Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-635/2023 02.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 1992-ci il buraxılışlı, QAZ-6611 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınıb onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci il buraxılışlı, QAZ-6611 markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla AA 694545 nömrəli qeydiyyat şəhadətnaməsi ilə rəsmiləşdirilmişdir. Həmin avtomobil onun tərəfindən 24 yanvar 2007-ci il tarixli etibarnamə əsasında 10 il müddətinə Cavabdeh idarəçiliyinə verilmişdir. Etibarnamənin qüvvədə olma müddəti 24 yanvar 2017-ci il tarixdə bitsə də, indiyədək cavabdeh avtomobili ona qaytarmamışdır. Həmin şəxs avtomobilə dair hər hansı hüququ olmasa da, onu idarə etməkdə davam edir, hətta bir neçə dəfə yol hərəkəti qaydalarını pozduğuna görə elektron inzibati protokol tərtib edilmiş, həmin protokollar isə cavabdehin deyil, onun adına tərtib edilmişdir. Hazırda 1992-ci il buraxılışlı, QAZ-6611 markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisə predmeti olan əmlakı o, 2007-ci ildə iddiaçıdan 2500 ABŞ dollar məbləğində pul ödəməklə almışdır. Avtomobil 1980-cı il buraxlışdır. Avtomobili etibarnamə əsasında idarə etmişdir. Etibarnamənin müddəti bitmişdir. Hal-hazırda avtomobil yarasız vəziyyətdədir. Avtomobilin alınması üçün iddiaçıya ödədiyi 2500 ABŞ dolları iddiaçı tərəfindən ona verildiyi zaman qeyd olunan avtomobili iddiaçıya qaytaracaqdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş etibarnamənin surətindən görünür ki, İddiaçı QAZ-6611 markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2007-ci il tarixdə etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. xx.xx.2007-ci il tarixli etibarnamə xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. Məhkmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan QAZ-6611 markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh etibarnamə ilə vermişdir. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh QAZ-6611 markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili etibarnamə əsasında idarə etmiş və etibarnamənin etibarlılıq müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Hazırda iddiaçı “QAZ-6611” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobilin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əmlakın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əmlakın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əmlakın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əmlakı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.) Əmlakın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əmlakın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əmlakı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.) Qanun yalnız qanunsuz sahiblikdən əmlakın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əmlak cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əmlaka sahibliyi qanuni olsun. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi şərtləri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi avtomobil məhz cavabdehin sahibliyində olması sübut edilməli, həmçinin cavabdeh avtomobili qaytarmaqdan imtina etməlidir. İddiaçının sözügedən avtomobilin mülkiyyətçisi olması mübahisəsizdir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan avtomobilin onun istifadəsində olmasını etiraf edir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli “QAZ-6611” markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobil Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “QAZ-6611” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobil Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-635/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-635/2023
02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver