Məhkəmə qərarları › İş №2(027)-678/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-678/2023

28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-678/2023 28.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 27 yanvar 1993-cü il tarixdə Quba rayonu, Çimi kəndində anadan olmuş övladı X6 28 avqust 2010-cu il tarixdə Quba rayonu, Çimi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X12 onun övladıdır. Tural Əlibəyov xx.xx.1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində doğulmuş, orta təhsilini kənd məktəbində almışdır. X17 xx.xx.2010-cu il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etmiş, qohumların və qonşuların iştirakı ilə Quba rayonu, Cimi kənd qəbiristanlığında dəfn olunmuşdur. Övladının xx.xx.2010-cu il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi və həmin kəndin qəbiristanlığında dəfn olunması ərizəyə əlavə olunan şahidlərin iştirakı ilə tərtib edilmiş Akt ilə də təsdiq olunur. Qeyd edir ki, səhlənkarlığdan övladının ölümünü vaxtında qeydə aldırmayıb. X17 üçün ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət edib, Maraqlı şəxs 28 sentyabr 2022-ci il tarixli məktubu ilə X6 ölümünün qeydə alınması qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən övladı X6 xx.xx.2010-cu il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi ilə kənddə qonşudurlar. X20 xəstə idi. xx.xx.2010-cu il tarixdə Cimi kəndində vəfat etmiş, dəfnində və yas mərasimlərində yaxından iştirak etmişdir. Mərhum Cimi kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 418 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 2007- 2013-cü illərdə ölüm haqqında akt qeydlərində X12 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-522 nömrəli məktubundan görünür ki, X12 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan məlum olur ki, X12 27 yanvar 1993-cü il tarixdə Quba rayonu, Çimi kəndində anadan olmuş, doğum haqqında akt qeydləri kitabında 10 may 1993-cü il tarixdə 0037 nömrə ilə qeydiyyata alınmışdır. Atası Ərizəçi, anası X9 qeyd olunub. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Quba rayonu Cimi kəndində tərtib olunmuş aktdan görünür ki, X6 oğlu xx.xx.1993-cü il təvəllüdlü X12 xx.xx.2010-cu il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Aktın doğruluğu Ərizəçi, X3 və X5 tərəfindən imzalarla təsdiqlənib. İş materiallarında olan Vİ-ЖГ 367529 seriya və nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən göründüyü kimi, Ərizəçi ilə X11 arasında xx.xx.1993-cü ildə Quba rayonu Qonaqkənd qəsəbə nümayəndəliyində nikah bağlanmış və 06 nömrə ilə qeyd edilmişdir. Qadın “Əlibəyova” soyadını qəbul etmişdir. İş materiallarında olan Quba rayonu Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 24 nömrəli arayışdan məlum olur ki, Əlibəyov X2 sakini olub, halhazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 27 yanvar 1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş X12 28 avqust 2010-cu il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etmişdir. Belə ki, ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və 27 yanvar 1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş X6 28 avqust 2010-cu il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 27 yanvar 1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş X6 28 avqust 2010cu il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar