Məhkəmə qərarları › İş №2(027)-685/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-685/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-685/2023 19.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə Ərizəçi X4 Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi X6 məhkəməyə ərizə ilə müraciət edərək, 1916-cı ildə Quba rayonu Üçgün kəndində doğulmuş və Quba şəhər aşağı qəbiristanlığında dəfn olunuş X2 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X6 ərizəsini onunla əsaslandırmışdır ki, X1 1916-cı ildə Quba rayonu Üçgün kəndində dünyaya gəlmişdir. X1 xx.xx.1994-cü ildə dünyasını dəyişmiş və xx.xx.1994-cü il tarixində qonşularının, qohumlarının və yaxınlarımın iştirakı ilə Quba şəhərində aşağı qəbiristanlığında dəfn olunmuşdur. Quba şəhər bələdiyyəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışda X2 1994-cü ildə Quba şəhər qəbiristanlığında dəfn olunduğu qeyd olunmuşdur. Həmin vaxt etinasızlıqdan və digər səbəblərdən qaynanasının ölümünü rəsmiləşdirə bilməmişilər. Evin sənədləşdirilməsi ilə bağlı X2 ölüm şəhadətnaməsi tələb olunduğundan ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 11 yanvar 2023-cü il tarixli 05/Q-06 saylı məktubu ilə X2 ölümünün qeydə alınmasının qeyrimümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. X2 xx.xx.1994-cü ildə dünyasını dəyişməsi xx.xx.1994-cü il tarixində və Quba şəhəri, aşağı qəbiristanlığda dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi X7 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan pasportdan görünür ki, X5 1916-cı ildə Üçgün kəndində anadan olmuşldur. İş materiallarında olan 06 nömrəli, xx.xx.2023-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, X5 barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan Quba rayon Bələdiyyəsinin arayışından görünür ki, X5 1994cü ildə vəfat etmiş və Quba şəhəri ərazisində yerləşən qəbiristanlığda dəfn olunmuşdur. Dəfn xərcləri Ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 1916-cı ildə anadan olmuş X2 1994-cü il tarixdə Quba rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qətetdi: Ərizə təmin olunsun. 1916-cı ildə anadan olmuş X2 1994-cü il tarixdə Quba rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar