Məhkəmə qərarları › İş №2(027)-647/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-647/2024

15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-647/2024 15.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 14 mart 1961-ci ildə Quba şəhərində anadan olmuş X1 05 mart 2021-ci il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o-Ərizəçi 01 iyun 1982-ci il tarixdə X8 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. X3 05 mart 2021 -ci il tarixdə Quba şəhərində vəfat etmiş və Quba şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt qanunu bilməməzlikdən X1 ölümünü rəsmiləşdirməmişlər. Daha sonra X3na ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs 07 yanvar 2024-cü il tarixli məktubu ilə ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X1 ölməsi faktının müəyyən edilməsi onun vərəsəlik məsələlərinin həlli üçün lazımdır və ərinin ölümündən xeyli müddət keçdiyi və zamanında ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almadıqları üçün məhkəmədən kənar qaydada onun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməni də ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd etmək istəyir ki, X1 05 mart 2021-ci il tarixdə ölməsi və Quba şəhər qəbirstanlığından dəfn edilməsini həmin mərasimlərdə iştirak etmiş qonşular və tanışları görmüşdür ki, onlar bununla bağlı məhkəmədə şahid kimi də ifadə verə bilərlər. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi X6 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 460 nömrəli, xx.xx.2023-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, X7 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1961cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Quba Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və xx.xx.2021-ci il tarixdə Quba şəhər ərazisində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1961-ci ildə anadan olmuş X2 05 mart 2021-ci il tarixdə Quba şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.1961-ci ildə anadan olmuş X2 05 mart 2021-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar