Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-679/2023 15.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaerdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonu, Cimi kəndində doğulmuş X1nın xx.xx.1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun övladıdır. O, Quba rayonu, Cimi kəndində doğulmuş, orta təhsilini kənd məktəbində almışdır. Qızı xx.xx.1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etmiş, qohumların və qonşuların iştirakı ilə tərəflərindən Quba rayonu, Cimi kənd qəbiristanlığında dəfn olunmuşdur. Qızının xx.xx.1993-ci il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi və kəndində dəfn olunması ərizəsinə əlavə olunan şahidlərin iştirakı ilə tərtib edilmiş Akt ilə də təsdiq olunur. Səhlənkarlıqlarından qızının ölümünü vaxtında qeydə aldırmamışlar. X1 üçün ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 28 sentyabr 2022-ci il tarixli məktubu ilə - X2 ölümünün qeydə alınması qeyri-mümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən X1nın xx.xx.1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. xx.xx.2022-ci il tarixli hal şahidlərinin iştirakı ilə tərtib olunmuş aktdan aşkar olur ki, X1 xx.xx.1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. X2 xx.xx.1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi və kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X11 bildirmişlər ki, X2 xx.xx.1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Ərizəçi arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli arayışıdan görünür ki, X3 xx.xx.1992-ci il tarixdə anadan olmuş, onun atası Ərizəçi, anası isə Ərizəçidır. İş materiallarında olan 416 nömrəli, xx.xx.2022-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X12 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Ərizəçi, X5 və X9 iştirakı ilə tərtib edilmiş və imzası ilə təsdiq edilmiş aktdan görünür ki, X7 X1 16 avqust 1993-cü ildə Quba Rayon Çimi kəndində vəfat etmiş və həmin kənd qəbirstanhğında el adəti üzrə dəfn edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin olunaraq, 20 yanvar 1992-ci ildə anadan olmuş X2 16 avqust 1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. 20 yanvar 1992-ci ildə anadan olmuş X2 16 avqust 1993-cü il tarixdə Quba rayonu, Cimi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-679/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-679/2023
15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver