Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-621/2024 21.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs göstərilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyul 1963-cü il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş qardaşı - X7 23 iyun 1986-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 23 iyul 1963-cü il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş qardaşı X12 23 iyun 1986-cı il tarixdə Bakı şəhərində Şıxov çimərliyində boğularaq ölmüşdür. Cənazəsi yaşadığı Quba rayonu, Səbətlər kəndinə gətirilərək kənd qəbrstanlığında dəfn olunmuşdur. Qardaşının ölümündən sonra ölüm haqqında şəhadətnamə alınmamış və bu barədə müvafiq qeydiyyat aparılmamışdır. Halhazırda özəl torpağının çıxarışını almaq istəyir, lakin mərhum qardaşı X7 ölüm haqqında şəhadətnaməsi olmadığından sənədləşmə işlərini apara bilmir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, qardaşı X7 ölüm faktını təsdiq edən sənədi başqa yolla əldə etmək mümkün deyildir, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X15 ifadələrində bildirmişlər ki, ərizəçi onların həmkəndlisidir. Ərizəçinin qardaşı X12 23 iyun 1986-cı il tarixdə Bakı şəhərində Şıxov çimərliyində boğularaq ölmüşdür. Quba rayonu, Səbətlər kəndinə gətirilərək kənd qəbrstanlığında dəfn olunub, dəfndə iştirak etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında İ-JQ seriyalı, 438076 №-li şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X4 birgə nikahından xx.xx.1963-cü il tarixdə X12 anadan olmuşdur. İş materiallarında olan Quba RİHB-nın Çiçi kənd üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 238 №-li arayışından görünür ki, Ərizəçi Quba rayonu, Səbətlər kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Quba rayonu, Səbətlər kəndində X5, X16, Ərizəçi, X15 və X10 tərəfindən imzalanmış aktdan görünür ki, Səbətlər kənd sakini X12 23 iyul 1963-cü ildə Quba rayonunun Səbətlər kəndində Səbətlər kənd sakini X6 ailəsində anadan olmuşdur. O, 23 iyun 1986-cı ildə vəfat etmişdir. X1 “Pir Məmmədxan” qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 06 sentyabr 2023-cü il tarixli, 344 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən X12 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 1983-1989-cu illərdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 03-16-5/8-10-500/2023 nömrəli məktubundan görünür ki, X7 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhər Səbail rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 04/22-24 №-li Quba Rayon Məhkəməsinə ünvanladığı məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X7 xx.xx.1986-cı ildə Bakı şəhəri, Salyan yolunda yerləşən çimərlikdə suda boğulub ölməsi faktı ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılmış, toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Rayon prokurorluğunda ölüm faktları ilə əlaqədar toplanmış materialların saxlanılma müddəti 10 il olduğundan qeyd olunan material məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X7 23 iyun 1986-cı il tarixdə Bakı şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 23 iyul 1963-cü il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş X7 23 iyun 1986-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 iyul 1963-cü il tarixdə Quba rayonu, Səbətlər kəndində doğulmuş X7 23 iyun 1986-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-621/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-621/2024
21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver