Məhkəmə qərarları › İş №2(027)-610/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-610/2024

05.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-610/2024 05.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə və Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə Maraqlı şəxs göstərilməklə şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, qəyyumu olduğu 07 avqust 2017-ci il təvəllüdlü Ərizəçi atası Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qəyyumu olduğu Ərizəçi anası X4 ilə atası Heybətov (Qurbanov) Cahangir Mehman oğlu rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Onların faktiki nikahından 07 avqust 2017-ci il tarixdə Ərizəçi İraq Respublikasının Telafər şəhərində anadan olmuşdur. Uşağın valideynlərindən atası Heybətov (Qurbanov) X10 Respublikasında gedən döyüşlərdə onlarda olan məlumata əsasən 2017-ci ilin yay aylarında öldürülmüşdür. Azyaşlı Ərizəçi anası X4 isə azyaşlı övladları ilə İraq Respublikasında olduqca çətin vəziyyətlər yaşamış, daha sonra isə həbs edilmiş və hal-hazırda da İraq Respublikasında həbsxanadadır. X4 ilə Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun azyaşlı övladları olan 07 avqust 2017-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Azərbaycan Respublikası vətəndaşı olan və İraq Respublikasında cəzaçəkmə müəssisələrində və uşaq evlərində olan uşaqların repatriasiyası tədbirləri çərçivəsində Azərbaycan Respublikasına qayıtması təmin edilmişdir. Uşaq Azərbaycan Respublikasına gətirildikdən sonra yaxın qohumu kimi dövlət tərəfindən onun, yəni Qanuni nümayəndə himayəsinə verilmiş və Quba Rayon İcra Hakimiyyəti Başçısının 13 mart 2020-ci il tarixli, 49 nömrəli sərəncamı ilə o azyaşlı Ərizəçi qəyyumu təyin edilmişdir. Uşağın İraq Respublikasında doğulması ilə bağlı heç bir sənədi olmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin köməkliyi ilə o Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-1014/2020 saylı, 22 iyun 2020-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək X3 xx.xx.2017-ci il tarixdə İraq İslam Respublikasının Telafər şəhərində doğulması faktı müəyyən edilmiş və uşağa doğum haqqında şəhadətnamə verilərkən onun soyadının Heybətov, ata adının Cahangir, atası qrafasında “X5”, anası qrafasında X1 qeyd olunması qət edilmişdir. Bunda sonra uşağa doğum haqqında şəhadətnamə alınarkən dövlət orqanlarının məsləhətləri nəticəsində uşağın atasının soyadı məhkəmə qətnaməsindən fərqli olaraq Heybətov Cahangir Mehman oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının digər orqanlarında olan məlumatlara və Saray Heybətovanın öz məlumatlarına əsasən Heybətov (Qurbanov) Cahangir Mehman oğlu 2017-ci ildə İraq Respublikasında gedən döyüşlərdə öldürülmüşdür. Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə əsasən şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun xəbərsiz itkin düşməsindən isə təxminən 6 il müddət keçir. Qəyyumu olduğu Ərizəçi maddi tələbatlarının ödənilməsi üçün onun qanunvericilikdə nəzərdə tutulmuş sosial müavinətlə təmin edilməsi üçün atası Cahangir Heybətovun (Qurbanovun) ölmüş elan edilməsi tələb edilir. Ona görə də Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 27 dekabr 2023-cü il tarixli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölmüş elan edilməsi ona qəyyumu olduğu Ərizəçi sosial təminatla bağlı hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Bu hal isə yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Ona görə də qəyyumu olduğu Ərizəçi, atası Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölmüş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə ərizədə yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cahangir İraq Respublikasında müharibədə vəfat etmişdir. Onun ölməsi barədə onlarda hər hansı bir sənəd yoxdur. Ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X6 ərizənin təmin olunubolunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, ərizəçinin qanuni nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 480064 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Cahagir oğlu xx.xx.2017-ci ildə Telafər şəhərində doğulmuşdur. Doğum haqqına şəhadətnamənin ata qarfasında Heybətov Cahangir Mehman oğlu, ana qrafasında X4 qeyd olunmuşdur. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 13 mart 2020-ci il tarixli 49 №li sərəncamından görünür ki, 07 avqust 2017-ci il təvəllüdlü X3 üzərində xx xxx 1976-cı il təvəllüdlü Yüzbaşıyeva Raisə Qüdrət qızı qəyyum təyin edilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 14 avqust 2020-ci il tarixli, 107 №li sərəncamından görünür ki, Quba RİHB-nin 13 mart 2020-ci il tarixli, 49 №li sərəncamında X7 “Ərizəçi” kimi oxunsun. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 07 sentyabr 2020-ci il tarixli ******* №li qərardan görünür ki, 07 avqust 2017-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasnın vətəndaşlığına mənsubiyyəti tanınması qərara alınmışdır. İş materiallarında olan Maraqlı şəxs 27 dekabr 2023-cü il tarixli, 452 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən Heybətov Cahangir Mehman oğlu barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu Qeydiyyat Şöbəsi üzrə 2015- 2022-ci illərdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 03-16-5/8-10-750 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində Heybətov Cahangir Mehman oğlunun ölümünün qeydə alınması mümkün deyildir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 28 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında qeyd olunan Heybətov Cahangir Mehman oğlu adlı şəxs, Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin ərazisində yoxdur və yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş müvafiq tədbirlər zamanı Heybətov (Qurbanov) Cahangir Mehman oğlunu müəyyənləşdirmək mümkün olmamış, Ərizəçi anası, xx.xx.1995-ci il təvəllüdlü, X4 2015-ci ildə Suriya ərazisinə getmiş, orada ikinci dəfə ailə həyatı qurmuşdur. Mənbələrdən əldə edilmiş məlumata görə, ərizəçinin ata adı aidiyyəti qurumlarda qəyyumunun təşəbbüsü ilə şərti olaraq “Cahangir” adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-2015/2-4-3878/2024 saylı cavab məktubundan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Qurbanov (Heybətov) Albara Cahangir oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına uyğun olaraq 2020-ci ildə İraq Respublikasından ölkəmizə repatriasiya olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2-10333/2024 saylı cavab məktubundan görünür ki, Heybətov (Qurbanov) Cahangir Mehman oğlu adlı şəxsin axtarışda olması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli 5/424 saylı cavab məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinə Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun Suriya-İraq bölgəsində vəfat etməsinə dair təqsdiqləyici məlumatlar daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33-399/24 №li cavab məktubundan görünür ki, Heybətov (Qurbanov) Cahangir Mehman oğlu barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun cavablandırılması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirlyinin xx.xx.2024-cü il tarixli, 3-20-15/2-4-11816/2024 №li cavab məktubundan görünür ki, Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun sağ olub-olmaması barədə İraq tərəfinə sorğu göndərilib-göndərilmədiyinin müəyyən edilməsi məqsədilə tərəfilərindən Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinə müvafiq məktub göndərilmişdir. Səfirlikdən daxil olmuş cavab məktubunda qeyd olunan şəxslə bağlı İraq tərəfinə hər hansı sorğunun göndərilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası MPM-nin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə baxır. Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Ərizəçi tərəfindən Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun Azərbaycan Respublikası vətəndaşı olmasına dair hər hansı sənəd məhkəməyə təqdim olunmamış, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Quba rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya verilmiş cavab məktubunda Heybətov (Qurbanov) Cahangir Mehman oğlunu müəyyənləşdirməyin mümkün olmaması, mənbələrdən əldə edilmiş məlumata görə ərizəçinin ata adının aidiyyatı qurumlarda qəyyumun təşəbbüsü ilə şərti olaraq Cahangir adlandırılması göstərilmişdir. Həmçinin, digər dövlət qurumlarına verilən sorğulara verilmiş cavablarda, Heybətov (Qurbanov) Cahangir Mehman oğluna dair onlarda hər hansı məlumatın olmadığı göstərilmişdir. Məhkəmədə müəyyən edildi ki, Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun Azərbaycan Respublikası vətəndaşı olması, Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması və ya nə vaxtsa yaşaması barədə hər hansı məlumat yoxdur. Belə olan halda məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə Maraqlı şəxs göstərilməklə şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar