Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-64/2021 06.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Şirinbala oğlunun, cavabdeh Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz tikililəlirin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək ona məxsus Quba rayonu Ərməki kəndində yerləşən 1,01 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Şirinbala oğlu məhkəmədə iddia ərizəsini müdafiə edərək bildirdi ki, sözü gedən mülki işlə bağlı ekspertiza keçirilib. Həm Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, həm də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssis rəyində sürüşmə olması göstərilib. Lakin mütəxəssis rəyində göstərilənlər ekspertiza rəyinə eynilə köçürülüb. Qeyd etdi ki, Quba rayonu Ərməki kəndində yerləşən 1,01 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir həmin torpaq sahəsinə cavabdehlərin heç bir aidiyyəti yoxdur. Cavabdehlərin çıxarılması və həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi barədə iddialarının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Quba rayonu Ərməki kəndində yerləşən 1,01 ha torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-nin ******* nömrəli Çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdehlər tərəfindən onaməxsus olan həmin torpaq sahəsinə müdaxilə edilmiş, əssasız və qanunsuz tikinti işləri aparılmış,ərazidə olan ağaclar qanunsuz kəsilmişdi, onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən ona məxsus Quba rayonu Ərməki kəndində yerləşən 1,01 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh Cavabdeh1 nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassızdır. Belə ki, cavabdeh iddiaçıya məxsus torpağı zəbt etməyib, orda qanunsuz heç bir tikili aparılmayıb. DƏDRX-nin Çıxarışa əsasən Ərməki kəndi ərazisində onlara məxsus torpaq sahəsi və onun üzərində yaşayış evi mövcuddur və həmin yaşayış evi inşa edilərkən şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə tam əməl olunub. Göstərilənləri nəzərə alaraq iddanın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İş üzə Cavabdeh2 məhkəmədə iştirak edən zaman, iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İş üzə Cavabdeh4 məhkəmədə iştirak edən zaman, iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər, Cavabdeh2, Cavabdeh4 məhkəməyə teleqramma ilə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İş üzrə Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Şirinbala oğlunu, cavabdeh Cavabdeh1 nümayəndəsi və vəkili X2 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.04.2009-cu il tarixli ******* nömrəli çıxarışın surətindən görünür ki, sahibkarlığ məqsədilə Quba rayonu Ərməki kəndində yerləşən 1,01 ha torpaq sahəsi İddiaçı xüsusi mükiyyətindədir. İş materiallarında olan 29.04.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz ərazi idarəsinin torpaq sahəsinin planı və ölçüsü sənədinnin təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən 1,01 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08.05.2018-ci il tarixli ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 112.9 kvm olan fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mükiyyətinə verilmişdir. İş materiallarında olan 04.05.2018-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz ərazi idarəsindən verilmiş reyestr nömrəsi **********56-10301 olan texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən fərdi yaşayış evinin hüquqi sahibi Cavabdeh1dur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.07.2017-ci il tarixli ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 107.9 kvm olan fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi Cavabdeh4 oğlunun xüsusi mükiyyətinə verilmişdir. İş materiallarında olan 04.07.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz ərazi idarəsindən verilmiş reyestr nömrəsi **********52-10301 olan texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən fərdi yaşayış evinin hüquqi sahibi Cavabdeh4 oğludur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30.07.2014-ci il tarixli ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən ümumi sahəsi 0.01 ha torpaq sahəsi X6 oğlunun xüsusi mükiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.06.2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 118.4 kvm olan fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi Cavabdeh3 oğlunun xüsusi mükiyyətinə verilmişdir. İş materiallarında olan 24.06.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz ərazi idarəsindən veilmiş reyestr nömrəsi **********54-10301 olan reyestr nömrəsi **********54-10301 olan texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən fərdi yaşayış evinin hüquqi sahibi Cavabdeh3 oğludur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30.01.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə İddiaçı nümayəndəsinin iddia etdiyi torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahısələndırılən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə İddiaçı və cavabdehlər-Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təqdim etdiyi rəsmi sənədlərə əsasən tərəflərə məxsus torpaq sahələri İlə üst-üstə düşmür. Cavabdehlər-Cavabdeh1, Cavabdeh2. Cavabdeh3 və Cavabdeh4 inşa etdikləri tikililərin yerləşdiyi faktiki ərazilər (torpaq sahələrinin koordinatları), onların torpaq sahələrinə dair təqdim etdikləri rəsmi sənədlərdə (texniki pasportda) göstərilən ərazilər ilə (torpaq sahəsinin koordinatları ilə) eynilik təşkil edir,İddiaçı təqdim etdiyi rəsmi sənəd ilə (MH 0024297) faktiki istifadə etdiyi torpaq sahəsi arasında 50 metr sürüşmə vardır. Bu səbəbdən də 3-cü sual daxil olmaqla 4, 5 və 6-cı sualların da cavablandırılması tərəfimizdən mümkün olmamışdır. İddiaçı və cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan torpaq sahələrinin qonşu torpaq sahələrinin mülkiyyətçiləri rəsmi sənədlərdə göstərilmədiyindən bu sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı mülkiyyətində olan 1.01 ha torpaq sahəsinin sərhədləri iddiaçının plan-ölçü sənədində heç bır istinad nöqtəsi olmadığından naturada ölçülməsi mümkün olmamışdır. Xüsusi texniki vasitələrdən istifadə etmədən İddiaçı mülkiyyətində olan 1,01 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Naziriiyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin “xxxx” idarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı və cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təqdim etdiyi rəsmi sənədlərə əsasən İddiaçı məxsus torpaq sahəsi ilə tərəflərə məxsus torpaq sahələri üst-üstə düşmür. Azərbaycan Respublikası İqtisadiyyat Naziriiyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin “xxxx” MMC-nin Xaçmaz Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 inşa etdikləri tikililərin yerləşdiyi faktiki ərazilər onların torpaq sahələrinə dair təqdim eydikləri sənədlərdə göstərilən ərazilər ilə eynilik təşkil edir. Mütəxəssis rəyinə əsasən İddiaçı təqdim eytdiyi rəsmi sənədlə(MH 0024297) faktiki istifadə etdiyi torpaq sahəsi arasında 50 metr sürüşmə vardır. Bu səbəbdən də 3-cü sual daxil olmaqla 4, 5 və 6-cı sualların da cavablandırılması mümkün olmamışdır. Mütəxəssis rəyində İddiaçı təqdim etdiyi sənəd ilə (MH 0024297) faktiki istifadə etdiyi torpaq sahəsi arasında 50 m olduğu qeyd olunmuş və rəyə əlavə olunmuş sxemdə həmin torpaq çay yatağına düşdüyü göstərilmişdir. Lakin Azərbaycan Respublikası DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilən AA 011556 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sözügedən torpaq sahəsinin yatağı arasında yerləşən boş ərazidə yerləşdiyi göstərilmişdir. Mütəxəssis rəyinə əsasən İddiaçı və cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan torpaq sahələrinin qonşu torpaq sahələrinin mülkiyyətçiləri rəsmi göstərilmədiyindən bu sualın cavablandırılması mümkün olmamışdı. Mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan 1.01 ha torpaq sahəsinin sərhədləri iddiaçının plan-ölçü sənədində heç bir istinad nöqtəsi olmadığından naturada ölçülməsi mümkün olmamışdır. Xüsusi texniki vasitələrdən istifadə etmədən İddiaçı mülkiyyətində olan 1.01 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunanları və ekspertiza rəyini nəzərə alaraq, məhkəmə hesab edir k, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz tikililəlirin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Belə ki, sübuetmə yükü baxımından İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək ona məxsus Quba rayonu Ərməki kəndində yerləşən 1,01 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsində qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsini tələb etsədə, istinad etdiyi halları təsdiq edən sübutlar öz əksini tapmamışdır. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz tikililəlirin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-64/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-64/2021
06.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver