəndində kommersiya məqsədi ilə 0.01 ha torpaq sahəsi almaq üçün müraciət etmişdir. Onun müraciətinə baxılmış və Digah- Xucbala bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 10 saylı qərarı ilə ona 0,01 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Lakin, Quba Rayon Memarlıq və Tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli, 56 saylı məktubunda bildirilir ki, ərazinin planlaşdırma sənədləri Rayon İcra hakimiyyətinə sonra baxılaraq müvafiq qərar qəbul edilə bilər. Bütün bunları nəzərə alaraq, ərazinin Baş planı hazırlanmadığı və vətəndaşın istədiyi yer magistral yola yaxın olduğu üçün həmin qərar ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ( Cinayət Kollegiyasının xx xxxx 2016-cı il tarixli hökmü ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 1(027)-1/2014 saylı hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs Cavabdeh AzərbaycanRespublkası CM-nin 188-ci maddəsi ilə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublkası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, №1(102)-1744/16 saylı qərarı ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2016-cı il tarixli hökmü ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ( Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublkası CM-nin 188-ci maddəsi ilə onun təqsirli bilinməsinə dair Qııba Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, №1(027)-1/2014 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli hökmündən kassasiya şikayəti verilməmiş, hökm qanuni qüvvəsini almışdır. Lakin, cavabdeh, məhkəmə aktları ilə barəsində cəza tədbiri görülməsinə baxmayaraq vicdansız sahiblik həyata keçirməkdən hələ də çəkinmir, qanunsuz əməllərini hələ də davam etdirir. Belə ki, cavabdeh nəinki, inşa etdiyi qanunsuz tikililəri sökməmiş, əksinə onun mülkiyyətində olan onun tərəfindən zəbt olunmuş torpaq sahəsində əlavə qanunsuz tikililər inşa etmişdir. Bundan başqa cavabdeh onun mülkiyyətində olan yuxarıda göstərilən mübahisəli kənd təsərrüfatı məhsullarının istehsalı üçün təyin olunmuş və həmin təyinat üçün yararlı olan torpaq sahəsinin yararlı üst humus qatını ağır texnikanın köməyi ilə sıyrılaraq götürülərək ərazidən çıxarmış, əvəzinə çay daşlarını və daş-çınqıl tikinti materiallarını səpmişdir. Bununla da cavabdeh həmin torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararsız hala salmışdır. Həmin torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararlı hala salınması 25 il müddət tələb edir. Bununla da cavabdeh növbəti dəfə təkrarən ona məxsus torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozmuşdur. Yuxarıda göstərilən məhkəmə aktlarından göründüyü kimi cavabdehin zəbt etdiyi bələdiyyə torpağında inşa etdiyi özbaşına tikililər həmçinin onun mülkiyyət hüququnu pozur. Belə ki, həmin tikililər altına eyni vaxtda onun və bələdiyyənin torpaq sahələri salınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı, **********83 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən 0,145093 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2014-cü il tarixli, 17379 saylı rəyinin surətindən görünür ki, Quba rayon, Digah kəndində yerləşən Cavabdeh istifadəsində olan torpaq sahəsində 8 ədəd besetka olduğu, həmin besetkaların, bünpvrələrinin sahələrinin 7,5 kv.m təşkil etməklə betondan quraşdırıldığı, 10 metr uzunluğunda 10 metr enində 5,3 metr hündürlüyündə restoran kimi istifadə edilən tikili inşa edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektləri yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinintərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. İş materiallarında olan Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 20435 saylı rəyinin surətidən görünür ki, Cavabdeh qanuni istifadəsində olan 0,01 ha torpaq sahəsi çıxılmaqla, əlavə olaraq 526 kv.m torpaq sahəsindən istifadə etdiyi, həmin torpaq sahəsinin də bölgü layihəsi üzrə 200 kv.m hissəsinin bələdiyyə mülkiyyətində olduğu müəyyən edilir. Bölgü lahiyəsinə əsasən hazırlanmış sxemdən göründüyü kimi Cavabdeh oğlunun faktiki istifadə etdiyi 626 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin Quba rayonu, Dgah-Xucbala Bələdiyyəsinə 426 kv.m hissəsinin isə İddiaçı məxsus olduğu müəyyən edilir. Azərbaycan SSR Nazirlər Dovetinin 461 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiq olunmuş, “Azərbaycan Respublikası ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması Qaydaları”nın tələblərinə müvafiq olaraq Şirvan-Noxudlu-Salyan avtomobil yolunun qorunma (mühafizə) zonasının60,0 metr (yolun oxudan hər tərəfə 30,0 m) nəzərdə tutulduğunu və Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin yolun oxundan bir tərəfdəm 13 metr, digər tərəfdən 10,0 metr məsafədə yerləşdiyini nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin avtomobil yolunun mühafizəsi zonasına düşdüyü müəyyən edilir. İş üzrə təyin edilmiş və keçirilmiş “xxxxxxxx” MMC-nin 01/848-1 saylı, xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh hal-hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri yerində müəyyənləşdirilərək elektron baza və xəritə üzrə dəqiqləşdirildi və bu sahənin 0,15 ha olduğu müəyyən olundu. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, AA005452 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən torpaq sahəsinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzrə otuzdurulmuş, Cavabdeh tərəfindən bölgü layihəsinə əsasən İddiaçı məxsus 0,145 ha torpaq sahəsinin 0,09 ha hissəsi faktiki olaraq heç bir əsas göstərilmədən istifadəsində olduğu müəyyənləşdirilmişdir. Cavabdeh tərəfindən zəbt edərək istifadə edilən torpaq sahəsində hər biri 100 kv.m olmaqla 2 ədəd tikili mövcuddur və ekspertlərə bu tikililərlə bağlı heç bir sənəd təqdim edilməmişdir. Bundan əlavə zəbt olunan torpaq sahəsinin böyük bir hissəsi betonlaşmış və üzərində qurğular tikilmişdir. İş üzrə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının 4584 saylı, xx.xx.2020-ci il tarixli eksperti rəyindən görünür ki, Cavabdeh hal-hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri yerində müəyyənləşdirilərək elektron baza və xəritə üzrə dəqiqləşdirildi və bu sahənin 0,15 ha olduğu müəyyən olundu. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, AA005452 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən torpaq sahəsinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzrə otuzdurulmuş, Cavabdeh tərəfindən bplgü layihəsinə əsasən İddiaçı məxsus 0,145 ha torpaq sahəsinin 0,09 ha hissəsi faktiki olaraq heç bir əsas göstərilmədən istifadəsində olduğu müəyyənləşdirilmişdir. Cavabdeh tərəfindən zəbt edərək istifadə edilən torpaq sahəsində hər biri 100 kv.m olmaqla 2 ədəd tikili mövcuddur və ekspertlərə bu tikililərlə bağlı heç bir sənəd təqdim edilməmişdir. Bundan əlavə zəbt olunan torpaq sahəsinin böyük bir hissəsi betonlaşmış və üzərində qurğular tikilmişdir. İş materiallarında olan Quba rayon Digah-Xucbala Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh Digah-Xucbala bələdiyyəsinə öz iaşə obyektinə bitişik olan 0,04 ha torpaq sahəsinin ona uzun müddətli icarəyə verilməsi barədə bələdiyyəyə müraciət etmiş və həmin müraciətə Dihag-Xucbala bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 16 saylı protokolda baxılmışdır. Digah-Xucbala bələdiyyəsi yaşayış məntəqəsi torpaqlarından 0,04 ha torpaq sahəsinin yaşıllaşdırma və abadlıq məqsədilə uzunmüddətli müsabiqə, hərrac yolu ilə icarəyə verilməsi proseduruna başlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, RX seriyalı, 059682 saylı Çıxarışından görünür ki, Quba rayonu Digah kəndində yerləşən 0,02 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materillarında olan Quba rayon Digah Bələdiyyəsinin “torpaqların alğı-satqısına dair” aktın və qərarın surətindən görünür ki, Digah kənd sakini Ömərova X4 bələdiyə ehtiyat fondunun alğı-satqı predimeti olan sərti yarasız torpaq sahəsindən çayxana məqsədi ilə 0,01 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarınd aolan Quba rayon Digah Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli arayışından görünür ki, Ömərova Cəvahirat Əlixan qızı özünə məxsus 0,01 ha torpaq sahəsində 100 m2-lik sahəsi olan iaşə obyekti tikmişdir. Həmin iaşə obyekti 1994-cü idə tikilmiş və hal-hazıra kimi fəaliyyətdədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və X10 Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə X10 Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar X10 Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, X10 Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-170.2-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.1-172.2-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsaəsn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsaəsn tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilən maddələrin dizpozitiv şərtlərini hazırki mübahisəyə tətbiq edərk məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, Quba rayonu, Digah kəndində yerləşən 0,145093 ha torpaq sahəsi RX seriyalı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı, **********83 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Quba rayonu, Digah kəndində yerləşən mübahisəli torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və faktiki olaraq onun istifadəsindədir. Belə ki, iş üzrə təyin edilmiş 4584 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 4584 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh hal-hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri yerində müəyyənləşdirilərək elektron baza və xəritə üzrə dəqiqləşdirildi və bu sahənin 0,15 ha olduğu müəyyən olundu. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, AA005452 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən torpaq sahəsinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzrə otuzdurulmuş, Cavabdeh tərəfindən bölgü layihəsinə əsasən İddiaçı məxsus 0,145 ha torpaq sahəsinin 0,09 ha hissəsi faktiki olaraq heç bir əsas göstərilmədən istifadəsində olduğu müəyyənləşdirilmişdir. Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilən torpaq sahəsində hər biri 100 kv.m olmaqla 2 ədəd tikili mövcuddur və ekspertlərə bu tikililərlə bağlı heç bir sənəd təqdim edilməmişdir. Bundan əlavə zəbt olunan torpaq sahəsinin böyük bir hissəsi betonlaşmış və üzərində qurğular tikilmişdir. İddiaçı mülkiyyətində olan 0,145 ha torpaq sahəsinin 0,09 ha hissəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh tərəfindən zəbt edilərək istifadə edilən torpaq sahəsində hər biri 100 kv.m olmaqla 2 ədəd tikili mövcuddur və məhkəməyə bu tikililərlə bağlı heç bir sənəd təqdim edilməmişdir. Ona görə də, iddiaçılar İddiaçı mülkiyyətində olan Quba rayonu Digah kəndində yerləşən 0145 ha torpaq sahəsinin 0,09 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş 2 ədəd tikililər mülkiyyətçinin razılığı olmadan və müvafiq icazə alınmadan qanunsuz olaraq özbaşına tikilmiş, bununla da mülkiyyətçinin həmin torpaq sahəsinə mülkiyyət hüquqları, tikinti norma və qaydaları pozulmuşdur. Bununla da, Cavabdeh iddiaçıya məxsus Quba rayonu Digah kəndində yerləşən 0,145 ha torpaq sahəsinin 0,09 ha hissəsindən qanunsuz olaraq istifadə edilməsi iş üzrə təyin edilmiş ekspertiza və mütəxəssis rəyləri ilə, iş materialları ilə tam sübuta yetirilmişdir. Bundan başqa, İddiaçı Quba rayon Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etsə də, iddiaçı Quba rayon Digah-Xucbala bələdiyyəsinin adından iddia tələbi irəli sürə bilməz. Çünki onun qeyd edilən tələblə bağlı subyektiv hüququ yoxdur. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Quba rayonunun Digah kəndi ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydi və həmin qeyd əsasında verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,09 ha hissəsindən cavabdeh çıxarılmalı, cavabdehin həmin ərazidə inşa etdiyi tikililər sökülməli, sökülmüş tikintiyə aid materiallar, cavabdehin həmin əraziya tökdüyü daş və çınqıl materilları və cavabdehin əşyaları həmin torpaq sahələrindən çıxarılmalıdır. Ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin; Quba rayonunun Digah kəndi ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydi və həmin qeyd əsasında verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,09 ha hissəsindən Cavabdeh çıxarılsın. Zəbt olunmuş həmin torpaq sahəsində cavabdehin inşa etdiyi tikililər sökülsün, sökülmüş tikintiyə aid materiallar,cavabdehin həmin əraziya tökdüyü daş və çınqıl materilları və cavabdehə məxsus əmlaklar həmin torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olaraq 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-61/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-61/2020
23.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver