Məhkəmə qərarları › İş №2(027)-643/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-643/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-643/2025 05.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nənəsi xx.xx.1931-ci il təvəllüdlü X5 xx.xx.1991-ci ildə Quba şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.2004-cü il tarixində Quba şəhərində anadan olmuşdur. Quba rayonunda yaşadığı fərdi yaşayış evi ata X1 adınadır. Ata qohumlarının yəni birinci dərəcəli və ikinci dərəcəli vərəsələrin qarşılıqlı razılığı ilə Rəşad Quliyev küçəsi ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin onun adına sənədləşdirilməsi üçün Quba Regional ASAN xidmətinə müraciət etmişdir. Lakin X1 ölüm haqqında şəhadətnaməsinin mərkəzi sistemdə qeyd olunmadığı barədə məlumat almışdır. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü il tarixində Maraqlı şəxsnə müraciət etmiş, onlarda öz növbəsində 1988-1994-cü ilin arxiv məlumatlarına əsasən X5 Maraqlı şəxsndə ölüm haqqında aktının aşkar olunmamağı barədə rəsmi cavab verdilər. X2 xx.xx.1991-ci il tarixində vəfat etmiş və qohumlarının iştirakı ilə onu Quba şəhər qəbirstanlığında dəfn etmişlər. Hal-hazırda onun qəbri Quba şəhər qəbirstanlığında yerləşir. X1 ölüm faktını şahidlər, onların bağladığı akt təsdiq edə bilər. Notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün X1 ölüm faktının müəyyən edilməsi lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X6 bildirmişdir ki, xx.xx.1931-ci il təvəllüdlü X5 xx.xx.1991-ci ildə Quba şəhərində vəfat etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 902 №li məktubundan görünür ki, X5 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 200 №li arayışından görünür ki, X5 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs üzrə 1988-1994-cü illər ölüm haqqında akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan Quba RİHB-nın Qəçrəş kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 250 nömrəli arayışından görünür ki, Ərizəçi mərhum qızı X10 xx.xx.1995-ci il tarixdə vəfat etmiş və Quba rayonu, Qəçrəş kənd yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1931-ci il təvəllüdlü, Quba rayon qeydiyyatlı X10 xx.xx.1991-ci il tarixində ünvan 2 ünvanında baş beyninə qansızma nəticəsində vəfat etmişdir. X10 xx.xx.1991-ci il tarixində Quba şəhər qəbirstanlığında dəfn olunmuşdur. Həmin aktı X7, X4, X11 və X8 öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, xx.xx.1931-ci il təvəllüdlü X5 xx.xx.1991-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, xx.xx.1931-ci il təvəllüdlü X5 xx.xx.1991-ci ildə Quba şəhərində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.1931-ci il təvəllüdlü X5 xx.xx.1991-ci ildə Quba şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1931-ci il təvəllüdlü X5 xx.xx.1991-ci ildə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar