Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-639/2025 05.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 sentyabr 1989-cu il tarixdə doğulmuş X1 19 fevral 1990cı il tarixdə QUBA rayonu, Adur kəndində ölməsi və 19 avqust 1997-ci il tarixdə doğulmuş X2nın 21 oktyabr 1997-ci il tarixdə QUBA rayonu, Adur kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1998-ci il tarixdə QUBA rayonu, Adur kəndində doğulmuşdur. X4, anası X7r. Valideynlərinin rəsmi nikahdan 21 sentyabr 1989-cu il təvəllüdlü X3 və 19 avqust 1997-ci il təvəllüdlü X2 doğulmuşlar. X3 19 fevral 1990-cı ildə qızılca xəstəliyinə yoluxaraq səhhətinin pisləşməsi səbəbindən vəfat etmiş, QUBA rayonu, Adur kənd qəbirstanlığında dəfn olunmuşdur. X2 anadan olarkən xəstə doğulmuş, doğumundan 2 ay sonra 21 oktyabr 1997-ci ildə vəfat etmiş, QUBA rayonu, Adur kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt valideynləri qanunu bilmədiklərindən nə X17, nə də bacısı Sevinc Məmmədovanın ölümünü rəsmiləşdirməmiş, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X17 və bacısı Sevinc Məmmədovanın ölüm qeydinin aparılıbaparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 22 noyabr 2024-cü il tarixli imtina məktubu və arayışları ilə X8 və X6 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamələrin alınması ilə bağlı rəsmi qaydada QUBA rayon Mərkəzi Xəstəxanasına da müraciət etmiş, lakin həmin qurumdan da ona 16 dekabr 2024-cü il tarixli imtina cavabları verilərək ölüm haqqında tibbi şəhadətnamələrin verilməsinin qeyrimümkün olduğu bildirilmişdir. X1 və X2nın ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. X1 19 fevral 1990-cı ildə ölməsi və QUBA rayon Adur kənd qəbirstanlığında dəfn edilməsini, o cümlədən X2nın 21 oktyabr 1997-ci ildə ölməsi və QUBA rayon Adur kənd qəbirstanlığında dəfn edilməsini yas mərasimlərində iştirak etmiş bir çox insan görmüşdür. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Ərizəçi onun doğma oğludur. Digər övladları 21 sentyabr 1989-cu il təvəllüdlü X16 19 fevral 1990-cı ildə, 19 avqust 1997-ci il təvəllüdlü X10 21 oktyabr 1997-ci ildə yaşadıqları QUBA rayonu, Adur kəndində ölmüşlər və kəndin qəbrstandlığında dəfn edilmişlər. Həmin vaxt məlumatsız olduqlarından vəfat etmiş uşaqlarına nə tibbi sənəd nə də ölüm haqqında şəhadətnamə almamışlar. Məhkəmə ərizəçini və şahidi dinləyib, maraqlı şəxsin ərizəsini nəzərdən keçirib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İ-AZ 120398 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə QUBA rayonu, Adur kəndində X12 ilə X5 birgə nikahından doğulmuşdur. Xİİİ-ЖГ 476722 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1989-cu il tarixdə QUBA rayonu, Adur kəndində X12 ilə X5 birgə nikahından doğulmuşdur. XX-ЖГ 449520 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1997-ci il tarixdə QUBA rayonu, Adur kəndində X12 ilə X5 birgə nikahından doğulmuşdur; Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 03-16-5/8-10-823/2024 məktubundan görünür ki, X8 və X6 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; QUBA rayon Mərkəzi Xəstəxananın xx.xx.2024-cü il tarixli cavab məktublarından görünür ki, 19 fevral 1990-cı il tarixdə vəfat etmiş X8 və 21 oktyabr 1997-ci il tarixdə vəfat etmiş X6 ölüm haqqında şəhadətnaməsi vaxtında alınmadığı üçün və ölümü haqqında heç bir məlumat olmadığından ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; QUBA rayonu, Adur kəndində tərtib edilmiş və QUBA RİHB-nın Rük İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, QUBA rayonu Adur kənd sakinləri X14, X15 və X11 21 sentyabr 1989-cu il tarixdə doğulmuş X8 19 fevral 1990-cı il tarixdə QUBA rayonu, Adur kəndində ölməsi və 19 avqust 1997-ci il tarixdə doğulmuş X6 21 oktyabr 1997-ci il tarixdə QUBA rayonu, Adur kəndində ölməsini və ikisinin də QUBA rayonu, Adur kənd qəbrstandlığında dəfn olunmalarını akta imza etməklə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X8 19 fevral 1990-cı il tarixdə və X6 21 oktyabr 1997-ci il tarixdə QUBA rayonu, Adur kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 21 sentyabr 1989-cu il tarixdə doğulmuş X8 19 fevral 1990-cı il tarixdə QUBA rayonu, Adur kəndində və 19 avqust 1997-ci il tarixdə doğulmuş X6 21 oktyabr 1997-ci il tarixdə QUBA rayonu, Adur kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 sentyabr 1989-cu il tarixdə doğulmuş X8 19 fevral 1990-cı il tarixdə QUBA rayonu, Adur kəndində ölməsi faktı müəyyən edilsin. 19 avqust 1997-ci il tarixdə doğulmuş X6 21 oktyabr 1997-ci il tarixdə QUBA rayonu, Adur kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-639/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-639/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver