Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-611/2024 13.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qanuni nümayəndəsi ərizə ilə müraciət edərək, xx xxxxxx 2013-cü il təvəllüdlü Ərizəçi atası 26 avqust 1986-cı ildə Quba rayonunda anadan olmuş Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəyyumu olduğu Ərizəçi anası X4 ilə atası Babayev Pərvin Firudin oğlu rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Onların birgə nikahından xx xxxxxx 2013cü il tarixdə Ərizəçi anadan olmuşdur. X15 Babayev ilə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra bir müddət Quba rayonunda yaşadıqdan sonra Rusiya Federasiyasına getmişlər. Onların Rusiya Federasiyasına getməsindən bir müddət sonra X12 rayonunda yaşayan ailəsi ilə əlaqə saxlamadığını görərək bu hadisədən şübhələnməyə başlamışdılar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və digər müvafiq qurumlara çoxsaylı müraciətlərdən sonra məlum olmuşdur ki, təxminən 2015-ci ilin mart ayının əvəllərində Babayev Pərvin Firudin oğlu X3 və azyaşlı övladları Ərizəçi da alaraq İraq Respublikasına getmiş və orada dini ekstremist qruplara qoşulmuş, İraq Respublikasında gedən döyüşlərdə də 2015-ci ilin may ayında öldürülmüşdür. Bundan sonra X4 azyaşlı övladı ilə İraq Respublikasında olduqca çətin vəziyyətlər yaşamış, daha sonra isə həbs edilmiş və hal-hazırda da İraq Respublikasında həbsxanadadır. X4 ilə Babayev Pərvin Firudin oğlunun azyaşlı övladları olan xx xxxxxx 2013-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Azərbaycan Respublikası vətəndaşı olan və İraq Respublikasında cəzaçəkmə müəssisələrində və uşaq evlərində olan uşaqların repatriasiyası tədbirləri çərçivəsində Azərbaycan Respublikasına qayıtması təmin edilmişdir. Uşaq Azərbaycan Respublikasına gətirildikdən sonra yaxın qohumu kimi dövlət tərəfindən onun, yəni Qanuni nümayəndə himayəsinə verilmiş və Quba Rayon İcra Hakimiyyəti Başçısının 13 mart 2020-ci il tarixli, 49 nömrəli sərəncamı ilə azyaşlı Ərizəçi qəyyumu təyin edilmişdir. Uşaq hal-hazırda onun himayəsində yaşayır və yaşadığı çoxsaylı travmaların izlərinin unudulması üçün əlindən gələni edir. Azərbaycan Respublikası Qanunvericiliyinin tələbinə əsasən şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Babayev Pərvin Firudin oğlunun xəbərsiz itkin düşməsindən isə təxminən 8 il müddət keçir. Qəyyumu olduğu Ərizəçi maddi tələbatlarının ödənilməsi üçün onun Qanunvericilikdə nəzərdə tutulmuş sosial müavinətlə təmin edilməsi üçün atası Pərvin Babayevin ölmüş elan edilməsi tələb edilir. Ona görə də Babayev Pərvin Firudin oğlunun ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 27 dekabr 2023-cü il tarixli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsi ona qəyyumu olduğu Ərizəçi sosial təminatla bağlı hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Bu hal isə yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Ona görə də 26 avqust 1986-cı il təvəllüdlü Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, Heybətova Saray onun qızıdır, Babayev Pərvin Firudin oğlu ilə qeyri-rəsmi ailə qurub Rusiya Federasiyasına getmişlər. Pərvin Rusiya vətəndaşı olduğundan, ölməsi barədə onlara heç bir sənəd verilməmişdir, dəfələrlə aidiyyəti qurumlara şikayətlər etsələr də, hər dəfə onlara müxtəlif məlumatlar verilmişdir. Hal-hazırda qızı İraqda həbsxanadadır. Qəyyumu olduğu Ərizəçi maddi tələbatlarının ödənilməsi və sosial müavinətlə təmin edilməsi üçün atası Pərvin Babayevin ölmüş elan edilməsi tələb edilir. Bu səbəbdən ərizənin təmin olunmasını xahiş etmişdir. İlkin məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X16 izahatında ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə ərizəəçinin qanuni nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Quba RİHB-nın 13 mart 2020-ci il tarixli, 49 saylı qərarından görünür ki, Qanuni nümayəndə 07 avqust 2017-ci il təvəllüdlü X7 və xx xxxxxx 2013-cü cü il təvəllüdlü X13 üzərində qəyyum təyin edilmişdir. Quba RİHB-nın 14 avqust 2020-ci il tarixli, 107 saylı Quba RİHB-nın 13 mart 2020-ci il tarixli, 49 nömrəli sərəncamına düzəliş edilməsi barədə qərarında Quba RİH başçısının 13 mart 2020-ci il tarixli, 49 nömrəli sərəncamında “X7” “X8” kimi, “X13” isə “Ərizəçi” kimi oxunması qeyd edilmişdir. İş materiallarında olan AZ-T 137330 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi, xx xxxxxx 2013-cü cü il təvəllüdlü Ərizəçi Quba şəhərində anadan olmuş, atası- Babayev Pərvin Firudin oğlu, anası- X2 müəyyən edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 453 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan göründüyü kimi, Quba rayonu üzrə 20151-2022ci illərdə ölüm haqqında akt qeydlərində Babayev Pərvin Firudin oğlu barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi atası Babayev Pərvin Firudin oğlunun 2015-2022-ci illərdə ölümünün qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınması barədə ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, Babayev Pərvin Firudin oğlunun ölümünün qeydə alınması mümkün deyil. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından məlum olur ki, Ərizəçi Quba rayonu İkinci Nügədi kəndində yaşayır. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında qeyd olunan Babayev Pərvin Firudin oğlu, 2015-ci il tarixdən hal-hazırki vaxta qədər Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyin ərazisində yaşamır. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixİi sorğuya cavab məktubunda Babayev Pərvin Firudin oğlu barəsində axtarış işinin mövcud olmadığı barədə məlumat qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respubli Xarici İşlər Nazirliyin xx.xx.2024-cü il tarixİi sorğuya cavab məktubundan görüdüyü kimi, Babayev Pərvin Firudin oğlunun sağ olub-olmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinə müvafiq sorğu göndərilmişdir. Eyni zamanda xx.xx.2013-cü il təvəllüdlü Babayev Əli (Ali) Pərvin oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına uyğun olaraq 2020-ci ildə İraq Respublikasından ölkəmizə repatriasiya olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixİi sorğuya cavab məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Babayev Pərvin Firudin oğlu xx.xx.2015ci ildə Azərbaycanı tərk etmiş və bu günədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar daxil olmuşdur. Həmin məlumatların rəsmi qaydada təsdiq edilməsi imkanları xaricindədir. Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixİi məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Babayev Pərvin Firudin oğlu dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2015-ci ildə çıxışı barədə məlumat qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Babayev Pərvin Firudin oğlu 2015-ci il tarixdən Azərbaycan Respublikasını tərk etmiş və Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməklə Azərbaycan Respublikasına qayıtmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkkəmə qeyd edir ki, Babayev Pərvin Firudin oğlunun Azərbaycan Respublikasınının vətəndaşı olmaqla 2015-ci ildən sonra, yəni Rusiya Federasiyasına getdiyi tarixdən onun yaşadığı yerdə harada olması barədə məlumat olmamışdır. Ərizəçinin əsaslandığı Babayev Pərvin Firudin oğlunun Rusiya Federasiyasında dini ekstremist qruplara qoşulması və İraq Respublikasına getməklə orada gedən döyüşlərdə 2015-ci ilin may ayında öldürülməsi barədə, yəni, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməklə altı ay ərzində xəbər çıxmaması ilə bağlı sübut təqdim olunmadığından, habelə 2015-ci ildən sonra onun yaşadığı yeri dəyişməklə sonrakı hadisə və hərəkətlər barədə dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar əldə olduğundan, o məhkəmə qaydasında ölmüş elan edilə bilməz Beləliklə də, məhkəmə belə qənatə gəlir ki, 26 avqust 1986-cı ildə Quba rayonunda anadan olmuş Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsi barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: 26 avqust 1986-cı ildə Quba rayonunda anadan olmuş Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsi barədə ərizə təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-611/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-611/2024
13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver