Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-681/2023 13.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 dekabr 1964-cü il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində doğulmuş qardaşı X2 27 mart 2016-cı il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, X4 onun qardaşıdır. Fərzəli Məhərrəmov 15 dekabr 1964-cü il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində doğulmuş, orta təhsilini kənd məktəbində almışdır. Fərzəli Məhərrəmov 27 mart 2016cı il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində vəfat etmiş, qohumların və qonşuların iştirakı ilə Quba rayonu, Qonaqkənd qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Qardaşının 27 mart 2016cı il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində vəfat etməsi və kəndində dəfn olunması şahidlərin iştirakı ilə tərtib edilmiş akt ilə də təsdiq olunur. Səhlənkarlıqdan qardaşının ölümünü vaxtında qeydə aldırmamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ona imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahidlər X6 və X1 Fərzəli Ağagül oğlunun 27 mart 2016-cı il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində ölməsini təsdiq etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, şahidlər tərəfindən tərtib edilmiş aktı nəzərdən keçirib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE № 0******* şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, Qonaqkənd qəsəbəsində yaşayır. İş materiallarında olan Quba rayonu Qonaqkənd qəsəbəsi sakinləri tərəfindən tərtib edilmiş 11 dekabr 2022-ci il tarixli aktdan görünür ki, qəsəbə sakinləri X2 27 mart 2016-cı il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində ölməsini təsdiq etmişlər. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-551 nömrəli məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 27 mart 2016-cı il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində ölümün təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 15 dekabr 1964-cü il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində doğulmuş X2 27 mart 2016-cı il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 dekabr 1964-cü il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində doğulmuş X2 27 mart 2016-cı il tarixdə Quba rayonu, Qonaqkənd qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-681/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-681/2023
13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver